“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən



Yüklə 6,02 Mb.
səhifə17/91
tarix27.05.2023
ölçüsü6,02 Mb.
#113461
1   ...   13   14   15   16   17   18   19   20   ...   91
t-v-t-m-hsullar-n-n-texnologiyas-m-hazir-

Dərinin çıxarılması.Dərini cəmdəkdən çıxarmaq çox əmək sərf edən prosesdir. O, mal-qaranın emalına sərf edilən əməyin 30-40%-ə qədərini təşkil edir. Dəri elə çıxarılmalıdır ki, bir tərəfdən cəmdəyin üzərində birləşdirici toxuma qalıqları qalmasın, ikinci tərəfdən isə dəri zədələnməsin. Birləşdirici toxuma təbəqəsinin pozulması, piy və əzələ toxumalarının cırılması ət çıxarının aşağı düşməsinə səbəb olur, cəmdəyin əmtəəlik görünüşü pisləşir, cəmdəyin səthində mikrobların inkişaf etməsi üçün daha əlverişli şərait yaranır. Dərinin deşik, kəsik və cırıqlar şəklində zədələnməsi onun gön
xammalı kimi qiymətini aşağı salır. Hal-hazırda cəmdəklərdən dərini iki mərhələdə çıxarırlar: əl ilə bir hissəsinin çıxarılması və tam mexaniki çıxarma.
Qaramaldan dərinin mexaniki çıxarılması. Dərinin çıxarılması dərini cəmdəyin səthindən qoparan zaman dinamometrik ölçmələrin nəticələrinə əsaslanır.
Profil istiqamətləndirici dərini çıxaran zaman qüvvəni iki əsas istiqamətdə tətbiq edirlər (cəmdəyin uzununa oxuna nisbətən perpendikulyar və paralel). Dərinin açılmış hissələri zəncirlə bərkidilir.Onun digər ucu valın üzərinə atılır, val trosla, hərəkətet- dirici ilə bərkidilmişdir və onu işə salan zaman istiqamətləndirici ilə hərəkət edir, hərəkətetdirici ikisürətli olduğundan, cəmdəyin köklüyündən asılı olaraq optimal sürəti seçməyi təmin edir. Dərini çıxartıqdan sonra hərəkətetdiricinin mühərriki reversiv fırlanması zamanı val istiqamətləndirici ilə ilkin vəziyyətə qayıdır. Qurğunun məhsuldarlığı saatda 60 başdır.
Konveyer tipli fiksatoru olan FUA və fırlanan fiksatoru olan FUAM aqreqatı dərinin mexaniki çıxarılmasında tətbiq edilir. FUA aqreqatının xüsusiliyi ondan ibarətdir ki, eyni vaxtda bir cəmdəyi bərkidir, ikincisindən dərini çıxarırlar, üçüncüsü ilə fiksatordan azad edirlər (dərini çıxartdıqdan sonra aqreqatın məhsuldarlığı saatda 100 başa qədərdir) ( şəkil 1).




Şəkil 1. Qaramal cəmdəyindən dərinin çıxarılması üçün mexanikləşdirilmiş fiksatorlu, fasiləli təsirli aqreqatlar:
a konveyer tipli fiksator FUA: 1 fiksatorun konveyeri;
2 dərini çıxarmaq üçün qurğu; 3 fiksator;b döndərici fiksatorlu FUAM :1 ön ayaqların fiksasiyası üçün bənd; 2 fiksator valı; 3 cəmdəyin hərəkəti üçün ling; 4 dərini çıxarılmaq üçün qurğu.

Daimi işləyən qurğuda dərinin ayrılması cəmdək hərəkət edən zaman aparılır.


Bu qurğada qaramaldan dərinin çıxarılması aşağıdakı kimi aparılır.
Dəri açıldıqdan sonra bir ucu dəriyə bərkidilmiş zəncirin o biri ucunu maili konveyerin qarmaqlarına keçirirlər. Eyni zamanda həmin qayda ilə qabaq ətrafları bər- kidirlər. Nəqliyyat konveyeri ilə dəri konveyerləri sürətləri arasında fərq hesabına dəri cəmdəkdən ayrılır. Bir dəfəyə 7-8 cəmdəkdən dəri çıxarılır. Dal ayaqlardan cəmdəkləri nəql edən üfüqi konveyer və maili dəriçıxarma konveyeri sinxron işləyir.
Qüvvə tətbiqinin lazım istiqamətini təmin etmək üçün (perpendikulyar və paralel) dəriçıxarma konveyeri, cəmdəyin uzununa oxuna nisbətən üfüqi müstəvidə mailliyi vardır. Meyil bucağı təqribən 370C-dir.
Dərini ayırdıqdan sonra xüsusi istiqamətləndiricinin köməyi ilə qabaq ayaqlarını bərkidən zəncirin halqasını konveyerin qırmağından və zəncirin qırmağını qabaq ayaq- lardan çıxarırlar. Qurğunun məhsuldarlığı saatda 150 başa qədərdir.
Qaramaldan dərini çıxartmaq üçün daimi işləyən qurğu aşağıdakı prinsip üzrə işləyir: birrelsli yolda cəmdəkdən dərini açdıqdan sonra, onu 900 çevirərək, iki relsli konveyersiz asma yola keçirirlər. Qabaq ətrafı xüsusi qarmaqlarla iki paralel zəncirdən ibarət olan konveyer eninə olan köndələninə bərkidirlər. Bu konveyer cəmdəkləri nəql etmək və onların vəziyyətini dəyişdirmək üçün istifadə edilir.
Konveyerin əvvəlində tədrici yoxuş vardır. O, dərini çıxaran zaman cəmdəyin şaquli vəziyyətdən üfüqi hala keçməsinə kömək edir.
Nəqletmə konveyerinin altında dərini bərkitmək üçün konveyer yerləşir. Dəri və qabaq ayaqlar bərkidilən konveyerlərin sürətləri fərqi hesabına dəri çıxarılır. Dəri çıxarıldıqdan sonra qabaq ayaqlar konveyerinin tədricən enməsi nəticəsində cəmdək yenidən şaquli vəziyyət alır, onu 900 çevirirlər.
Bunu sonrakı emal konveyerinə qoşurlar. Konveyerlərin hər iki tərəfindəki səkillərdə dayanan fəhlələr dərinin əzələ qatını bıçaqla vururlar.
Dəri cəmdəyin altında qaldığı üçün onu cəmdəkdən çıxaran zaman cəmdək çirklənmir. Qurğunun məhsuldarlığı saatda 200 başdır.
Davar cəmdəyindən dərinin çıxarılması. Davar cəmdəyindən dərini konveyer və baraban tipli qurğularda çıxarırlar. Konveyer tipli qurğu dərini çıxarmaq üçün maili konveyerdən və qabaq ayaqların fiksasiyası üçün üfüqi konveyerdən ibarətdir. Dərinin çıxarılması aşağıdan yuxarı aparılır (boyundan qurğuya doğru) cəmdəkdən çıxarılmış dərini konveyerin qarmağından çıxarırlar, ət və piy qalıqlarından təmizləməyə, sonra isə dəri konservləşdirmə sexinə göndərirlər. Ayaqların fiksasiyası konveyerin axırında lövhəşəkilli mişar qoyulmuşdur: bu mişarların vasitəsilə avtomatik olaraq qabaq ayaqlar mişarlanır. Emal və ayaqların fiksasiyası konveyerinin sürətləri eynidir. Qurğu- nun məhsuldarlığı saatda 75 başdır.
Konveyer tipli qurğuda davar cəmdəyindən dərinin çıxarılması yuxarıdan aşağı (quyruqdan boyuna tərəf) qabaq ayaqları fiksasiya etmədən aparılır. Qurğu asma yola nisbətən 600 bucaq altında yerləşdirilir, qurğu eyni vaxtda bir neçə cəmdəkdən dərinin çıxarılmasına imkan verir. Məhsuldarlıq saatda 900 başa qədərdir.
Baraban tipli qurğu həm hərəkətdə olan konveyerdəki, həm də konveyersiz sahədə olan cəmdəklərdən dərini qoparmaq yolu ilə çıxarmağı təmin edir. Qurğu iki görünüşdə olur: cəmdəkdən dərini yuxarıdan aşağı – quyruq hissədən boyuna tərəf çıxarmaqla və dərini aşağıdan yuxarı – boyun hissədən quyruğa tərəf çıxarmaqla.
İkinci variantda qurğuda əlavə fiksator olur.
Birinci variant üzrə qurğu işləyən zaman dəri bağlanan zəncirin halqası daimi fırlanan barabanın barmağına keçirilir və dəri cəmdəkdən şaquli istiqamətdə yuxarıdan aşağı çıxarılır. Dərini çıxaran zaman cəmdəyin səthi qoruyucu qapağa toxunur, buna görə də yaxşı sanitar vəziyyəti təmin edilir. Məhsuldarlıq saatda 360 başa qədərdir. Dərinin çıxarılma sürəti 17 m ̸dəq-dir.
Donuz cəmdəklərindən dərinin çıxarılması. Donuz əti satışa və ya kolbasa istehsalına göndərilən zaman dərini tam çıxarırlar. Dərini tam çıxardıqda dərinin açılması qaramalda olduğu kimi aparılır. Dərinin açılması sahəsi ətlik cəmdəklərdə 25- 30% və yağlılarda isə 50%-ə qədərdir. Donuz cəmdəklərindən dərinin mexaniki çıxarılması üçun dərisi açılmış cəmdəyi asma yolun konveyersiz sahəsinə verir, alt
çənədən bərkidir, dərini isə zəncirlə tutur və aşağıdan yuxarıya (başdan quyruğa tərəf) dartıcı qüvvənin istiqaməti cəmdəyin oxuna nisbətən 00 bucaq altında olmaqla (davar cəmdəyindən dərinin çıxarılmasında olduğu kimi) çıxarırlar (şəkil 2).




Şəkil 2. Donuzların dərisinin çıxarılması üçün qurğu: a bucurğadla; b
qarmaqlı fasiləsiz zəncirlə.
Dərialtı piyin dəri ilə qoparılmaması üçün dərini çıxaran zaman qoparma bucağını azaltmaq məqsədilə dərialtı piyi əl ilə cəmdəyə sıxırlar.
Hal-hazırda pnevmatik və ya hidravlik hərəkət edən fiksatorlar tətbiq edilir. Onları tətbiq etdikdə əmək məhsuldarlığı xeyli artır, cəmdəyi bərkitmək əməliyyatı yüngülləşir və istehsalatın keyfiyyəti artır.
Ətlik köklük dərəcəsində cəmdəklərdən dərinin qopma sürəti 10 - 12 m/dəq-dir.
Yağlı cəmdəklərdən dərinin çıxartma sürəti 3 - 5 m/dəq-dir.
Fasiləli işləyən qurğulardan başqa donuz cəmdəklərindən dərini çıxarmaq üçün daimi işləyən qurğular vardır. Qurğular universal olub, davar cəmdəklərindən dərini çıxarmaq üçün də tətbiq edilir. Qurğuda konveyer vardır: donuz cəmdəklərini nəql etmək üçün üfüqi konveyer, xüsusi tutacaqları olan maili dərini çıxarmaq konveyeri və cəmdəyi bərkitmək üçün üfüqi konveyer. Dərini açdıqdan sonra cəmdəyi zəncirli qırmağın köməyi ilə bərkidirlər. Qarmağı alt çənənin hissələrinin birləşdiyi yerə, zənciri isə hərəkət edən fiksatora birləşdirirlər. Eyni zamanda dərinin açılmış hissəsini
zəncirlə və xüsusi tutqaclarla tuturlar. Dərini tutmaq üçün tutqac kəlbətin şəklində hazırlanmışdır. Onun qolları diyircəklərlə bir-birinə bərkidilmişdir. Dəstəyi gərginləş- dirdikdə qollar yaxınlaşır, nəticədə dəri iki ədəd qabırğalı dodaqlar arasında sıxılmış olur. Qurğunun məhsuldarlığı saatda 200 başa qədərdir, dəriçıxarma konveyeri zəncirinin hərəkət sürəti 2,6-5,2 m/dəq-dir.
Xırdabuynuzlu malın dərisi əl ilə dal ayaqlarından başlayaraq çıxarılır. Sonra o dörd ayağından asılır və bu vəziyyətdə ön ayaqlardan, boyundan, döşdən və qarından dərini asanlıqla çıxarmaq olur. Dəri çıxarıldıqdan sonra ön ayaqlar azad edilir, cəmdək şaquli vəziyyət alır. Bu vəziyyətdə dəri qarın, yan və bel hissələrdən tam çıxarılır. Əl ilə dərinin 50-70% sahəsi çıxarıldıqdan sonra, baraban tipli xüsusi avadanlıqlarda dəri mexaniki çıxarılır (şəkil 3).
İşçi hissə fırlanan baraban olub, ətrafında bir sıra boyunca dərinin fiksasiyası və dartılması üçün barmaqlar yerləşir. Onun məhsuldarlığı saatda 100-350 başdır.




Şəkil 3. Xırdabuynuzlu malın cəmdəyindən dərisinin mexaniki çıxarılması üçün mexanizmlərin sxemi:
a dərinin aşağıdan yuxarıya çıxarmaq üçün baraban tipli; b şaquli tipli; c
dərinin yuxarıdan aşağıya çıxarmaq üçün baraban tipli.

Yüklə 6,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə