Ministry of education of azerbaijan republic sumgayit state university


RUSİYANIN CƏNUBİ QAFQAZDA İŞTİRAKININ TARİXİ MƏRHƏLƏLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə416/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   412   413   414   415   416   417   418   419   ...   579
magistr2021 3 2

RUSİYANIN CƏNUBİ QAFQAZDA İŞTİRAKININ TARİXİ MƏRHƏLƏLƏRİ
VƏ ŞƏRTLƏNDİRƏN AMİLLƏR 
 
Əliyev A.Ə. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
anaraliyevrf1998@gmail.com
 
 
XV-XVI əsrlərdə mərkəzləşdirilmiş Rus dövləti yarandıqdan sonra Şimali Qafqazının işğalı prosesi 
başlamışdı. Rusiya regionun içərilərinə doğru hərəkət etdikcə burada qalalar salır, ələ keçirilmiş ərazilərdə 
rusların məskunlaşdırılması həyata keçirilirdi. 
XVIII əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Cənubi Qafqaz, xüsusilə onun ən zəngin 
hissəsi olan Azərbaycan işğal etmək, isti dənizlərə yiyələnmək planı mühüm yer tutmağa başlamışdı. 
Rusiya bu bölgəyə sahib
.
olmaqla
.
özünün təcavüzkar xarici siyasəti
.
qarşısında duran bir neçə vacib məsələni 
həll 
etməyi 
planlaşdırırdı. 
Əvvəla, ucuz xammalla zəngin olan Azərbaycanın 
ələ 
keçirilməsi 
Rusiyanın toxuculuq sənayesinin 
inkişafı üçün əlverişli 
şərait 
yaradırdı. İkincisi, bu bölgəni 
ələ
keçirməklə Rusiya Qərbi Avropanı Hindistanla birləşdirən tranzit ticarət yollarına sahib olardı. Üçüncüsü, 
Cənubi Qafqazı ələ keçirməklə Rusiya öz işğallarını cənub istiqamətində daha da genişləndirmək, öz 
nüfuzunu Orta və Yaxın Şərq ölkələrində yaymaq və möhkəmləndirmək imkanı qazana bilərdi. 
Rusiya 1722-1723-cü illər ərzində Dərbənd, Bakı və Rəşt üzərinə yürüş edərək Xəzərboyu 
Azərbaycan vilayətlərini işğal etdi. Bu vəziyyət regionun coğrafiyasında yeni geosiyasi dəyişikliklər əmələ 
gətirdi. I Pyotrun ölümündən sonra baş vermiş hakimiyyət dəyişkənliyindən sonra yeni Rusiya imperatoru 
rus ordularını bir müddət Azərbaycandan geri də çağırdı və bu ölkənin Qafqaz siyasətində qeyri-müəyyənlik 
yarandı. 
Şimali Azərbaycanın işalının başlanmasında, 1783-cü ildə Georgiyevski traktatı ilə Gürcüstanın 
Rusiyaya birləşdirilməsi həlledici amillərdən biri oldu. Gürcüstanı ilhaq etməklə ilk dayaq nöqtəsi əldə edən 
çar Rusiyası, çox keçmədən bütün Cənubi Qafqazın işğalına başladı. Belə ki, 1804-1813 və 1826-1828-ci 
illər Rusiya-İran, 1806-1812 və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri ilə Rusiya Azərbaycanın 
şimalındakı xanlıqları və Qara dənizin şərq hissəsi də daxil olmaqla Cənubi Qafqazın digər ərazilərini tam 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   412   413   414   415   416   417   418   419   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə