Ministry of education of azerbaijan republic sumgayit state university


ERMƏNİ DİASPORUNUN YALANÇI "SOYQIRIM" İDDİALARININ TƏHLİLİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə434/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   430   431   432   433   434   435   436   437   ...   579
magistr2021 3 2

ERMƏNİ DİASPORUNUN YALANÇI "SOYQIRIM" İDDİALARININ TƏHLİLİ 
 
Manafov N.S. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
n-manafov@mail.ru
 
 
Diasporanın mənasına nəzər yetirdikdə, onun yunan dilində "səpələmək" mənasına gəldiyini görə 
bilərik. Ancaq, ümumi mənada ana vətəndən uzaqda yaşayan bir millətin fərdlərini ifadə etmək üçün istifadə 
edilir. Diasporanın sosioloji mənası "müxtəlif torpaqlara səpələnmiş mühacir icmaları" kimi ifadə edilə bilər. 
Diaspora anlayışı, xüsusən XX. əsrdə Fələstin xaricində yaşayan fələstinlilər və daha sonra İsrail xaricində 
yaşayan yəhudilər üçün istifadə olunmağa başladı.
Erməni diasporu terminindən, xüsusən Avropa ölkələrində və ABŞ-da 1980-ci illərin sonlarından 
etibarən bütün nəşrlərdə aktiv istifadə edilməyə başlandı. Osmanlı İmperiyası tərəfindən təhlükəsizliyin 
təmin edilməsi məqsədilə ermənilərin müvəqqəti köçürülməsi prosesi, erməni diasporunun yenidən 
qurulmasına və güc toplamasına səbəb olmuşdur. Bu kontekstdə formalaşan erməni diasporu, xüsusilə ABŞ 
və Fransada sosial-mədəni baxımdan güclü və mütəşəkkil qruplar təşkil etmə yoluna girmişdir.
Erməni diasporu özlərinə xas olan, saxtakarlıqla dolu tarixi məcraya qədəm qoymuşdur. Ümumi 
olaraq, erməni diasporunun saxta "erməni soyqırımı" ilə əlaqədar əsassız iddialarının təməlində bəzi 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
365 
məsələlər dayanmaqdadır. Bunlardan ilki, ermənilərin, soyqırım iddialarının mərkəzinə "müvəqqəti 
köçürülmə" prosesini qoymalarıdır. Beləliklə ermənilər buradan yola çıxaraq, Osmanlı İmperiyasının 
ermənilər tərəfindən törədilən etnik zorakılıqlara qarşı tədbirlərini, əslində onları yox etməyə yönəldiyini 
iddia etmişlər və onların heç bir zorakılıqda iştirak etmədiyikləri ilə bağlı yalanlarına dünya ictimaiyyətini 
inandırmağa çalışmışlardır.
İkinci məsələ isə, 1915-ci il hadisələrinin ABŞ, Avropa və dünyanın fərqli cəmiyyətləri tərəfindən 
həm rəsmi, həm də qeyri-rəsmi kontekstdə "soyqırım" olaraq görülməsini/tanınmasını təmin etməkdir. 
Bunlara misal olaraq, 1991-ci ildə "Erməni soyqırım iddialarını həqiqət olaraq təyin edən" bir konstitusiya 
ilə müstəqil Ermənistan Respublikasının (nə qədər müstəqil olduğu ayrı bir müzakirə predmentidir) 
qurulması və ermənidən daha artıq erməni olan Fransa parlamentinin "soyqırım" xülyasını təsdiqləməsindən 
sonra "soyqırımı" inkar edənlərin cəzalandırılması üçün qanuni tənzimləmə yoluna girməsi faktlarını 
göstərmək olar. Həmçinin, "soyqırım" yalanının tanınması üçün ABŞ Konqresinə qanun layihəsinin təqdim 
edilməsi faktıda buna misal ola bilər. 
Qeyd edilməlidir ki, ABŞ və Fransa kimi erməniləşmiş Qərb dövlətlərindən başqa, çox sayda ölkə də 
erməni məsələsinə xüsusi maraq göstərməkdədir. Bu ölkələrdən biri olan Almanya saxta soyqırım yalanlarını 
gizli olaraq dəstəkləyən ölkələrdən biridir. Almanların, erməni diasporunun "soyqırım" həyasızlığına şərik 
çıxmasının xüsusi bir səbəbi var. Belə ki, Almaniya, dünyada məhkəmə qərarı ilə qəbul edilmiş yeganə 
soyqırım cinayəti olan Yəhudi Soyqırımına başqa bir ortaq dövlət taparaq "yükünü yüngülləşdirmək" istəyir. 
Yəni, almanlar dövlətlərini dünyada soyqırım cinayəti həyata keçirmiş tək dövlət statusundan xilas etmək 
istəyir, çıxış yolunu isə qondarma "erməni soyqırımı" yalanlarının dünya ictimaiyyətinə "yedizdirilməsində" 
görür. Nəticə etibarı ilə, erməni diasporunun yalanları dünya siyasi arenasında "qana nüfuz edən zəhər kimi" 
yayılmağa davam edir. İstər erməni diasporu tərəfindən, istərsə də bəzi dövlətlər tərəfindən bu yalanlar siyasi 
alət və təzyiq vasitəsi olaraq, Türkiyəyə və türk ictimaiyyətinə qarşı geniş istifadə edilir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə