Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə425/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   421   422   423   424   425   426   427   428   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
357 
çəkdilər. Daşnaksütyun partiyası nə etməli idi? Antanta blokuna mı,yoxsa Almaniya-Osmanlı ittifaqına 
qoşulmalı? Bu iki seçim arasında daşnaklar Antanta blokuna meyilli olmağı üstün seçdilər. Ümumilikdə isə 
erməni siyasi təşkilatları Osmanlı ərazində öz dövlətlərini qurmaq cəhdini reallaşdıra bilmədilər, bunun üçün 
də bu istəyini bolşevik Rusiyasının siyasi-hərbi dəstəyi ilə Azərbaycanın torpaqları hesabına həyata 
keçirdilər. 
MİLLİ ŞÜURUN İNKİŞAFINDA AZƏRBAYCAN MƏTBUATININ ROLU (1907-1914) 
 
Həsənzadə K.A. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
hesenzadekamran019@gmail.com 
 
XX əsrin əvvəllərində çar Rusiyasının daxilində geniş vüsət alan inqilabi hadisələr, müstəmləkə rejimi 
altında olan xalqların etirazları ilə müşaiyət olunurdu. Milli ayrı-seçkiliyə məruz qalan xalqların etirazları 
çarizmin qayda-qanunları daha da sərtləşdirməsinə səbəb oldu. Avropada təhsil almış, milli düşüncəli, xalqın 
mənafeyini ön planda tutan bir çox Azərbaycanlı ziyalılar təqiblərə məruz qaldı. Bu şəxslər sırasında 
H.Zərdabi, Ə.Ağayev, N.Nərimanov, S.M.Qənizadə, H.Vəzirov və başqaları var idi. 
Baş verən siyasi hadisələr çar rejiminin labüd tənəzzülünü çox da uzaq olmadığını açıq aydın 
göstərirdi. Həmin bu çətin siyasi şəraitdə kəskinləşən senzura yeni mətbu orqanlarının yaradılmasına əngəl 
ola bilmədi. 1907-ci il aprelin 1-də Haşım bəy Vəzirovun rəhbərliyi ilə “Tazə həyat” qəzeti nəşr edilməyə 
başlayır. Qəzet məramını “Məqsədimiz” məqaləsi ilə izah edirdi. Məqalədə hürriyyət, ədalət, müsavat 
uğrunda mübarizə aparacaqlarını qeyd edirdilər. H. Vəzirov məqalədə müsəlmanların məruz qaldığı ayrı-
seçkiliyi, yaşadıqları çətinlikləri xüsusilə vurğulayırdı. Qəzetin yazılarında millətçilik abu-havası da sezilirdi. 
1907-1908-ci illərdə qəzetin 439 məqaləsi işıq üzü görmüşdü. “Zərərli istiqamətlərindən dolayı” qəzetin 
fəaliyyətinə son verilmişdir. H.Vəzirov “Tazə həyat”dan sonra “İttifaq” qəzetinin nəşr olunmasına icazə 
alır. 1908-ci ilin dekabrında qəzet ilk nömrəsini çap etdirir. “İttifaq”ın 221-ci sayı qəzetin bağlanmasına 
səbəb olur. Belə ki, məqalədə fanatizm, cəhalət ciddi tənqid olunmuşdu. 1909-cu il 3 oktyabrda qəzetin 
fəaliyyətinə xitam verilmişdir.
1909-cu ildə Üzeyir bəy Hacıbəyovun redaktorluğu ilə “Həqiqət” qəzeti nəşr olunmağa başladı.. İlk 
sayı dekabrın 25- də “Orucov qardaşları”nın mətbəəsində dərc olunan “Həqiqət” qəzeti 1910-cu ilin avqust 
ayına kimi fəaliyyət göstərə bildi. Qəzetin fəaliyyətinə hökümət orqanları tərəfindən son verildi.Bu dövrdə 
işıq üzü görən qəzetlərdən biri də “Yeni həqiqət” idi. Qəzet cəmi üç ay - 1911-ci ilin yanvar-mart aylarında 
dərc olunmuşdu. Hətta qəzetdə Əhməd bəy Ağaoğlunun İstanbuldan göndərdiyi publisist yazıları dərc 
olunmuşdu. Bundan başqa Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və s. kimi ziyalılar qəzetlə 
əməkdaşlıq edirdilər. 1911- ci ilin iyulun 2-də “Məlumat” qəzeti dərc edilməyə başladı. Qəzetin redaktoru 
Mehdi bəy Hacılı idi. Bu qəzetin də aqibəti digərləri kimi oldu. Milli şüurun inkişafına öz töhfəsini vermiş 
mətbu orqanlarımızdan biri də Kaspi mətbəəsində nəşr olunan “ Həqq yolu” jurnalı idi. Jurnal Qarabəy 
Qarabəyovun redaktorluğu altında 14 dekabr 1911-ci ildə nəşr olunmağa başladı.Həftəlik nəşr olunan 
jurnalda siyasi, ictimai, iqtisadi məsələlər öz əksini tapırdı. Firudin bəy Köçərli, Mahmud Nədim kimi 
ziyalıların məqalələrinin dərc olunduğu jurnal 1912-ci ilə kimi varlığını qoruyub saxlaya bildi. 
Senzuranın kəskinləşməsi bir çox ziyalıların təqib edilməsi ilə yanaşı, ədalətsiz həbslərə də səbəb 
olurdu. Qeyd edək ki, 1911-ci ilin martın 24-də 9 nəfər mətbuat işçisi həbs edilərək Bayıl həbsxanasına 
aparılmışdı.Rusiya imperiyasının bütün təqiblərinə, məhdudiyyətlərinə baxmayaraq, xalqımız istiqlalı 
uğrunda mübarizədən çəkinmir, Azərbaycan ziyalıları millətin amalı üçün gecə-gündüz çalışırdılar. 1911-ci 
ildə fəaliyyətə başlayan “Müsavat” partiyasının “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı dövrün əsas 
mətbuat orqanlarının başlıca şüarına çevrilmişdi. Partiyanın nümayəndələri iqtisadi, siyasi, sosial, mədəni və 
s. məsələlərlə bağlı olaraq tez-tez mətbu orqanlarda çıxışlar edirdilər. Lakin onlar çox yaxşı başa düşürdülər 
ki, xalqla daha yaxın olmaq üçün partiyanın öz mətbu orqanını yaratmaq çox vacib məsələdir. Partiyanın öz 
orqanının olmadığı ilk dövrlərdə “İqbal” qəzeti nəşr edilirdi ki, bu qəzet müsavatçılıq ideologiyasını təbliğ 
edirdi. Qəzet ilk dəfə 1912-ci ildə çap edilmişdi və redaktoru Sənətulla İbrahimov idi. Qəzetin milli azadlıq 
hərəkatımızın inkişafında mühüm əhəmiyyətə malik olduğunu M.B.Məmmədzadə vurğulamışdır.
1913-cü ildə M.Ə.Rəsulzadə İstanbuldan Bakıya qayıdır. Onun Bakıya qayıtdığı dövr Azərbaycan 
mətbuatında bir canlanma, çiçəklənmə dövrü kimi xarakterizə olunur. Hətta 1914-cü ildən etibarən 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə