“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən



Yüklə 6,02 Mb.
səhifə3/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   2   3   4   5   6   7   8   9   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Linkoln cinsi – İngiltərənin Linkoln qraflığında uzun yunlu ətlik cinslərdən ən irisidir. Onlar ət və yun məhsuldarlığı ilə xarakterizə olunur. İstiliyi pis keçirdiklərinə görə yerli qoyunlarla çarpazlaşdırılmışdır. Qoçların diri çəkisi 145-160 kq,
qoyunlarınkı isə 80-90 kq-a qədərdir. Yununun uzunluğu 20-30 sm-dir. Yun çıxarı 8- 10 kq, ət çıxarı isə 60-70%-ə qədər təşkil edir(şəkil 2).

Şəkil 2. Linkoln qoyun cinsi
Romni-marş cinsi – İngiltərənin Kent qraflığında yetişdirilmişdir. O yaxşı ətlik xüsusiyyəti və tezyetişkənliyi ilə Linkoln cinsindən bir qədər zəif olmasına baxmayaraq, dözümlülüyü ilə ondan üstündür. Qoçların diri çəkisi 120-140 kq, qoyun- larınkı isə 70-90 kq-a qədər, yun çıxarı isə 6-7 kq- a qədərdir. Onların yunları Linkoln cinslərinə nisbətən qısa olub (12-18 sm) sıx və nazikdir.
Ətlik-piylik qoyun cinsləri, əsasən yüksəkkeyfiyyətli ət və piy almaq üçün saxlanılır. Bu qrupa Hisar, Edilbay, Saraca, Həştərxan, Özbək və başqa cinslər daxil edilir. Bu qoyunlarda yağ əsasən quyruqda, az miqdarda isə dərialtı və daxili orqanlar ətrafında toplanır. Bəzilərində quyruğun kütləsi 15-20 kq-a çatır. Qoyunların diri çəkisi 60-90 kq, qoçlarınkı isə 100-125 kq-a qədər, ət çıxarı isə 50% təşkil edir.
Hisar cinsi – dünyada ən iri qoyundur. Diri çəkisi 190 kq-a çatır. Yaxşı yemləmə şəraitində böyüyən heyvanlar 60 kq-a yaxın quyruq və daxili piy verirlər. Ət çıxarı 58- 60%-dir. Onların 3 kq-a qədər yunu olur.
Saraca cinsi – iri olub, yaxşı ətlik-piylik xüsusiyyətinə malikdir. Yunları ağ, başı, qulaqları, ayaqları isə tünd şabalıdı rəngdə olur. Qoçların diri çəkisi 90-100 kq, qoyunlarınkı isə 65-75 kq, yun çıxarı isə 4-4,5 kq-a qədər olur.
Edilbay cinsi – Qazaxıstanda yetişdirilmişdir. Onlar quyruq yağının iriliyinə və yığımına görə Hisar cinsindən geri qalır. Qoçların diri çəkisi 100-115 kq, qoyunlarınkı isə 70 kq-a qədərdir. Bununla bərabər onlar yaxşı yun məhsuldarlığı ilə xarakterizə olunur. Yun çıxarı 3,0-3,5 kq-a qədərdir.
Donuzlar bioloji və fizioloji xüsusiyyətlərinə – tez böyüməsi, kökəldilməsinin ucuz başa gəlməsi, bir ildə daha çox bala verməsi, yüksək ət çıxarına malik olması ilə fərqlənir.Donuzlar çox erkən, 12-14 aylığından doğmağa başlayır. Boğazlıq dövrü qısa olduğundan (114 gün və ya 3 ay, 3 həftə, 3 gün) onlardan bir ildə 2 dəfə və yaxud 3 dəfə bala almaq mümkündür. Hər doğumda, adətən, 10-12 bala, qabaqcıl təsərrüfat- larda isə 17-20 bala alınır. Çoşqalarının çəkisi 1 aylığında 7-8 kq, 2 aylığında 16-20 kq,

    1. aylığında 100-120 kq, 12-15 aylığında isə 200-240 kq-a çata bilir.

Piylik istiqamətli donuzların gövdəsi yumru, uzunsov, boynu qısa, beli enli, başı xırda, ayaqları gödək və ağır, budları yaxşı inkişaf etmiş olur. Piy qatının qalınlığı 10-12 sm-ə çata bilir, ət çıxarı 78-88% arasında olur. Piylik istiqamətli donuz cinslərindən ölkəmizdə ən geniş yayılanları İri ağ, Ukrayna ağ səhra, Mirqorod, Breytov, Liven və digərləridir. Ana donuzların diri çəkisi 200-280 kq, erkəklərinki isə 300-380 kq-a çatır. Respublikamız üçün yaxşılaşdırıcı cins kimi Ukrayna ağ səhra və İri ağ cinsləri qəbul edilmişdir.
İri donuz cinsi – İngiltərədə müxtəlif donuz cinslərinin çarpazlaşdırılmasından alınmışdır. Onlar ağ rəngli, iri olub, müxtəlif iqlim şəraitinə yaxşı uyğunlaşa bilmələri ilə səciyyələnirlər. Gövdəsinin döş hissəsi enli, dərin, beli enli və düz, başı orta böyüklükdə, azacıq qabağa yönəlmişdir. Dərisi möhkəm, elastiki, ayaqları möhkəm, hərəkətləri sərbəstdir (şəkil 3).

Şəkil 3. İri аğ donuz cinsi
Üç yaşında və ondan yuxarı yaşda çəkiləri 300-350 kq, ana donuzların çəkisi 220-280 kq-a qədərdir. Şpikin qalınlığı 3,1-3,4 sm-dir.
Ukrayna ağ səhra cinsi – akademik F.M.İvanov tərəfindən Ukraynanın az məhsuldar yerli cins donuzlarının İri ağ cinslə cütləşdirilməsindən əldə edilmişdir. Hər
doğuşda 10-11, bəzən isə 17 bala verir. Kökəldilmiş yaşlı donuzların diri çəkisi 220- 320 kq və daha artıq, ət çıxarı 78-80% təşkil edir.
Mirqorod cinsi – enli və dərin gövdəsi ilə xarakterizə olunur. Qulaqları xırda olub, azacıq sallaqdır. Rəngi ala-bəzək qaradır. İri donuzların diri çəkisi 280-320 kq, ana donuzlarınkı isə 200-240 kq-dır (şəkil 4).
Ətlik istiqamətli donuz cinsləri üçün uzun bədənli, yaxşı inkişaflı, xəstəlik və zədələnmə əlamətləri olmayan, 25-30 kq çəkili, 2,5-3 aylıq çoşqalar seçilir. Boğaz və doğmuş donuzlar bekonluq üçün seçilə bilməz. Erkək donuzlar 2 aylığından gec olmayaraq axtalanmalıdır. Yemlənməsində, əsasən arpa, noxud, kök, şəkər çuğunduru və süd tullantılarından istifadə edilir. Yemlənmə donuzların yaşı 6-8 aya, diri çəkiləri 75-100 kq-a çatdıqda dayandırılır. Bu tipə bekonluq Eston cinsi, ağ Latviya cinsi, ağ Litva cinsləri aid edilir. Bu donuzların ətindən keyfiyyətli hislənmiş ət məhsulları, o cümlədən, bekon istehsal edilir. Ana donuzların diri çəkisi 160-220 kq, erkəklərinki isə 230-280 kq-a çatır. Ət çıxarı 70-75% təşkil edir.




Şəkil 4. Mirqorod donuz cinsi
Bekonluq Eston cinsi – iri konstitusiyası ilə səciyyələnir. İri donuzların çəkisi 300-350 kq, ana donuzlarınkı isə 220-260 kq-a çatır. Şpikin qalınlığı 2,9-3,2 sm-ə çatır. Donuzlar keyfiyyətli bekonluq cəmdək verir.
Ağ Latviya cinsi – Latviyada yetişdirilmiş və yüksək ətlik məhsuldarlığa malikdir. Heyvanların gövdəsi yaxşı inkişaf etmiş, dartılmış şəkildədir. Ayaqları möhkəm, rəngi ağdır. İri donuzların diri çəkisi 300-320 kq, ana donuzlarınkı isə 220-240 kq-a çatır.
Ətlik-piylik istiqamətli donuz cinsləri (meşə-dağ, Urjum, Şimal Sibir donuzu və s.) zahiri görünüşünə, keyfiyyət göstəricilərinə görə göstərilən əsas iki tip arasında orta vəziyyət tutur. Bədənləri orta uzunluqda və endə olur. 9-10 aylığından sonra dərialtı piy yığılmağa başlayır. Ət çıxarı 80-85% təşkil edir.
Şimal Sibir cinsi – Novosibirsk vilayətində yerli Sibir donuzlarının İri ağ cinslə çarpazlaşdırılmasından alınmışdır. Onlar ağ rəngdə olub, möhkəm konstitusiyaya malikdir. İri donuzların diri çəkisi 270-300 kq, ana donuzlarınkı isə 200-230 kq-a çatır. Şpikin qalınlığı 3,3-3,6 sm-dir.
Quşçuluq - əhalinin quş əti və yumurtaya olan tələbatını ödəyir. Ən iri quşçuluq kompleksləri Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib. Azərbaycanda yem bazasının zəifliyi quşçuluğun inkişafına mane olur.
Yumurtalıq toyuq cinslərindən yumurta almaq üçün istifadə edilir. Bu cinsə aid olan toyuqlar tez yetişmələri ilə fərqlənərək nisbətən az kütləyə (2kq) malikdir. Onların qabarıq enli döşü, uzunsov yüngül gövdəsi, düz beli və yüngül başı vardır. Ayaqları nazik, qanadları uzun, tükləri sıxdır. Yumurta verən cinslərə ağ rus, ispan və leqqorn cinslərini aid edirlər.
Leqqorn cinsi – öz mənşəyini İtaliya toyuqlarından götürmüş və Amerikada yetişdirilmişdir. Onlar ağ rəngdə olub, dimdiyi, ayaqları və dərisi sarıdır. Toyuqların diri çəkisi 1,7-2,0 kq, xoruzlarınkı isə 2,3-2,5 kq-a yaxındır. Onların yumurtalıq xüsusiyyəti yüksək olub, 230-270 ədədə bərabərdir. Onların yumurtası iridir (58-60 q və daha yüksək) ( şəkil 5).




Şəkil 5. Leqqorn cinsi
Ağ rus cinsi – yumurtalıq istiqamətli olub, yerli toyuqların ağ leqqornla çarpazlaşdırılmasından alınmışdır. Konstitusiyasına və eksteryerinə görə ağ rus toyuqları leqqornla yaxın olub, diri çəkisinə və ətinin keyfiyyətinə görə onlardan üstün- dür. Toyuqların çəkisi 1,8-2,3 kq, xoruzlarınkı isə 2,8-3,1 kq-a qədərdir. 200 və daha artıq yumurtlaya bilir. Yumurtanın orta çəkisi 60 q-dır (şəkil 6).




Şəkil 6. Ag rus toyuq cinsi
Qarışıq (ətlik-yumurtalıq) toyuq cinsləri yüksək yumurta və keyfiyyətli ət vermələri ilə fərqlənir. Yumurtalıq məhsuldarlığına görə ətlik toyuqlardan azacıq geri qalır. Ətlik-yumurtalıq toyuq cinsləri geniş yayılmışdır. Onlara plimutrok, rod-ayland, susseks, orpinqton, nyu-hempşir, viandot, yurlov, liven və s. cinslər aiddir. Toyuqların diri çəkisi 3 kq-a qədərdir.
Plimutrok – cinsinin rənginə görə fərqlənən (boz, zolaqlı, ağ və s.) müxtəlif növləri vardır. Bütün növlərdə dəri, dimdik, ayaqlar sarı rəngdədir. Ağ rəngli plimut- roklardan broyler istehsalında istifadə edilir (şəkil 7, 8).




Şəkil 7. Plimutrok cinsi(zolaqlı)

Şəkil 8. Plimutrok cinsinin toyuğu və xoruzu (ağ)
Rod-ayland cinsi bədəninin xarakterik düzbucaqlı forması ilə xarakterizə olunur. Tük örtüyü parlaq, şabalıdı (qırmızı) rəngdə olub, pipiyi, quyruğunun ucu və qanadlarının bəzi tükləri qara rəngdədir (şəkil 9).




Şəkil 9. Rod-ayland cinsinin toyuğu və xoruzu
Ətlik toyuq cinsləri sıx və boş tükləri, iri kütləli başı və kiçik pipiyi, yoğun boynu, qısa qanadları, yoğun ayaqları, yaxşı inkişaf etmiş döş əzələləri ilə səciyyələnir. Toyuqların diri çəkisi 3,2 kq, 80 günlük cücələrin diri çəkisi isə 1,8 kq-a çatır. Ət çıxarı yüksəkdir. Bu cins toyuqlara Koxinxin, Brama və Lanşan aiddir.
Lanşan (lanqşan) cinsi – Çində yetişdirilmişdir. Onlar qara, ağ və mavi rəngdə olur. Gövdələri uzun, belləri enli olur. Xoruzların çəkisi 3-5 kq, toyuqların çəkisi isə 3- 4 kq, 100-120 yumurta verir, yumurtalarının kütləsi 55-65 q təşkil edir.
Koxinxinlər cinsi – Çində yetişdirilmiş, rənginə görə ağ, sarı, qara və s. olur. Boğazları qısa, ayaqları tüklü, belləri enli, qısa, döş hissəsi yaxşı inkişaf etmişdir.
Xoruzların diri çəkisi 5,5 kq, toyuqlarınkı isə 4,5 kq-dır. 60 q çəkidə 100 ədədə qədər yumurta verir.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə