“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən


Heyvanların keyləşdirilməsi və keyləşdirmə üsulları



Yüklə 6,02 Mb.
səhifə15/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   ...   11   12   13   14   15   16   17   18   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Heyvanların keyləşdirilməsi və keyləşdirmə üsulları. Heyvanların kəsimdən əvvəl keyləşdirilməsində əsas məqsəd kəsim əməliyyatının rahat, təlaşsız aparılmasından, işçilərin təhlükəsizliyinin təmin edilməsindən, cəmdəyin daha yaxşı qansızlaşdırılmasına nail olunmasından ibarətdir.
Yalnız qaramalı və donuzları keyləşdirirlər. Keyləşdirmə aşağıdakı üsulların biri ilə aparılır: mexaniki təsirlə, elektrik cərəyanı ilə, karbon qazının təsiri ilə.
Heyvanlar keyləşdirilərkən onların ürək və ağciyərləri fəaliyyət göstərir. Əks təqdirdə cəmdək pis qansızlaşır və alınan ət dəyərini qısa müddətə itirir. Ona görə keyləşdirmə elə aparılmalıdır ki, ürəyin və ağciyərin fəaliyyəti dayanmasın.
Qaramalın mexaniki təsirlə keyləşdirilməsi. Bu üsullda qılınc (stilet), çəkic və atıcı aparatlardan istifadə edilir.
Qılıncla keyləşdirən zaman başı bir az üzü üstə və yan tərəfə bərkidirlər, zərbə birinci boyun fəqərəsi ilə kəllə sümüyü arasına endirilir. Bu zaman onurğa beyninin
pozulması, heyvanın iflici və qansızlaşmanın pisləşməsi baş verir. Qılınc uzunsov beyinə düşdükdə heyvan ölür və qansızlaşdırma olmur. Bu üsuldan başqa üsul olmadıqda istifadə edirlər.
Çəkiclə (çəkisi 2 kq-a yaxın) keyləşdirmə zamanı zərbə heyvanın alın hissəsinə vurulur. Düzgün vurulmuş zərbə nəticəsində beyin silkələnir (onun hərəkətetdirici və hissiyyat mərkəzləri pozulur), lakin ürək və ağciyərin işi dayanmır, qansızlaşdırma yaxşı olur. Bu üsul ağır olduğundan hazırda az istifadə edilir.
Atıcı aparatlarla keyləşdirmə xarici ölkələrdə yayılmışdır. Aparatlarda zərbənin gücü heyvanın çəkisindən, yaşından və cinsindən asılı olaraq nizamlanır. Kütləsi 2,8-1 kq olan aparatlar əks-çəki ilə təmin edilmişdir. Onlarla işləmək əlverişli və təhlükə- sizdir, sıxılmış hava, yaxud barıt patronunun partlaması hesabına hərəkətə gətirilir.
Bunların tətbiqi zamanı, elektriklə keyləşdirmənin bəzi üsulunda baş verən skelet sümüklərinin sınması, orqan və toxumalara qanın sızması kimi hallar aradan götürülür. Mexaniki təsirlə keyləşdirmə üsulundan alınan heyvanın əzələ toxuması elektriklə keyləşdirməyə nisbətən daha yüksək susaxlama qabiliyyətinə və plastikliyə malikdir.
Elektrik cərəyanı ilə keyləşdirmə sənayedə geniş tətbiq edilir. Qaramal və donuzların keyləşdirilməsi üçün dəyişən cərəyanın gərginliyi 70±20 B olan, gücü 1-1,5 A , 6-15 san müddətində təsir etmək kifayət edir.
Elektrik cərəyanı ilə təsiretmə müddəti və cərəyanın gərginliyi, heyvanın fərdi xüsusiyyətlərindən asılıdır.
Qaramalın elektriklə keyləşdirilməsi. Elektrik kontaktının heyvanın bədəninə yerləşdirilməsi üsulundan asılı olaraq keyləşdirmənin üç sxemi ət sənayesi müəssisələrində tətbiq olunur. Birinci sxemdə elektrik kontaktını stekin nizəsi ilə dərini deşməklə, başın peysər hissəsinə qoyurlar. Elektrik cərəyanının 1A gücündə gərginliyi 125V-dur. Heyvanın yaşından asılı olaraq, təsir müddəti 6-15 san, öküzlər üçün isə 15- 30 san-dir. Bu üsulda ölüm hadisələrinə az təsadüf olunur, lakin heyvanların ayaqları qıc olaraq narahatlıq və işçilər üçün təhlükə yaradır.
İkinci sxemdə bir əlaqə kimi, stekə yerləşdirilən iti nizə dərini deşməklə, başın peysər hissəsinə qoyulur. 2-ci əlaqə kimi heyvanın qabaq ayaqları metal plitəyə, dal ayaqları isə rezin izoləedici plitəyə qoyulur. Bu üsulun birinci üsuldan daha məhsuldar
olmasına baxmayaraq onda daha çox ölüm halları olur, çünki elektrik cərəyanı azacıq ürək nahiyəsindən keçir. Elektrik cərəyanının 1,5A gücündə gərginlik 70 – 120V olur. Təsir müddəti heyvanın yaşından asılı olaraq, 6-15 san davam edir.
Üçüncü sxemdə elektrik kontaktı rolunu boksun döşəməsində olan plitələr oynayır. Döşəməyə bir-birindən təcrid olunmuş altı plitə yerləşdirilmiş və ona üçfazalı cərəyan qoşulmuşdur: bir faza – birinci və dördüncü plitəyə, ikinci faza – üçüncü və altıncı plitəyə. Heyvanlar boksa yerləşdirildikdən sonra kontaktlara elektrik cərəyanı verilir.
Keyləşdirilmiş heyvan boksdan döşəməyə yıxılır. Qaramalın hər iki ayaqlarına zəncir keçirib, asma yola qaldırırlar.
Bu sxemlərin tətbiqi zamanı elektrik cərəyanının parametrləri və təsir müddəti müəyyən hallarda qıcolmaya, o isə onurğanın sınmasına gətirib çıxarır. Nəticədə heyvanın orqan və toxumalarına qan sızır.
Bu kimi mənfi cəhətləri aradan qaldırmaq üçün elektriklə keyləşdirmədə yüksək tezlikdən (50 hs) 2A güclü cərəyandan və 300V gərginlikdən istifadə edirlər. Təsir müddəti heyvanın çəkisindən asılı olaraq 2-5 san-yə qədər azalır. Yuxarıda göstərilən üsuldan asılı olaraq bu üsulla keyləşdirmədə sınıq və qansızma halları 2,6 dəfəyə qədər azalır.
Donuzların elektriklə keyləşdirilməsi. Donuzların elektriklə keyləşdirilməsini konveyerdə və ya boksda aparırlar. Asma yolda keyləşdirməni elektrik kəlbətinlərini gicgah nahiyəsinə qoymaqla aparırlar (cərəyanın gərginliyi - 70V, təsir müddəti 5-10 s). Xüsusi boksda donuzlar bağlanmış halda olur və elektrik kontaktı başın gicgah nahiyəsinə qoyan zaman nisbətən tərpənməz halda olur. Boksun məhsuldarlığı saatda 40-50 baş olur. Elektrik cərəyanının gərginliyi 65-100 V təsir müddəti 7-15 saniyədir.
Elektrik cərəyanı ilə keyləşdirmə zamanı heyvanın qan təzyiqi artır, iflici xatırladan – əzələlərin yığılması baş verir. Nəticədə heyvanlarda, əsasən də donuzlarda qanaxma baş verir və nəticədə onun xarici görünüşünü pisləşdirir.
Tezliyi 2400-2600 hs, gərginliyi 200-250 V olan elektrik cərəyanı ilə donuzları keyləşdirmək üçün FEOS qurğusu idarəetmə stansiyasından, yüksəktezlikli aqreqatdan və donuzları keyləşdirmək üçün iki çəngəldən ibarətdir. Çəngəl borudur. Onun bir
ucuna izoləedilmiş iki elektrod bərkidilir. Heyvanları çəngəlin elektrodlarını başın gicga-hına və yan sümüklərinə qoymaqla keyləşdirirlər. Təsir müddəti 10-15 san-dir. Elektronarkoz halı 3-5 dəqiqə müddətində qalır. İki çəngəllə işləyən zaman aparatın məhsuldarlığı saatda 100 başdır.
Karbon qazı ilə keyləşdirmə. Donuzları keyləşdirmək üçün qaz qarışığından (65%

  • CO2, 35 % hava) istifadə edilir. Bunun üçün heyvanları qaz qarışığı ilə hermetik kamerada 45 san emal edirlər.Bu zaman heyvan dərin yuxuya gedir və 1-2 dəqiqə hərəkətsiz olur.

Donuzların karbon qazı ilə keyləşdirilməsinin bəzi üstünlüklərinin olmasına baxmayaraq (sümüklərin sınmaması, əzələ toxumasına qanın sızmaması və yaxşı qansızlaşdırma), onun aparılmasının çətinliyi və CO2 –nin işçilərə zərərli təsiri onun tətbiqini səmərəli etmir.
Heyvanların keyləşdirilməsi bəzi kimyəvi maddələrin iynə ilə əzələlərə yeridilməsi ilə də aparıla bilər, lakin bu üsul sənaye tətbiqini tapmamışdır.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə