Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə417/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   413   414   415   416   417   418   419   420   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
351 
işğal edərək öz tərkibinə qatdı. Rusiya Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə öz 
hədəflərini reallaşdırmağa nail oldular. 
M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, çarizm bu ərazidə hakim ola bilmək üçün Qafqazda xristianlığın 
qoruyucusu və Avropa mədəniyyətinin təmsilçisi olaraq ortaya çıxmışdır. Əslində isə, xristianlığı qorumaq, 
müsəlman türklərin və İranlıların hərəkətləri ilə o dövrə qədər müstəqil olan müstəqil gürcü kilsəsinin 
müstəqiliyyinin tamamilə aradan qaldırılması və rus hakimiyyətinin qurulması şəklində həyata keçirildi. 
Göründüyü kimi, xristianların hamisi kimi çıxış etməsinə baxmayaraq Rusiya, Gürcüstanı ilhaq etməklə, 
burada müstəmləkəçi üsulidarənin əsasını qoymuş oldu. Rus məmurları tərəfindən müstəmləkəçilik 
Azərbaycanda zorla həyata keçirilməyə başlanmışdı. 
XVIII əsrin II yarısından etibarən Rusiyanın Cənubi Qafqaz siyasətində erməni məsələsi mühüm yer 
tutmuşdur. 
XIX əsrin 20-30-cu illərində Cənubi Qafqaza, o cümlədən əzəli Azərbaycan torpaqlarına ermənilər 
kütləvi köçürülməyə başladı. Köçürülmə Cənubi Qafqazın etno-siyasi durumunda və demoqrafiyasında ciddi 
dəyişikliyə səbəb oldu, bölgədə “erməni amili”nin yaranması ilə nəticələndi. Ermənilərin bölgədəki yerli 
xalqlarla gərgin münasibətləri, çarizmin türk - müsəlman əhaliyə qarşı ayrı-seçkilik və təqib siyasəti
azərbaycanlılara qarşı soyqırımlarının və deportasiyaların həyata keçirilməsində ermənilərdən ən fəal şəkildə 
istifadə edilməsi nəticəsində Cənubi Qafqaz bölgəsi etnik və milli qarşıdurmaların yaranıb genişləndiyi 
bölgələrdən birinə çevrildi.Sovet hakimiyyəti illərində Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-
nin yerləşdiyi Cənubi Qafqaz Şərqə və Türkiyəyə çıxış üçün qapı rolunu oynamışdır. 1991-ci ildə SSRİ 
dağılandan sonra Rusiya digər Cənubi Qafqazın postsovet respublikaları müstəqil dövlət olaraq ikitərəfli və 
çoxtərəfli münasibətlər yaratdı.Bununla belə, Rusiya Cənubi Qafqazı özünün ənənəvi imperiyasının bir 
hissəsi sayır.Rusiya separatçı qüvvələri dəstəkləməklə burada hegemon aktor olmağa çalışır. “Konfliktlərin
yaradıcısı” olan Rusiya konfliktlərin həllində “vasitəsi” rolunda iştirak edir. 
Rusiya 11 noyabr 2015-ci il tarixində Ermənistan ilə ortaq hava müdafiə sistemi qurmaq üçün işlərə 
başladı. Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasına görə, Şərqi Avropa, Qafqaz və Orta 
Asiyada ortaq müdafiə sistemləri qurulması, MDB-nin əsas hədəfləri arasında iştirak edir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   413   414   415   416   417   418   419   420   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə