|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
345
sentyabrdan sonra regionda meydana gələn İraq müdaxiləsi gözləntiləri və 2003-cü ildə ABŞ tərəfindən
başladılan İraq müdaxiləsi ilə 2002-2007-ci illər arasında Kərkük-Yumurtalıq xəttindən təmin edilən neft
miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.Türkiyə eyni dövrdə daha çox Bakı-Tbilisi boru xəttindən istifadə
etmişdir. Kərkük-Yumurtalıq neft boru kəməri sahib olduğu potensial baxımından dünya neft daşıma xətləri
içərisində böyük bir əhəmiyyətə malikdir. Günümüzdə təhlükəsizlik artıq müasir anlayış kimi
dəyərləndirilməkdədir. Keçmiş dövrlərdə yalnız siyasi və hərbi miqyasda ələ alınan təhlükəsizlik anlayışı
qloballaşan dünya və tənqidi yanaşmaların da təsiri ilə 1980-ci illərlə birlikdə fərqli sektorları da içərisinə
daxil edərək məna genişlənməsinə məruz qalmışdır.
TARİX TƏLİMİNİN İDRAKI ƏSASLARI
Cəbiyev B.M.
Sumqayıt Dövlət Universiteti
E-mail:
cev.murad@mail.ru
İdrak prosesi şagirdin ətraf mühiti dərk edib, anlama hadisəsinə, eyni zamanda keçirilən yeni biliklərin
öyrənilməsi prosesinin quruluşuna deyilir. Təlim prosesində yeni bilikləri şagirdlərə çatdırmaq, bu biliklərin
beyində emal olunaraq praktikaya tətbiq edə bilmək üçün idrak ən mühüm amildir. İdrak prosesində şagird
yeni biliklərə ən əsas görmə vasitəsi ilə, daha sonra isə eşitmə vasitəsi ilə yiyələnir. Alimlərin gəldikləri
nəticəyə görə, biliklərin dərk olunması 90 faizi görmə (göz), 9 faizi eşitmə (qulaq), geridə qalan 1 faizi isə
hiss etmə orqanlarının ( toxunma və.s) köməyi ilə həyata keçirilir. Buna görə də, təlim prosesində şagirdə və
yaxud da tələbəyə hər hansısa bir mövzu, hadisə əyani formada nümayiş etdirilən zaman, paralel olaraq
sözlərlə müşayiət olunmalıdır. Bu cür təlim metodu şagirdlərin yeni bilik öyrənmələrində daha effektli
olacaqdır. İdrak prosesində beyin ən başlıca əhəmiyyətə malikdir ki, onun sayəsində öyrənilən biliklər sintez
olunur.
İdrak prosesi üç mərhələdən ibarətdir: Yeni biliklərin verilməsi, qavrama-başa düşmə, tətbiqetmə.
1.Yeni biliklər verilən zaman şagirdin bilik və dünyagörüşü səviyyəsi nəzərə alınmalıdır ki, şagird
bunları dərk edib mənimsəyə bilsin. Bu səbəbdən bu mərhələ təlim prosesinin ən əsas mərhələsidir. Burada
şagird özü üçün yeni olan bilikləri seyr edərək qavrayır.
2. Bu mərhələdə şagird öyrənilən bilikləri əvvəlcə yadda saxlamalı, daha sonra beynində
möhkəmləndirib, analiz və sintez etməlidir. Bütün bunlar şüurdan asılıdır. Anlama mərhələsinin ilkin forması
şagirdə keçilən mövzunun nədən bəhs etdiyini başa düşməsidir. Misal olaraq, bir növ filmə baxan zaman,
kitab oxuyan zaman, oyun oynadığı zaman ilkin başa düşdüyü forma kimi.
Qavrama mərhələsində müəllimin öhdəlikləri bu pillədə önə çıxır ki, müəllim öz növbəsində
istiqamətverici, bir növ bələdçi, şagird isə tədqiqatçı rolunda çıxış edir. Bu şagirdin müəllim tərəfindən
qarşısına qoyulacaq problemli vəziyyəti müstəqil formada həll etməsinə kömək edir. Bu mərhələ digər
tərəfdən başa düşmə mərhələsidir.
3.Şagird öyrəndiyi və başa düşdüyü bilikləri sonda praktikaya tətbiq etməlidir. Bundan öncəki iki
mərhələnin nəticəsi bu mərhələyə bir başa təsir edir və şagirdin keçirilən mövzuya hazırlığını göstərir. Bu
mərhələ idrak prosesinin ən əsas səviyyəsidir. Çünki indiyə qədər öyrənilən hər bir bilik mücərrəd xarakter
daşıyırdı. İndi isə konkretləşir.
Bu mərhələdə biliklər mücərrəddən konkretə doğru dəyişir. Şagirdin bu mərhələyə qədər öyrəndikləri doğru
ola da bilər, olmaya da bilər. Çünki mücərrəddir. İndi isə konkretləşdirilərək həll olunmalıdır. Təlim
prosesində mücərrəddən konkretə keçmək bəzi məsələləri, çalışma və tapşırıqları həll etməkdən ibarətdir.
Bundan sora isə çalışma və tapşırıqlar daha çox həll edilərək əldə olunan biliklər möhkəmləndirilir.
|
|
|