Ministry of education of azerbaijan republic sumgayit state university


TARİX DƏRSLƏRİNDƏ SİNİFDƏNXARİC VƏ DƏRSDƏNKƏNAR İŞLƏRİN TƏŞKİLİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə407/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   403   404   405   406   407   408   409   410   ...   579
magistr2021 3 2

TARİX DƏRSLƏRİNDƏ SİNİFDƏNXARİC VƏ DƏRSDƏNKƏNAR İŞLƏRİN TƏŞKİLİ 
 
Camiyeva E.Ə. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:elza.chbnv@gmail.com 
 

Müasir dövrün tələblərinə uyğun şəxsiyyət yetişdirilməsi müəllimin başlıca vəzifələrindən


biridir. Şagirdlərdə bilik,bacarıq və vərdişlərin formalaşmasında dərs əsas vasitə olsa da,sinifdənxaric
 

dərsdənkənar işlər də bu işin davamı olub, böyük əhəmiyyətə malikdir. Sinifdənxaric və dərsdənkənar işlər 
şagirdlərin asudə vaxtlarının mənalı təşkilini təmin edir,həmçinin onların maraq,meyl ,bacarıq və dünya 
görüşlərinin inkişaf etdirir. Sinifdənxaric işlərdə əsas diqqət şagirdlərin bilik,bacarıq, vərdişlərinin 
dərinləşməsinə və nəticədə fənnə marağı artırıb, qavramanı daha sürətli və maraqlı etməyə yönəlir. Bu 
müddətdə şagirdlər dərsdə olduğu kimi təkcə dərsliklə deyl, həmçinin lüğət, müxtəlif ədəbiyyyatlarla işləmə 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
343 
vərdişinə də yiyələnmiş olur və onların görüş dairəsi genişlənir. Sinifdənxaric iş dərsin davamı rolunu 
oynayıb, bununla bağlı bir çox metodiki vəsaitlər vardır. Snifdənxaric və məktəbdənkənar iş formaları yalnız 
dərs saatı bitdikdən sonra,şagirdlərin asudə vaxtında keçirilir. Dərs dövlət proqramı əsasında keçirildiyi 
halda, sinifdənxaric iş zamanı mövzu seçimində müəllim azaddır. 
Tarix müəllimi sinifdənxaric işin məzmununu müəyyən edərkən iki istiqamət əsasında işini aparır:
diyarşünaslıq materiallarının öyrənilməsi və əldə olunmuş tarixi bilik bacarıqların daha da dərinləşməsi. 
Bütün sinifi və ya bir neçə sinifi sərgilərə, ekskursiya, oxucu konfranslara, tarix gecələrinə, divar 
qəzetlərinin təşkilinə və s. cəlb etmək olar. Beləliklə sinifdənxaric işlərdə şagirdin yaradıcılığına fəallağına 
və müstəqilliyinə geniş yer verilir, onların nitq mədəniyyəti də inkşaf etmiş olur. Həmçinin sinifdənxaric iş 
epizodik və ya bir və ya bir neçə il davam edə bilər.
Məlum olduğu kimi dərs təlimin əsas təşkili formasıdır.Sinifdənxaric və dərsdənkənar işlər isə könüllü 
xarakter daşıyır. Tarix üzrə sinifdənxaric işlərin təşkili ilə bağlı təsnifatı keçən əsrin 40-cı illərində 
Bernadski vermiş,dərnəkləri sinifdənxaric işin əsas təşkilat forması kimi qeyd etmişdir.Həmçinin onun 
təsnifatında idrak əsas meyar götürülmüşdür. Bernadskinin təsnifatına əsasən 4 istiqamət 
müəyyənləşdirilmişdir: 1) dərsdənkənar mühazirə; 2) sinifdənxaric oxu; 3) təsviri əyanilik; 4) referat, disput, 
oyun. Həmçinin sinifdənxaric işin nəzəriyyəsinin hazırlanmasında A.F.Rodin və sonralar A.A Vagində
böyük töhvə vermişdir. Vagin tarix üzrə sinifdənxaric işlərdən dərnəkləri, ekskursiya işi, tarix muzeyləri, 
diyarşünaslıq,sinifdənxaric oxunu geniş təhlil etmişdir.
Bəzən müəllimlər sinifdənxaric işlərə səthi yanaşırlar. Bu halda heç bir təlim,tərbiyə və inkişafetdirici 
məsələlərin tam həllindən söhbət gedə bilməz. Bu tədbirlər təkcə şagirdə deyl,həmçinin müəllim üçün də
müsbət nəticələr verir. Tarix müəllimi yüksək şüurlu şəxsiyyət yetişdirməklə yanaşı, sinifdənxaric işi dəqiq 
forma və məzmunlu şəkildə təşkil etməli,tarix fənninə qarşı şagirdlərdə maraq,düzgün tarixi təsəvvür və 
anlayışları formalaşdırmalıdırlar. Tarix müəllimi iş forması seçərkən ilk öncə şagirdlərin yaş və fərdi 
xüsusiyyətlərni mütləq nəzərə almalıdır, əks halda sinifdənxaric işin heç bir forması nəticə verə bilməz. Əgər 
tarix müəllimi dəyirmi masa formalı müzakirəni aşağı siniflərə tətbiq etsə bu şagirdlərin yaşına və 
təfəkkürünün inkşafına uyğun olmaz. Həmçinin də əyləncəli tarix gecələrinin təşkili aşağı siniflərdə daha 
effektiv iş formasıdır. Tarix müəlliminin istər sinifdənxaric,istərsə də məktəbdənkənar işlərdə qarşıya çıxan 
vəzifələri bir proses kimi birləşir. Məsələn şagirdlərdə vətənə, torpağa, adət ənənəyə, dövlət atributlarına 
hörməti aşılamaq,milli tərbiyə ilə bağlı ədədbiyyatlara maraq, nitqin, intelektual səviyyə, təfəkkürün inkişafı, 
düşmənə nifrət, şəxsiyyətin hərtərəfli inkişafı və s. Ümumiyyətlə sinifdən xaric işlər fərdi, qrup vəya bütün 
sinif, bir neçə siniflə birlikdə təşkil oluna bilər. Tarixdən sinifdən xaric işlərin əsas təşkilat formalarında fərdi 
işlərə mütaliə, fərdi tarixi məşğələ; qrupla aparılan işlərə fənn dərnəkləri və sinifdənxaric oxular, kütləvi 
işlərə isə məruzə,tarixə aid bədii əsərlərin müzakirəsi,tarix gecələri, viktorinalar, olimpiadalar, tarix divar 
qəzetinin hazırlanması, tarixi yerlərə ekskursiyalar, tarixi mövzularda söhbətlər, turnirlər, sual cavab 
axşamları və s. aiddir. Şagird, yeniyetmə, gənclərin asudə vaxtlarında intelektual inkşafı, fiziki 
sağlamlıqlarnı, bacarıqlarını asudə vaxtlarında inkşaf etdirmək də məktəbdənkənar işlər olduqca vacibdir. 
Xüsusilə azyaşlı uşaqları məktyəbdənkənar işlərə cəlb edilməsi olduqca vacib olub, onların daxili bacarığını 
kəşf etməkdə vacibdir. Məktəbdənkənar işlər könüllü olub, bütün şagirdlər pulsuz və ya güzəştlə istifadə edə 
bilər. Bu işlərə dərnəkləri, müsaqibələrə, idman yarışlarını, mədəni kütləvi tədbirləri və s göstərmək olar. 
Məktəbdənkənar işlər müasir dövrün tələblərnə uyğun şəxsiyyət üçün vacib amil olan estetik, mənəvi 
tərbiyə, dünyagörüşü, əməyə hazırlıq, insan hüquqlarına hörmət, vətənpərpərlik kimi keyfiyyətlərin 
inkişafında bilavasitə yaxından iştirak edir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə