Ministry of education of azerbaijan republic sumgayit state university


AZƏRBAYCANIN TOLERANTLIQ ƏNƏNƏLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə405/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   401   402   403   404   405   406   407   408   ...   579
magistr2021 3 2

AZƏRBAYCANIN TOLERANTLIQ ƏNƏNƏLƏRİ 
 
Babanlı G.S. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
Gunelbabanli9@gmail.com
 
 
Bildiyiniz kimi, Azərbaycan qədim zamanlardan bəri müxtəlif dinlərin və dini cərəyanların 
birgəyaşayış yeri olmuşdur. Azərbaycanda Zərdüştlükdən son böyük din olan İslam dininə qədər bütün dinlər 
geniş yayılmışdır. Bu gün ölkəmiz bu dinlərin tarixi abidələrini və zəngin mənəvi irsini qoruyub 
saxlamaqdadır. 
Tarix boyu Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində 
yaşayıblar. Azərbaycandakı mövcud dini icmalar arasında hər zaman güclü tolerantlıq və qarşılıqlı anlaşma 
olub, milli, irqi və dini ayrı-seçkilik müşahidə olunmayıb. Fərqli dinlərə mənsub insanlar bir-birinə yaxın bir 
ailə kimi yaşayırdılar, bu humanist ənənə bu günə qədər gəlib çatmışdır. Respublikamızda məscidlərlə 
yanaşı, sinaqoqlar və kilsələr fəaliyyət göstərir və insanlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. 
Son vaxtlar ölkəmizdə yeni-yeni məscidlər, sinaqoqlar və kilsələr tikilir. Digər tərəfdən, dinlərə və 
mədəniyyətlərə qarşı tolerant münasibət Azərbaycan xalqının humanist xarakterinin, xeyirxahlığının və xoş 
niyyətinin parlaq ifadəsidir. Azərbaycanda son din olan İslamın yayılması da tolerantlılıq ənənəsinin 
möhkəmlənməsinə müsbət təsir etdi. Qurani Kərimdə buyurulur: “Dində məcburiyyət yoxdur” (əl-Bəqərə, 
256). İslam, insanların hər hansı bir dini zorla qəbuledilməsini dəstəkləmir. 
Hal-hazırda Azərbaycan Respublikasında fərqli dinlərə mənsub insanlar eyni küçədə, eyni məhəllədə 
və həyətdə qarşılıqlı hörmət şəraitində yaşayır və bir-birilərinin dini mərasimlərində fəal iştirak edirlər. 
2001-ci ilin mayında Bütün Rusun Patriarxı II Aleksey Azərbaycana səfər etdi, Rus Pravoslav 
Kilsəsinə baş kafedral kilsə statusunu verdi. Kilsənin təmiri Moskvanın azərbaycanlı iş adamı A. Qurbanov 
tərəfindən həyata keçirildi və qısa müddətdə əsas kafedralda təmir işləri aparılaraq pravoslavların istifadəsinə 
verildi. Kilsənin açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də iştirak etdi. 
Hazırda Gəncədə bir, Xaçmazda bir və Bakıda üç pravoslav kilsəsi,Sumqayıtda bir məbəd vardır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə