Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
354
işğalçılıq planlarını həyata keçirməkdən ötrü Türkmənçay və Ədirnə müqavilələrinin şərtlərinə əsaslanaraq
kütləvi surətdə erməniləri Şimali Azərbaycan torpaqlarına köçürməyə başladı.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq
məlumdur ki, Azərbaycan torpaqlarında guyə ki,erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının
çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi.
Qacarlar və Osmanlı sərhədlərində bufer xristian zona yaratmaq niyyətində olan Rusiya erməniləri
başlıca olaraq Azərbaycanın İrəvan,Naxçıvan,Qarabağ xanlıqlarının ərazilərinə,
habelə digər münbit
torpaqlarına köçürdü.Türkmənçay müqaviləsi izlamasından az sonra I Nikolay ‘Erməni vilayəti’ yaradılması
haqqında fərman imzaladı. Fərmanda deyilir : ‘ İranla bağlanmış olan müqaviləyə əsasən İrandan Rusiyaya
birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarının bundan sonra ‘ Erməni vilayəti ‘ adlandırmağı hökm edir və öz
titulumuza daxil edirik.Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında Hakimlik Senat
fərmanları öz vaxtında alacaqdır”. Rusiyaya ilhaq olunan iki Azərbaycan xanlığının torpaqları hesabı
yaradılan “ Erməni vilayəti “ İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü.
Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, şah höküməti müharibə
dövründə öz dövlətinə
xəyanət edərək ruslara xidmət etmiş şəxslərin Rusiyaya tabeliyində olan ərazilərə köçmələrinə mane
olmamalı idi. Bununla da İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ
verildi. Qacarların mərkəzi və yerli hakimiyyət orqanlarının heç bir maneçiliyi olmadan, onların satlıq
malına və ya əmlakına,əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını
aparmaq və
satmaq üçün bir il,daşınmaz əmlaka gəldikdə isə,onun satılması və ya onun haqqında öz xoşuna sərəncam
üçün 5 illik müddət müəyyən edildi.
Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun
başçılıq altında hazırlanmışdı. Rusiyanın Qacarlardakı səfiri Qribodeyov ermənilərin köçürülməsində fəal
iştirak edirdi.Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin reallaşdırılması ilə əlaqədar olaraq
Rusiya hökümətinin Qacarlarla sərhədboyu ərazilərə 80 min kazakın köçürülməsi barədə əvvəllər hazırladığı
layihə qüvvədən salındı.Yenikolopova görə,Qriboyedov ermənilərin İrandan
Rusiya sərhədlərinə, yəni
Çuxursəd çökəkliyinə köçürülməsinə xüsusi diqqətlə yanaşır və bu məsələyə Rusiyanın şərqdəki
mövqelərinin möhkəmlənməsinin təminatı kimi baxırdı.
Türkmənçay müqaviləsi imzalandıqdan sonra1828-ci il fevralın 14-də Lazarev elə oradaca Paskeviçə
göndərdiyi raportunda xatırladırdı ki, ermənilər müharibə zamanı Rusiyanın qələbəsi üçün mümkün olan hər
şeyi ediblər və indi evlərini qoyub Rusiya tərəfə köçmək istəyirlər. Ermənilərin sürətlə və rahat köçməsi
üçün Lazarev bu təklifləri edirdi :” 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün Paskeviç ona yazılı
təlimat
versin və həmin sənəddə köçənlərə verilən güzəştlər göstərilsin; 2) köçürmə işlərinə rəhbərlik etmək üçün
erməni dilini bilən lazımi qədər ştabs və ober-zabitlər təyin etmək məsələsi onun ixtiyarına verilsin; 3) iqlim
şəraitinə görə köçürmə işlərinin ləngiyəcəyi yerlərdə rus ordusu orada gözləsin və ordu köçənləri müşaiyət
etsin; 4) kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın”.
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə,29-da isə İrəvan “Müvəqqəti
idarə”sinə xüsusi təlimat göndərdi.
Şimali Azərbaycana köçürülən kasıb erməni ailələrinə kömək üçün xəzinədən 25 min rubl gümüş pul
ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərin vəzifəsi köçürülənlərin sərhədə çatdırılması ilə
bitirdi. Bundan sonrakı işlərə rəhbərlik İrəvan “Müvəqqəti idarə”si yanında
xüsusi olaraq köçürülən
ermənilərin yerləşdirilməsi üçün yaradılan komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini
sərhəddə qarşılamaq üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqələrinədək müşayiət
etməli idi. Qarabağ üzrə bu vəzifə knyaz Abxazova həvalə edildi.
Ermənilərin İran ərazisindən Şimali Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsi
haqqında məlumatı Lazarevin 1829-cu il dekabrın 24-də qraf Paskeviçə yazdığı “ Yekun hesabat”ında
izləmək mümkündür. Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlamış və iyun ayının 11-
də başa çatdırılmışdı. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə çox canfəşanlıq
göstərmiş erməni
general Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdi. Digər erməni zabitləri-41-ci yeger alayının
podpolkovniki knyaz Məlikov Üzümçü və onun ətrafındakı kəndlərin, gürcü qrenadyor alayının
podpolkovniki knyaz Arqutinski-Dolqoruki Təbriz, onun ətrafındakı
kəndlərin və Səlmas əyalətinin, kollec
assesoru Qamazov Marağa və Urmiya xanlıqları kəndlərinin, knyaz Şalikov isə Xoy xanlığında
yaşayan
ermənilərin köçürülməsində ona yaxından kömək etmişlər.
Müqaviləyə əsasən, rus qoşunlarının geriçəkilmə prosesinə 1828-ci il martın 8-dən etibarən
Marağadan başlanıldığı üçün ilk növbədə orada yaşayan erməniləri köçürmək nəzərdə tutulurdu. 1828-ci il