|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
352
nəticəsində monarxist Franko rejimi yaradıldı. İspaniyanın ABŞ tərəfindən “Soyuq müharibə”yə qoşulması
Franko hakimiyyətinin saxlanılmasında müstəsna rol oynamışdır. Bundan sonra İspaniya təcrid olunmadan
xilas ola bilmiş,bir sıra dövlətlərlə sərhədlərini açmış, əlaqələrini sürətlə inkişaf etdirməyə başlamışdır. ABŞ
konqresi tərəfindən 1848-ci ildə irəli sürülmüş “Marşal planı”əsasında İspaniya iqtisadi yardım almışdır.
ABŞ və İspaniya arasında 1953-cü il sentyabr ayının 26-da imzalanmış hərbi sazişə əsasən ABŞ
İspaniya ərazisində hərbi bazalar tikə bilərdi.Müqavilədəki gizli sazişə görə əgər İspaniyada mövcud rejimə
qarşı təhlükə yaranacağı halda,ABŞ öz hərbi qüvvələri ilə köməklik göstərməıi idi.Elə həmin ildə Franko
katolik kilsəsi ilə münasibətlərini daha da yaxşılaşdırmaq üçün Vatikanla konkordat bağladı.Bununlada
katolik kilsəsinin rolu İspaniyada daha da möhkəmləndi,katolik dünyasında Frankoya qarşı tənqidlər azaldı
və mövqeyi gücləndi. Bu dövrdə Frankonun qarşısındakı əsas məqsəd BMT və YUNESKO-ya daxil olmaq
idi. 1952-ci ildə İspaniya YUNESKO-ya, 1955-ci ildə isə BMT-yə üzv qəbul edildi.
Franko İspaniyada vətəndaş birliyi cəmiyyəti yaratmağa doğru bir addım ataraq,1959-cu ildə
respublikaçıların və qiyamçıların cəsədlərinin “Şəhidlər vadisinə”köçürülməsinə icazə verdi.Bu hadisə sosial
ziddiyətləri yumuşaltdı və ölkədə milli barışıq günü kimi qeyd olundu. Artıq 60-cı illərin sonlarında İspaniya
aqrar-sənaye ölkəsinə çevrilmişdi.Bütün bunlara baxmayaraq İspaniyanın siyasi həyatında Franko rejimindən
narazılıqlar olduqca güclənmişdi.
Hakimiyyət ölkədə liberallaşmanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirirdi.1963-cü
ildə tirubunalın ləğvi haqqında dekret,1965-ci il əmək mübahisələri haqqında qanun,1966-cı ildə mətbuat
haqqında qanun bu tədbirlərin bariz nümunəsidir.60-cı illərdə İspaniya höküməti Yaxın və Orta Şərq, Latın
Amerikası ölkələri ilədə öz münasibətlərini inkişaf etdirmişdir.Eyni zamanda sosialist ölkələri ilə
mədəni,elmi-texniki əlaqələrini genişləndirməyə başlamışdır. 70-ci illərə nəzər salsaq görərik ki,bu illər də
İspaniya Avropa və Latın Amerikası ilə bağlı sülhsevər siyasətini davam etdirmişdir.İspaniya ADR-i rəsmən
tanımış,KXR ilə diplomatik münasibətlərini bərpa etmişdir.
1975-ci ildə F.Franko vəfat etdi və ondan sonra Xuan Karlos İspaniya kralı elan olundu. Qatı diktator
Frankonu digər faşistlərdən ayıran ən önəmli xüsusiyyəti lI Dünya müharibəsindən və anti-semitizmdən uzaq
durması olmuşdur. Ümumiyyətlə F.Franko dönəmindəki İspaniyaya nəzər yetirsək görərik ki,İspaniya qatı
şəkildə mərkəzdən yönəldilmiş bir ölkə olmuşdur.
Dostları ilə paylaş: |
|
|