“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən


Quşların qəbulu və kəsimdən əvvəl saxlanması



Yüklə 6,02 Mb.
səhifə7/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   2   3   4   5   6   7   8   9   10   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Quşların qəbulu və kəsimdən əvvəl saxlanması. Quşların qəbulu baytar şəhadətnaməsinə uyğun olaraq aparılır. Quşları qəbul edən zaman 50 km məsafədən gətirilmiş quşların diri kütləsinə 3%, 50-100 km məsafədən gətirilənlərə isə 1,5%,100 km-dən artıq məsafədən gətirilən quşların diri çəkisinə görə güzəştsiz qəbul edirlər. Quşların qəbulu 2 saatdan artıq uzandıqda, hər artıq tam və yarım saat üçün güzəşti 0,5% artırırlar.
Qəbuldan sonra sağlam quşları kəsimə, zədələnmiş, xəstə quşları isə sanitar kəsimə göndərirlər. Dənliyində yem kütləsi olan quşları 24 saatlıq kəsməkdən qabaq saxlamağa göndərirlər, sonra isə güzəştsiz faktiki diri kütləsinə görə qəbul edirlər (gətirilmə məsafəsindən asılı olmayaraq). Ölən quşların cəmdəklərinin olmasını qəbul- təhvil sənədlərində qeydə alırlar. Köklük tələblərini ödəməyən, xəstə, zədələnmiş quşları, həm də quşların cəsədlərini təhvil verənlərə qaytarmağa icazə verilmir.
Quşları növünə, cinsinə, yaşına, köklüyünə görə sortlaşdırırlar. Növünə görə quşlar qurudagəzən (toyuq, firəngtoyuğu, hinduşka, çolpa-broyler) və sudaüzən (qazlar, ördəklər); yaşına görə cavan və yaşlıya bölünür. Quşun yaşını təyin etmək üçün, məsələn, xoruzların ayaqlarının uzunluğunu yoxlayırlar (onlar yaşla əlaqədar
uzanır), qoca, yaşlı toyuqların tükü parlaq olmur, tük örtüyü qalın, sıx olur və ayaqlarının axçaları kobuddur.
Qurudagəzən quşların köklüyünü təyin etmək üçün döş sümüyünün ətrafında və yanlarda əti yoxlayırlar. Sudaüzən quşların köklüyünü təyin etdikdə isə qanadın altında piyin olmasını yoxlayırlar.
Köklüyünə görə quşları standart olanlara (ali orta və orta köklükdə) və standart olmayanlara (aşağı orta köklükdə) bölürlər.
Ali orta quşları yemləmək lazım gəlmir və kəsdikdən sonra I kateqoriyaya uyğun
olur.
Quşların kəsimdən qabaq saxlanılmasında əsas məqsəd – həzm traktının yemdən
və s.-dən təmizlənməsidir. Çünki emal zamanı bunlar maneçilik törədir. Quşlar növündən, yaşından, emal üsulundan, köklüyündən asılı olaraq, kəsim qabağı 4-8 saat saxlanılır. Onlar qəfəslərdə və ya torşəkilli döşəmələri olan yerlərdə saxlanır. Sudaüzən quşlar kəsimqabağı xüsusi hovuzlarda 20-30 dəqiqə üzərək, özlərini çirkdən təmizləyirlər.
Quşları qəbul etdikdə, onların diri çəkisindən mədə-bağırsaq traktının tutumuna görə 3%-ə qədər güzəşt edilir.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə