“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən



Yüklə 6,02 Mb.
səhifə2/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   2   3   4   5   6   7   8   9   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Ətlik qaramal cinsləri tez böyüməsi, inkişaf etmiş əzələlərinin olması, orqanizmində çoxlu əzələarası, dərialtı, nisbətən az daxili yağ yığıntılarını toplaya bilməsi, yüksək diri kütlə və ət çıxarına malik olması ilə xarakterizə edilir. Ətlik istiqamətli qaramalın əzələləri zərif lifli olub yağ qatı əzələ lifləri arasında toplanır. Bu heyvanların əti doğranarkən «mərmərəbənzər» şəkildə olur. Ətlik istiqamətli qaramal az süd verir, gövdəsi düzbucaqlı formalı, ayaqları nazik və gödək, başları balaca və
enli, boyunları gödək olur. Onların döşləri ətli və enli olub, qabaq ayaqlarının həddindən çox irəli çıxması, belinin düz və enli, budların üstünün enli və aşağıya doğru sallaq, dərisinin qalın, yelinin zəif inkişaf etməsi ilə xarakterizə edilir. Bu istiqamətdə daha çox yayılmış Şorthorn, Hereford, Aberdin-anqus, Hallovey cinsləridir.
Şorthorn cinsi – ilk dəfə İngiltərədə alınmışdır. Bu cins tez böyüməsi, yüksək ətlik keyfiyyətinə malik olması ilə yanaşı, yemləmə və saxlanma şəraitinə qarşı çox tələbkarlığı ilə səciyyələnir. İnəklərin diri çəkisi 600-700 kq, öküzlərin diri çəkisi isə 900-1100 kq olur. Ət çıxarı 65-72%-ə qədərdir. Rəngi əsasən qırmızıdır, lakin ağ və al- qırmızı rəngli heyvanlara da rast gəlinir.
Hereford cinsi – ətlik istiqamətli olub İngiltərədə daha geniş yayılmışdır. Bu ətlik cins keyfiyyətinə və tez böyüməsinə görə dünyada Şorthorn cinsindən sonra ikinci yeri tutur. İnəklərin diri çəkisi 500-700 kq, öküzlərinki isə 800-1000 kq-dır. Ət çıxarı 60- 70% təşkil edir (şəkil 1).

Şəkil 1.Hereford cinsi
Şarole cinsi – Fransanın şimal və mərkəzi hissələrində yaxşı təbii iqlim şəraitində yetişdirilmişdir. Bu heyvanlar iri kütləyə malik olub, yüksək çəki artımı ilə səciyyələnir. Bu xüsusiyyətinə görə onlar ətlik cinslər arasında birinci yeri tutur. Müx- təlif çalarlı açıq sarı rəngdədir. İnəklərin diri çəkisi 600-800 kq, öküzlərinki isə 800- 1200 kq olub, ət çıxarı 60-70% təşkil edir.
Aberdin-anqus cinsi – İngiltərədə yetişdirilmişdir. O buynuzsuz olub, yüksəkkeyfiyyətli ətlik cinslərdən biridir. Döşü iri (66-67 sm) və enli (45-46 sm) olub, rəngi qaradır. Boynu qısa və əzələlidir. İllik süd məhsuldarlığı 1200-1500 kq olub,
yağlılıq dərəcəsi 4-4,5%-dir. İnəklərin diri çəkisi 550-600 kq, öküzlərinki isə 800-900 kq olub,ət çıxarı 65-70%-dir.
Hallovey cinsi – Şotlandiyanın dağlıq zonasında yetişdirilmişdir. Bu cinsin heyvanları sərt iqlim şəraitinə dözümlü olub, dağlıq zonalarda özlərini yaxşı hiss edirlər. Hallovey cinsinə aid olan malların rəngi əsasən qaradır. Yaxşı ətlik bədən formasına malikdir. İnəklərin diri çəkisi 500 kq, öküzlərinki isə 700-800 kq-dır, ət çıxarı 62-68% təşkil edir. İnəklərin süd məhsuldarlığı 1200-1300 kq olub, yağlılığı 4,8- 5,0%-dir. Respublikamıza bu cins mal 1972-ci ildən Xanlar, Gədəbəy, Şamaxı və s. rayonlara gətirilmişdir.
Qoyunçuluq Azərbaycanın dağlıq və dağətəyi zonasında inkişaf edib. Azərbaycanda dağ merinosu, Qala, Qarabağ, Balbas qoyun cinsləri bəslənilir. Qoyunların sayının tez artması, az əməktutumlu olması, yemə az tələbatı ̶ qoyunçu- luğun əhalinin ətə olan tələbatını daha tez ödəmək üçün sərfəli olan heyvandarlıq sahəsinə çevirmişdir. Azərbaycanda qoyunçuluğun inkişafı üçün kifayət qədər təbii yem bazası, yaylaq və qışlaqlar mövcuddur. Son illərdə yaylaqların çoxunun ermənilər təfəfindən işğal olunması Azərbaycanda qoyunçuluğun inkişafını məhdudlaşdırır.
Ətlik qoyun cinsləri tez böyüməsi, yaxşı ətlik keyfiyyətinə, yüksək diri kütləyə və ət çıxarına malik olması, həmçinin, ətinin şirəli, yumşaq, zərif və dadlılığına görə fərqlənir. Ən geniş yayılmış Hempşir, Linkoln, Romni-marş, Şiropşir, Kuybışev cinsləridir. Qoyunların diri çəkisi 65-85 kq, qoçlarınkı isə 100-145 kq-a qədər olub, ət çıxarı 55-65% təşkil edir.
Kuybışev cinsi – Kuybışev vilayətində yerli çerkas qoyunlarının romni-marş qoçları ilə çarpazlaşdırılmasından alınmışdır. Onlar yerli iqlim şəraitinə yaxşı uyğunlaşaraq, tez böyümələri və yüksək ət çıxarı ilə fərqlənir. Qoçların diri çəkisi 100 kq (bəzən 164 kq), qoyunların diri çəkisi isə 65-67 kq-a çatır. Yunu uzun olub, 13-15 sm, yun çıxarı isə 6,5-7,0 kq-a qədər, ət çıxarı 55% təşkil edir.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə