Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə415/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   411   412   413   414   415   416   417   418   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
350 
işlərinə xüsusi yer ayırmaqdadır. Sovet dövrü sona çatan kimi İranın tarixi keçmişdən sıx olan mədəni 
əlaqələri yenidən bərpa etmək marağı üzə çıxdı və ölkənin xarici siyasətində mühüm əhəmiyyət kəsb etmiş 
oldu. 
2. İqtisadi amillər. Qafqaz İranı Rusiyaya və Avropaya birləşdirən ən mühüm yollardan biri olmuşdur. 
Sovet İttifaqının süqut etməsindən sonra enerji ehtiyatları, onun region ölkələri və onlarla iri miqyasda 
əməkdaşlığı genişləndirmək imkanları böyük məna kəsb etməyə başladı və bununla da, İran və onun xarici 
dövlətlərlə apardığı siyasi strategiyaları üçün regionun iqtisadi əhəmiyyəti daha da artmış oldu. 
3. 
Siyasi və təhlükəsizlik amilləri.
İranın Qafqaza yaxın olması onu regiondakı siyasi və 
təhlükəsizliklə bağlı dəyişikliklərin təsirinə məruz qoymaya bilmir. Bu səbəbdən 1991-ci ildən bəri regionun 
siyasi və təhlükəsizlik durumunun konsolidasiyası və qeyri-təhlükəsizliyinin aradan qaldırılmasında İranın 
marağı anlaşılandır. 
İran-Azərbaycan əlaqələrinə gəldikdə isə qeyd etmək olar ki, 1991-ci ildə Azərbaycan Respublikasının 
müstəqilliyini tanıyan və ölkə ilə diplomatik əlaqələr formalaşdıran ilk ölkələrdən biri məhz elə İran 
olmuşdur.
Müxtəlif zamanlarda Azərbaycanla İran arasında əlaqələr gərginləşməyə və ya yaxşılaşmağa tərəf 
inkişaf etmişdir. Tədqiqatçıların fikirlərinə əsasən, Keçmiş Sovet respublikası kimi Azərbaycan Qərbin 
İranla toqquşmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Türkiyə, ABŞ, ölkələri, NATO və İsrail 
ilə əlaqələri inkişaf etdirməyə davam etdikcə İranla Azərbaycan münasibətləri kəskinləşməyə doğru 
getməkdədir.
Dünyanı “İslamın dostu və düşməni” qruplarına ayıran İranın özünə dost-düşmən seçməsində bu 
prinsiplə hərəkət etməməsi isə Azərbaycanda narazılıq yaratmaya bilməz. “Dünya müsəlmanlarının 
himayədarı” kimi özünü adlandıran İranla əsrlər ərzində müsəlmanlarla düşmən mövqeyində olan 
Ermənistanla isti münasibətlər əbəs yerə tənqidlərə məruz qalmamışdır


Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə