“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən



Yüklə 6,02 Mb.
səhifə5/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   2   3   4   5   6   7   8   9   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Mal-qaranın diri çəkiyə və köklük dərəcəsinə görə qəbulu. Gətirilmiş mal- qara təhvil verildikdə, ilk növbədə, sənədlər yoxlanılır. Daxil olan mal-qara ayrı-ayrı qəbul bazalarına boşaldılır və orada müayinədən keçirilir. Müayinənin nəticələrindən asılı olaraq, sağlam mal-qara tərəzidə çəkilməyə, şübhəlilər karantinə, xəstələr isə izolyatora və ya sanitar kəsimə göndərilir.
Baytar müayinəsindən sonra diri çəkiyə görə qəbul zamanı sağlam mal-qaranı köklük dərəcəsinə və yaşına görə sortlara ayırırlar. Qaramalı yaşına və cinsiyyətinə görə dörd qrupa bölürlər: I qrup – öküzlər və inəklər; II qrup – buğalar; III qrup – yaşı 3 aylıqdan 3 yaşa qədər olan cavan heyvanlar; IY qrup – yaşı 14 gündən 3 ayadək olan buzovlar.
Donuzları yaşına görə aşağıdakı qruplara bölürlər: donuzlar (diri çəkisi 20 kq-dan 59 kq-dək olan cavan donuzlar), çoşqalar (çəkisi 2 kq-dan 6 kq-dək olan I kateqoriya, çəkisi 6 kq-dan 20 kq-dək olan II kateqoriya, südəmər çoşqalar).
Sortlara ayırma zamanı yaşlı axtalanmamış erkək qaramalı (öküzləri) və donuzları ayırıb, fərdi yerdə saxlayırlar. Heyvanların köklüyü onların keyfiyyətinin əsas göstəricilərindən biridir. Ət cəmdəyində ətlə sümüyün nisbəti və ət cəmdəyinin çıxarı ondan asılıdır. Malın köklüyünü təyin etmək üçün onun döşaltını, bel hissəsini, yan sümük çıxıntılarını, qasıq hissəni, quyruğun dibini və s. Əlləşdirirlər. Qüvvədə olan standartlara əsasən qaramalı və cavan heyvanları köklük dərəcəsinə görə bölürlər: ali, orta və ortadan aşağı; buğalar və buzovları isə I və II dərəcəyə bölürlər.
Ali dərəcəyə aid olan heyvanların yaxşı inkişaf etmiş əzələləri, girdə bədən forması vardır; dərialtı piyin toplanması quyruğun dibində, çanaq sümüyünün uclarında və iki son qabırğalarda yaxşı hiss edilir.
Orta köklükdə olan heyvanların kafi inkişaf etmiş əzələləri vardır: kürəklər, oma sümüyünün çıxıntıları, çanaq sümüyü kəskin çıxmır, dərialtı piyin toplanması quyruğun dibində və oma sümüyünün çıxıntılarında hiss olunur.
Aşağı orta köklükdə olan heyvanların əzələləri qeyri-kafi inkişaf etmişdir; kürəklər, çanaq sümüyünün çıxıntıları aşkar ayrılır, dərialtı piy qatı hiss olunmur.

      1. dərəcəli buğaların bədəni girdə formada olub, yaxşı inkişaf etmiş əzələləri vardır, skelet sümükləri çıxmır.

      2. dərəcəli buğaların skelet sümükləri azacıq çıxmış, əzələləri kafi inkişaf etmiş, budları və kürəkləri azacıq dartılmış olur.

Cavan heyvanlar iri qaramala aid göstəricilərə malik olub, əzələləri daha yaxşı inkişaf etmiş və nisbətən az piy yığınlarına malik olması ilə səciyyələnir.

  1. dərəcəli buzovlar – südəmərlər (südlə bəslənənlər) kafi inkişaf etmiş əzələyə, hamar tükə malik olub, diri çəkisi 30 kq-dan az olmamalıdır.

  2. dərəcəli buzovlar – südəmər və əlavə yemlənənlər, nisbətən az inkişaf etmiş əzələyə malik olub, arxa və bel fəqərələrinin çıxıntıları hiss olunur.

Standartın əsas tələblərinə görə heyvanlar ortadan aşağı köklük səviyyəsinə və ya II dərəcəyə uyğun deyilsə, onları arıqlara aid edirlər. Donuzların köklüyünü təyin etdikdə bel hissədə onurğanı əlləşdirirlər.
Xırdabuynuzlu heyvanları köklüyünə görə üç dərəcəyə bölürlər: ali, orta və ortadan aşağı. Onların da köklüyünü qaramalda olduğu kimi təyin edirlər. Quyruqlu qoyunlarda, həmçinin, quyruq hissədə piy yığınını da nəzərə alırlar.
Ali dərəcəli qoyun və keçilərin əzələləri yaxşı inkişaf etmiş olub, bel fəqərələrinin çıxıntıları görümür, dərialtı piyin toplanması beldə və qabırğalarda yaxşı nəzərə çarpır. Quyruqlu qoyunların quyruğunda xeyli piy toplanmışdır. Keçilərdə fəqərə çıxıntıları azacıq görünür.
Orta köklük dərəcəli qoyun və keçilərin əzələləri kafi inkişaf etmiş, oma sümüyünün ucları və bel fəqərələrinin çıxıntıları azacıq görünür, arxa qabırğalarda, beldə azacıq piyin toplanması nəzərə çarpır.
Ortadan aşağı köklük dərəcəli qoyun və keçilərin əzələləri qeyri-kafi inkişaf etmiş, fəqərə çıxıntıları, qabırğalar görünür, dərialtı piy hiss olunmur. Ortadan aşağı, orta köklük dərəcəsinin tələblərini ödəməyən qoyun və keçiləri arıq heyvanlara aid edirlər.
Baytar müayinəsindən keçən və sortlara ayrılan heyvanları, donuzları, qoyun və keçiləri partiyalarla, qaramalı isə ayrılıqda çəkirlər. Əgər mal-qara gələn andan 2 saatdan gec olmayaraq qəbul edilirsə, onda mal-qaranı qəbul edən zaman mədə- bağırsağın tutumuna görə faktiki çəkiyə 3% miqdarında güzəşt edirlər: 50-100 km məsafədən avtomobil nəqliyyatı ilə gətirilən heyvanlar – 1,5% güzəştlə, 100 km-dən artıq məsafədən gətirilən heyvanlar isə güzəştsiz qəbul edilir. 2 saatdan əlavə qəbul gecikdirilərsə, hər bir tam və yarımçıq saata güzəşti 0,5% azaldırlar. Əgər gecikmə təkrar tərəzidə çəkmənin nəticisində əmələ gəlmişdirsə belə halda da güzəşti azaldırlar. Əgər gecikdirmə zamanı mal-qara yemlənməmişsə, onda onu faktiki köklük dərəcəsi üzrə qəbul edirlər.
Əgər boğaz inək, qoyun və donuzlar çıxdaş aktına əsasən emala gətirilmişdirsə və boğazlığın ikinci dövründədirsə, onda onların diri kütləsindən 10% miqdarında güzəşt edirlər (mədə-bağırsaq traktının tutumuna edilən güzəştdən əlavə).
Qəbul edilən mal-qaranın keyfiyyətini qiymətləndirən zaman təhvil verənlə qəbul edən arasında köklük dərəcəsinin və mədə-bağırsaq tutumunun müəyyənləşdirilmə- sində ziddiyyət ola bilər. Belə hallarda yoxlama kəsimi aparılır və heyvanların köklüyünü cəmdəyin köklük dərəcəsinin qiymətləndirilməsi nəticəsində təyin edirlər.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə