“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən



Yüklə 6,02 Mb.
səhifə1/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
  1   2   3   4   5   6   7   8   9   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

“ƏT VƏ ƏT MƏHSULLARININ TEXNOLOGİYASI” fənnindən


MÜHAZİRƏ MƏTNLƏRİ


Tərtib etdi: “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti, texnika elmləri namizədi QƏDİMOVA NATAVAN SƏFƏR QIZI


BAKI-2015


MÜHAZİRƏ

1:

ƏT SƏNAYESİNİN

İNKİŞAF

PERSPEKTİVLƏRİ,
XÜSUSİYYƏTLƏRİ

ƏSAS

XAMMAL BAZASI VƏ

ONUN

PLAN

  1. Ят сянайесиnin ясас хаммалı вя онун хцсусиййятляри

  2. Mal-qaranın və quşların daşınması, daşınma üsulları

  3. Мал-гаранын гябулу вя кясимдян яввял сахланмасы

  4. Гушларын гябулу və кясимдян яввял сахланмасы

ƏDƏBİYYAT



  1. Qədimova N.S. “Ət və ət məhsullarının texnologiyası”. Dərslik Bakı: “İqtisad Universiteti”Nəşriyyatı, 2013.

  2. Винникова Л.Г. «Технология мяса и мясных продуктов». Учебник. — Киев: Фирма «ИНКОС», 2006. - 600 с.: ил., цв. вкл. 22 с. ISBN 966-8347-35- 8

  3. Гридеэл Т.Э., Алленби Б.Р. «Промышленная экология». Учеб. пособие для вузов/ Пер. с англ. под ред. проф. Э.В. Гирусова. - М.: ЮНИТИ-ДАНА, 2004

  4. Кецелашвили Д.В. «Технология мяса и мясных продуктов». Учебное пособие в 3-х частях. Кемерово: Кемеровский технологический институт пищевой промышленности, 2004. – 404 с.

  5. Лебедева Н.А., Бобровский А.Я., Писленская В.Н. и др. «Анатомия и гистология мяса промышленных животных», М, Агропромиздат, 1985

  6. .Мясное птицеводство: Учебное пособие. Фисинин Ф.И., СПб.: 2007. - 416 с.ил.; 84х108/32

  7. Технологии пищевых производств: Учеб. для вузов. Нечаев А.П., М.: 2008. - 769 с.ил.; 60х88/16

  8. Физико-химические и биохимические основы производства мяса и мясных продуктов. Кудряшов Л.С., М.: 2008. - 160 с.

  9. Физико-химические и биохимические основы производства мяса и мясных продуктов: Учеб. пособие для вузов. Данилова Н. С., М.: 2008. - 280 с.ил.; 60х88/16

10.Химия пищи. Белки. Структура, функции, роль в питании / И.А.Рогов, Л.В. Антипова, Н.И. Дудченко, А.А. Жеребцов. – М.: Колос, 2000.–382с.

Ət və ət məhsulları insanın qidasında xüsusi yer tutur. Qidanın enerjiliyi və bioloji dəyəri, birinci növbədə, onun tərkibində olan heyvani mənşəli məhsulların, xüsusilə də ət və ət məhsullarının miqdarından asılıdır. Ət məhsulları üçün əsas xammal qaramal, qoyun, donuz və ev quşları hesab edilir. Qidada ət və ət məhsullarının xüsusi çəkisinin artması onun bioloji dəyərinin yüksəlməsinə səbəb olur. Çünki ətin tərkibi insan orqanizminin böyüməsi, inkişafı və normal həyat fəaliyyəti üçün lazım olan bütün maddələrlə (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) zəngindir. Ona görə də əhalini kifayət qədər ət və ət məhsulları ilə təmin etmək günün ən vacib məsələlərindən biridir. Bununla belə keyfiyyətin artırılmasını, məhsulun keyfiyyətcə dünya standartları tələblərinə cavab verməsi də nəzərə alınmalıdır.


Respublikamızın bir sira şəhərlərində müasir texnika və mütərəqqi texnologiya ilə təchiz edilmiş, mal-qaranın emalını həyata keçirməyə imkan verən, yüksəkkeyfiyyətli və genişçeşidli ət məhsulları istehsal edən ət emalı müəssisələri tikilib istifadəyə verilmişdir.
1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpaqların, mal-qaranın və əmlakın kənd əməkçilərinə paylanması, məhsulun alış qiymətlərinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər dövlət mülkiyyətində olan, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sənaye müəssisələrini də əhatə etmiş və nəticədə yeyinti sənayesi sahəsində də yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmuşdur.
“1995-1999-cu illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan emal-yeyinti sənayesi müəssisələri özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmiş və səhmdar cəmiyyətlərə çevrilmişdir.
Yeyinti sənayesinin güclü inkişafı üçün, ilk növbədə, ancaq xammal ehtiyatları nəzərə alınır. Yeyinti sənayesini özündə birləşdirən sahə və yarımsahələrin inkşaf mənbəyini təşkil edən kənd təsərrüfatı məhsulları xammal mənbəyidir.
Respublikamızda yeyinti sənayesinin inkişaf etdirilməsi ilə bağlı bir sıra üstünlüklər vardır:
̶ yeyinti sənayesinin tarixi ənənələri;

  • yeyinti sənayesinin istehsalı üçün zəngin xammal bazası;

  • ölkəmizdə yetişdirilən meyvə-tərəvəz məhsullarının bir çoxunun dünyada analoqunun olmaması;

  • bir sıra istehsalatların respublikanın kiçik və orta şəhərlərində yerləşdirilməsi imkanı və ərazi ehtiyatı;

  • nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe. Potensial ixrac bazarlarına yaxınlıq.

Qeyd edilənlər bu sənaye sahəsinin inkişaf etdirilməsi üçün mühüm əhəmyyət kəsb etməkdədir.
Sahənin inkişaf etdirilməsi məqsədilə, daxili və xarici bazar üçün məhsul istehsalı həcminin artırılması, həmçinin əsaslı vəsaitlərin, ilk növbədə, fəaliyyətdə olan müəssisələrin yenidən qurulması, genişləndirilməsi və texniki cəhətdən silahlan- dırılmasına yönəldilməsi, xarici investisiyaların, ekspertlərin, texnologiya və nou- hauların cəlb edilməsi, digər yeyinti məhsulları istehsalçıları ilə əməkdaşlıq və kooperasiya əlaqələrinin qurulması, MDB və yaxın xarici ölkələrin bazarlarına keyfiyyətli məhsulun ixrac edilməsi, emal-yeyinti sənayesinin inkişafı üçün xammal mənbəyi hesab edilən kənd təsərrüfatı məhsullarının bölgələr üzrə inkişafı, daxili və xarici istehlak bazarının tələbatının rəqabətədavamlı yeyinti məhsulları ilə təmin edilməsi, yeyinti sənayesi üçün xammal və hazır məhsulun ekoloji təmizliyinin və
keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılması, emal sənayesi üçün tələb olunan avadanlıqların respublikamızda istehsalının təşkil edilməsi zəruridir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə qida sənayesi sahəsində iri sənaye müəssisələri fəaliyyət göstərməkdədir.
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndəsatış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan “Azersun Holding”, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. "Azersun Holding" MMC-də Qafqaz Konserv Zavodu, Biləsuvar Konserv Zavodu kimi iri qida sənayesi müəssisələri fəaliyyət göstərməkdədir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ölkəmizdə qida sənayesində yeni bir səhifə açmışdır.
Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

  • ölkədə ərzaq məhsulları istehsalını artırmaq;

  • əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;

  • ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək;

  • ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq.


Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə