“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən



Yüklə 6,02 Mb.
səhifə4/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   2   3   4   5   6   7   8   9   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Mal-qaranın və quşların daşınması, daşınma üsulları. Xammal dəmiryolu, su və avtomobil nəqliyyatı ilə daşınır. Yaxın məsafələrdən heyvanlar qovmaqla gətirilir. Daşınmadan 10-14 gün əvvəl heyvanlara peyvəndlər edilir, mal-qara və quşları gözdən keçirir, xəstə heyvanları aşkar etmək üçün onların temperaturu ölçülür. Yoxlamanın və diaqnostik tədqiqatın əsasında nəql etməyə icazə vermək üçün xüsusi baytar şəhadətnaməsi verilir. Baytar şəhadətnaməsi olmadan malların daşınmasına icazə verilmir. Onlar kəsimə buraxılmır və faktiki səbəblər aşkar olunana qədər onlar iki gün təcrid olunur.
Mal-qaraya düzgün qulluq etmək (vaxtında yemləmək və suvarmaq, baytar- sanitar tələblərinə riayət etmək), yolda heyvanların xəstələnməsinin və diri kütlənin itkisinin qarşısını almaq üçün həlledici şərtdir.
Qovmaqla mal-qara əsasən yaxın məsafədən gətirilir. Bu iqtisadi cəhətdən sərfəlidir. Mal-qara, adətən otlaq dövründə qovulur.
Qovmaq üçün qaramalı 150-200 başdan, cavan heyvanları 200-250 başdan, qoyunları 600-1000 başdan ibarət qruplara bölürlər. Qovma sürəti heyvanın növündən asılı olub, gün ərzində qaramal üçün 15 km, qoyunlar üçün isə 10 km-dir.
Dəmiryolu ilə daşınma zamanı mal-qaranı xüsusi təchiz edilmiş vaqonlarda yerləşdirirlər. Orada suvarma təknələri, su bakları, yem taxçaları, axur (yem təknəsi), sorucu lyuklar və s. olur. Mal-qaranı vaqonlara trapla ehtiyatla yükləyirlər. Dəmiryolu vaqonlarında mal-qaranı 800 km-dən artıq məsafəyə daşımaq məsləhət görülmür (yolda 4 sutkadan artıq olmamalıdır). Malların dəmiryolu ilə daşınmasında ilk şərtlərdən biri, baytar-sanitar və zoogigiyenik tələblərə riayət olunmasıdır ki, bu da, öz növbəsində, malların itkisiz, sağlam və yolda xəstəliyə tutulmadan daşınmasını təmin edir.
Daşınma zamanı itkinin yaranmasına daşınma müddəti də təsir edir: daşınma nə
qədər uzanarsa, itki bir o qədər artar. Ən yüksək çəki itkisi daşınmanın ilk 24-36 saatına təsadüf edir. Heyvanların çəkisindən və köklüyündən asılı olaraq itki dəyişir. Belə ki, heyvanın çəkisinin artması və köklüyünün azalması ilə itkilər artır.
Avtomobil nəqliyyatı ilə mal-qaranı yaxın məsafəyə (300 km-dək) 5 saatdan çox olmayaraq daşıyırlar.
Su nəqliyyatı ilə mal-qaranı adi və xüsusi barjalarda və gəmilərdə daşıyırlar.
Donuzları konteynerlə daşıyırlar. Konteynerə 110-120 kq çəkili 13 baş donuz yerləşdirirlər. Konteyner korobka formasında olub, bir təbəqə dəmirdən hazırlanmışdır. Konteynerin üstü şəbəkə ilə örtülür və onun deşikləri heyvanın kənara çıxmasının qarşısını alır. Konteynerlərdən istifadənin bir sıra üstün cəhətləri vardır, belə ki, heyvanlar ora asan salınır, yükləmə və daşınma asanlaşır. Fərq ondadır ki, onları nəql etmək üçün tara kimi ağac və dəmir yeşiklər ̶ qəfəslər tətbiq edilir. Quşları da qaramalı daşıyan üsulla daşıyırlar. Tara təmiz olmalı və qabaqcadan dezinfeksiya edilməlidir. Yeşiklər, qəfəslər quşların yaxın və orta məsafələrə (20 km-dən 50-60 km-dək) daşınmasında tətbiq olunur. Paslanmaya və dezinfeksiya dərmanlarına qarşı davamlı olan metal, ağac və ya başqa materialdan hazırlanmış möhkəm qəfəslərdən istifadə edirlər. Onlar yüngül (8-10 kq-dan çox olmayan) və aparmaq üçün rahat olmalıdır.
Quşları 120-150 km məsafəyədək daşımaq üçün konteynerlərdən istifadə edirlər. Kütlənin itkisinə yol verməmək üçün quşları daşıyarkən havalanma yaxşı təmin edilməli və havanın temperaturu 180C-də saxlanılmalıdır. Quşların daşınma radiusu və onların yolda olma müddəti mümkün qədər minimal olmalıdır: 45-50 km məsafə daşınmanın optimal radiusu hesab edilir.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə