Ministry of education of azerbaijan republic sumgayit state university


CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİYİ VƏ NATO



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə427/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   423   424   425   426   427   428   429   430   ...   579
magistr2021 3 2

CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİYİ VƏ NATO 
 
Hüseynov M.İ. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
m.huseynoff044@gmail.com 
Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət 
terrorçuluq, etnik separatizm¸ münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın 
silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi 
miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir. Cənubi Qafqaz Asya qitəsində mühüm 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
359 
geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik 
və iqtisadi motivlər ilə zənginləşmişdir. Bölgə təbii coğrafi quruluşuna görə tarixən xalqların və 
mədəniyyətlərin cənubdan şimala, şərqdən qərbə köç yolu olmuşdur. Bu köçlərin Cənubi Qafqaz xalqlarının 
siyasi tarixinin formalaşmasında ciddi nəticələri olmuş və dərin izlər buraxmışdır. 
1980-ci illərin sonlarından başlayaraq bu günə qədər davam edən siyasi, hərbi və etnik zəmində lokal 
silahlı mübarizələr bölgənin təhlükəsizliyini və gələcək perspektivini ciddi şəkildə təhdid etmişdir. Bu 
problemlərin həll edilməsi üçün hazırlanan layihələr, böyük dövlətlərin bölgəyə yönəlik həyata keçirmək 
istədikləri iqtisadi, siyasi və hərbi siyasətləri Cənubi Qafqazda regional və beynəlxalq təhlükəsizliyin 
əhəmiyyətini artırmışdır. Bu haqda müxtəlif layihələr hazırlansa da, son 20 ildə ortaya çıxan problemlərin 
heç biri həll edilməmişdir.
1991-ci ildən sonra bölgədə iki təhlükəsizlik təşkilatı hegemon güc olmaq 
uğrunda mübarizəyə başlamışdır. Birincisi, Rusiyanın liderliyində Müstəqil Dövlətlər Birliyi (MDB) 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), ikincisi isə ABŞ liderliyində NATO. Regionun 
təhlükəsizliyinin təmin edilməsi üçün planlanan təhlükəsizlik mexanizmləri bu və yaxud digər şəkildə 
Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə etməkdədir.
Gürcüstan açıq bir şəkildə NATO təhlükəsizlik 
sistemi ilə inteqrasiyaya, Azərbaycan NATO ilə münasibətlərini möhkəmləndirməyə və genişləndirməyə 
çalışsa da, Rusiyaya olan münasibətdə daha tarazlı siyasət həyata keçirməyə cəhd edir, Ermənistan isə 
birmənalı şəkildə Rusiyanın liderliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik 
sisteminə daxil olmuşdur. Ermənistan bununla belə, NATO ilə də münasibətlərini inkişaf etdirmək 
istəməkdədir. 
NATO―nun Cənubi Qafqaz regionunda uğurlu iştrakında iki əsas amil mane olur: Birinci problem 
birinci problem təşkilata üzv dövlətlərin daxilində mövcud olan fərqli baxışlar; İkincisi isə üzv dövlətlərin 
Rusiya ila olan mövcud əlaqlələridir. 
Rusiya NATO-nun Cənubi Qafqazda get-gedə artan fəaliyyıtinə çox həssas reaksiya göstərir və NATO 
nun yaxın xaric adlandırdığı bu regiondakı mövcudluğunu hasili sıfıra bərabər olan oyun hesab edir. 
Rusiyanın əksər rəsmisi hesab edir ki, NATO-nun regiona istənilən formada gəlişi Rusiyanin maraqlarına 
ziddir. Rusiyanın əvvəlki Müdafiə Naziri İvanov Gürcüstanın NATO ya üzvlüyü barədə belə acıqlama 
vermişdi: ”NATO-ya üzv olmaq üçün Gürcüstan tam səlahiyyətə malik olmasına baxmayaraq, Rusiya 
sərhədlərdəki və yaxın xaricdəki nüfuzunu qorumaq üçün hər bir vasitəyə əl atacaqdır. Bizim hal-hazırda 
inkşaf etməkdə olan iki qabaqcıl texniki təhcizatlı briqadaya malikik. Bu iki briqada Gürcüstan sərhədinə 
yerləşdiriləcək. Bu səbəbdən də Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə Rusiya təhlükəsizliyinə heç bir 
ziyan dəymiyəcək”. 
1990-cı illərin əvvəllərindən etibarən, NATO-nun strukturlarında siyasi və hərbi dəyişikliklər prosesi 
başlandı. 1990-cı ilin iyulunda yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün London sammitində 
Dəyişilmiş Şimali Atlantika Alyansına dair London Bəyannaməsi, bir il sonra isə Roma sammitində yeni 
Strateji konsepsiya və Sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi. Nəzərdə tutulmuş əməkdaşlığın 
gələcək inkişafını istiqamətləndirən Şimali Atlantika Əməkdaşlıq Şurası (ŞAƏŞ) təsis edildi. NATO-nun 
Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika 
Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək 
məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə 
və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi 
səciyyələndirilir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə