Ministry of education of azerbaijan republic sumgayit state university


BİRİNCİ DÜNYA MÜHARİBƏSİNƏ DAXİL OLAN DÖVLƏTLƏRİN AZƏRBAYCAN SİYASƏTİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə424/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   420   421   422   423   424   425   426   427   ...   579
magistr2021 3 2

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNƏ DAXİL OLAN DÖVLƏTLƏRİN AZƏRBAYCAN SİYASƏTİ 
 
Həsənova N.H. 
Sumqayıt Dövlət Universiteti

 
E-mail:
 
nuriyyahasann@gmail.com
 
 
Əsrlərdən bəri olduğu kimi Birinci Dünya müharibəsində də ölkəmiz əlverişli coğrafi şəraiti, mühüm 
geostrateji mövqedə yerləşməsi,zəngin xammal ehtiyatlarına malik olması ilə seçilən bir ölkə idi. Cənubi və 
Şimali Azərbaycan ərazisi birlikdə 1917-ci ildə 200,5 min kv.km olmaqla Cənubi Qafqazın ümumi 
ərazisindən böyük idi. Avropa və Şərq ölkələri arasında körpü rolunu oynamaqla Azərbaycan mühüm ticarət 
yollarının kəsişməsində yerləşirdi. Cənubi Azərbaycanda Təbriz-Bursa-İstanbul ticarət yolu, Şimali 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
356 
Azərbaycanda isə Bakı-Batum, Bakı-Novorussiysk kimi mühüm ticarət yollarının olması beynəlxalq iqtisadi 
əlaqələrin əsasını təşkil edirdi. Həmçinin Azərbaycan Cənubi Qafqazın energetika bazası rolunu oynayırdı. 
Bakı nefti Rusiyanın əsas enerji mənbəyi idi. Bolşevik çevrilişinə qədər belə olsa da,onlar hakimiyyətə 
gəldikdən sonra Bakı neftinin itirilməsi ilə razılaşa bilmirdi. Bununla yanaşı digər güclü dövlətlər də ciddi 
səylər göstərərək Bakı neftini ələ keçirməyə çalışırdı.Rusiyada Oktyabr çevrilişi baş verdikdən sonra Birinci 
Dünya müharibəsində iştirak etmiş dövlətlərin başlıca məqsədlərindən biri də Bakı neftini ələ keçirmək idi. 
Bu dövrdə, Azərbaycan İran, Rusiya, Osmanlı dövlətləri ilə yanaşı, başqa güclü dövlətlər üçün də hərbi-
siyasi əhəmiyyətə malik bir region idi. Yaxın və Asiyaya çıxmaq üçün Azərbaycan ərazisi coğrafi əlverişli 
məkan olması ilə yanaşı, müdafiə xarakterli də mühüm əhəmiyyət kəsb edirdi. 
1918- ci il Brest-Litovski sülhü bağlandı. Sülhə uyğun olaraq Sovet Rusiyası Birinci Dünya 
müharibəsindən çıxdı. Rusiyanın müharibədən çıxması ilə Həmədan-Baltik arasında 3000 km-lik bir sahə 
boşaldı. Bolşeviklər Rusiyada iqtidari ələ keçirdi.Bu da bütün dünya ölkələrinin diqqətinin bura yönəlməsinə 
səbəb oldu. Bolşevik ideyaları Avropaya sürətlə yayıldı. Bu isə dolayı yolla Avropanın göz dikdiyi Asiyaya 
da irəliləmək demək idi. İngiltərə müsəlmanların üstünlük təşkil etdiyi ərazilərin sahibi idi. Ona görə də baş 
verən proseslər İngiltərəni də narahat etməyə bilməzdi.Almanya isə rus ordusunun dağılmasından 
yararlanmağa çalışırdı. O, Qara dənizin şimalından irəliləyərək Ukrayna və Krıma girməyə cəhd göstərmiş, 
həmçinin Gürcüstanda qərargah da yaratmışdı. Bu da İngiltərə üçün başqa bir narahatlıq səbəbi idi. Belə bir 
vəziyyətdə türk qüvvələri Qafqaza gələrək, Şimali Azərbaycan və Cənubi Azərbaycan ərazində irəliləməkdə 
idi.İngiltərə üçün digər narahatlıq doğuran məsələlərdən biri də məhz bu idi.İrandan Xəzər dənizinə olan 
qədər ərazilərdə yaşayan türk-müsəlman xalqlarını Osmanlı dövləti istiladan xilas etməyə çalışırdı. Bu istək 
təbii olaraq ingilisləri təmin etməzdi. Hadisələrin belə cərəyan etdiyi bir zamanda müttəfiq dövlətlərin 
diqqəti Şərqə doğru yönəldi. Müttəfiq dövlətlər tərəfindən İngiltərəyə səlahiyyətlər verildi. İngiltərə bolşevik 
cərəyanına qarşı çıxış etməli, türk ordusunun fəallaşmasına imkan yaratmamalı idi. Bu hüquq İngiltərənin 
istəyini təmin edirdi.Məqsədlərinə nail olmaq üçün müttəfiq dövlətlərə bir sıra vədlər verirdi. İlk növbədə, 
bolşeviklərlə Xəzər dənizinin şimalında,türklərlə Xəzər dənizinin və Qafqazın cənubunda haqq-hesab 
çəkməli və öz planlarını həyata keçirməli idi; İkinci məsələ, işğal zonasına daxil olan İranın şimalından və 
şərqindən gələcək təhlükəni dəf etməli; üçüncüsü, bolşeviklərin cərəyanına və türklərin yürüşlərinə qarşı 
cəhd göstərməli idi ki, Asiyadakı Hind imperatorluğu ətrafında bir güc sahəsi yarada bilsin; ən sonda isə 
Qara dənizin şərqində Xəzər dənizinə qədər olan bölgəyə öz nüfuz dairəsini yeritməli, Bakı neftinə sahib 
olmalı və Qafqazda yeni iqtisadi sahələr ələ keçirməli idi. 
Belə bir şəraitdə ermənilər də yaranmış vəziyyətdən istifadə edərək, Birinci Dünya müharibəsinin 
gedişində öz məkrli planlarını həyata keçirməyə çalışırdılar. Ermənilər Osmanlı dövləti və Azərbaycan 
əhalisinə qarşı hazırladıqları planlarını reallaşdırmaq üçün müharibədə iştirak edən dövlətlərlə əlaqə 
yaradır,gizli sazişlər imzalamağa səy göstərirdilər. Onu da qeyd etmək lazımdır ki ermənilərlə danışıqlara 
getmək Antanta və Dördlər ittifaqına daxil olan ölkələr üçün də səmərəli idi. Onlar Azərbaycan neftinə sahib 
ola bilmək üçün öz istəklərinə uyğun olacaq şəkildə “erməni məsələsindən” yararlanmağa çalışırdı. Bu 
baxımdan da Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planlarına uyğun olaraq “erməni 
məsələsinə” Azərbaycanda xüsusi diqqət yetirilməli idi. Həm Antantaya, həm də Dördlər ittifaqına daxil olan 
dövlətlər yaxşı başa düşürdü ki, Cənubi Qafqazda və Osmanlı ərazində yaşayan ermənilərdən müəyyən 
şərtlər daxilində istifadə edə bilərlər. Antantaya daxil olan dövlətlərin ermənilərdən istifadə etməkdə iki əsas 
istiqaməti vardı: birinci növbədə, Osmanlı ərazisi daxilində yaşayan ermənilərə muxtariyyət və azadlıq 
verməyi vəd etdi,bununla da erməniləri Osmanlıya qarşı qaldırmaq niyyətində idi. Digər ikinci istiqamət isə 
Rusiyada yaşayan ermənilərdən rus Qafqaz Ordusunda istifadə etmək və Osmanlıdakı yeddi vilayətə 
həmçinin Kilikiyaya muxtariyyət vermək.Antanta ilə paralel olaraq Dördlər ittifaqı, xüsusi ilə Almaniya da 
ermənipərəst mövqedən çıxış edirdi. Almanıyanın ermənilərlə bağlı planı isə belə idi: Osmanlı ərazisində 
yaşayan ermənilərə daha yaxşı şərait yaratmaq və vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar keçirmək, digər 
tədbirlər görmək, o cümlədən Rusiya erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Hadisələrin 
gedişatını belə yekunlaşdıra bilərik ki, Antanta və Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək 
uğrunda mübarizə gedirdi. 
Birinci Dünya müharibəsinin başlanğıcında İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç bildirdi 
ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət 
verməkdir. Erməni məsələsinə aydınlıq gətirmək üçün Osmanlı dövləti də öz növbəsində Ərzurum və yaxud 
Vanda seym çağırılması haqqında manifest imzalamışdı. Bu isə ermənilər arasında ikitirəlik yaratdı. Belə bir 
şəraitdə Daşnaksütyun partiyası “dilemma” qarşısında qaldı. Bu yollardan hansı birini seçməkdə çətinlik 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə