|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
357
çəkdilər. Daşnaksütyun partiyası nə etməli idi? Antanta blokuna mı,yoxsa Almaniya-Osmanlı ittifaqına
qoşulmalı? Bu iki seçim arasında daşnaklar Antanta blokuna meyilli olmağı üstün seçdilər. Ümumilikdə isə
erməni siyasi təşkilatları Osmanlı ərazində öz dövlətlərini qurmaq cəhdini reallaşdıra bilmədilər, bunun üçün
də bu istəyini bolşevik Rusiyasının siyasi-hərbi dəstəyi ilə Azərbaycanın torpaqları hesabına həyata
keçirdilər.
MİLLİ ŞÜURUN İNKİŞAFINDA AZƏRBAYCAN MƏTBUATININ ROLU (1907-1914)
Həsənzadə K.A.
Sumqayıt Dövlət Universiteti
E-mail:
hesenzadekamran019@gmail.com
XX əsrin əvvəllərində çar Rusiyasının daxilində geniş vüsət alan inqilabi hadisələr, müstəmləkə rejimi
altında olan xalqların etirazları ilə müşaiyət olunurdu. Milli ayrı-seçkiliyə məruz qalan xalqların etirazları
çarizmin qayda-qanunları daha da sərtləşdirməsinə səbəb oldu. Avropada təhsil almış, milli düşüncəli, xalqın
mənafeyini ön planda tutan bir çox Azərbaycanlı ziyalılar təqiblərə məruz qaldı. Bu şəxslər sırasında
H.Zərdabi, Ə.Ağayev, N.Nərimanov, S.M.Qənizadə, H.Vəzirov və başqaları var idi.
Baş verən siyasi hadisələr çar rejiminin labüd tənəzzülünü çox da uzaq olmadığını açıq aydın
göstərirdi. Həmin bu çətin siyasi şəraitdə kəskinləşən senzura yeni mətbu orqanlarının yaradılmasına əngəl
ola bilmədi. 1907-ci il aprelin 1-də Haşım bəy Vəzirovun rəhbərliyi ilə “Tazə həyat” qəzeti nəşr edilməyə
başlayır. Qəzet məramını “Məqsədimiz” məqaləsi ilə izah edirdi. Məqalədə hürriyyət, ədalət, müsavat
uğrunda mübarizə aparacaqlarını qeyd edirdilər. H. Vəzirov məqalədə müsəlmanların məruz qaldığı ayrı-
seçkiliyi, yaşadıqları çətinlikləri xüsusilə vurğulayırdı. Qəzetin yazılarında millətçilik abu-havası da sezilirdi.
1907-1908-ci illərdə qəzetin 439 məqaləsi işıq üzü görmüşdü. “Zərərli istiqamətlərindən dolayı” qəzetin
fəaliyyətinə son verilmişdir. H.Vəzirov “Tazə həyat”dan sonra “İttifaq” qəzetinin nəşr olunmasına icazə
alır. 1908-ci ilin dekabrında qəzet ilk nömrəsini çap etdirir. “İttifaq”ın 221-ci sayı qəzetin bağlanmasına
səbəb olur. Belə ki, məqalədə fanatizm, cəhalət ciddi tənqid olunmuşdu. 1909-cu il 3 oktyabrda qəzetin
fəaliyyətinə xitam verilmişdir.
1909-cu ildə Üzeyir bəy Hacıbəyovun redaktorluğu ilə “Həqiqət” qəzeti nəşr olunmağa başladı.. İlk
sayı dekabrın 25- də “Orucov qardaşları”nın mətbəəsində dərc olunan “Həqiqət” qəzeti 1910-cu ilin avqust
ayına kimi fəaliyyət göstərə bildi. Qəzetin fəaliyyətinə hökümət orqanları tərəfindən son verildi.Bu dövrdə
işıq üzü görən qəzetlərdən biri də “Yeni həqiqət” idi. Qəzet cəmi üç ay - 1911-ci ilin yanvar-mart aylarında
dərc olunmuşdu. Hətta qəzetdə Əhməd bəy Ağaoğlunun İstanbuldan göndərdiyi publisist yazıları dərc
olunmuşdu. Bundan başqa Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və s. kimi ziyalılar qəzetlə
əməkdaşlıq edirdilər. 1911- ci ilin iyulun 2-də “Məlumat” qəzeti dərc edilməyə başladı. Qəzetin redaktoru
Mehdi bəy Hacılı idi. Bu qəzetin də aqibəti digərləri kimi oldu. Milli şüurun inkişafına öz töhfəsini vermiş
mətbu orqanlarımızdan biri də Kaspi mətbəəsində nəşr olunan “ Həqq yolu” jurnalı idi. Jurnal Qarabəy
Qarabəyovun redaktorluğu altında 14 dekabr 1911-ci ildə nəşr olunmağa başladı.Həftəlik nəşr olunan
jurnalda siyasi, ictimai, iqtisadi məsələlər öz əksini tapırdı. Firudin bəy Köçərli, Mahmud Nədim kimi
ziyalıların məqalələrinin dərc olunduğu jurnal 1912-ci ilə kimi varlığını qoruyub saxlaya bildi.
Senzuranın kəskinləşməsi bir çox ziyalıların təqib edilməsi ilə yanaşı, ədalətsiz həbslərə də səbəb
olurdu. Qeyd edək ki, 1911-ci ilin martın 24-də 9 nəfər mətbuat işçisi həbs edilərək Bayıl həbsxanasına
aparılmışdı.Rusiya imperiyasının bütün təqiblərinə, məhdudiyyətlərinə baxmayaraq, xalqımız istiqlalı
uğrunda mübarizədən çəkinmir, Azərbaycan ziyalıları millətin amalı üçün gecə-gündüz çalışırdılar. 1911-ci
ildə fəaliyyətə başlayan “Müsavat” partiyasının “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı dövrün əsas
mətbuat orqanlarının başlıca şüarına çevrilmişdi. Partiyanın nümayəndələri iqtisadi, siyasi, sosial, mədəni və
s. məsələlərlə bağlı olaraq tez-tez mətbu orqanlarda çıxışlar edirdilər. Lakin onlar çox yaxşı başa düşürdülər
ki, xalqla daha yaxın olmaq üçün partiyanın öz mətbu orqanını yaratmaq çox vacib məsələdir. Partiyanın öz
orqanının olmadığı ilk dövrlərdə “İqbal” qəzeti nəşr edilirdi ki, bu qəzet müsavatçılıq ideologiyasını təbliğ
edirdi. Qəzet ilk dəfə 1912-ci ildə çap edilmişdi və redaktoru Sənətulla İbrahimov idi. Qəzetin milli azadlıq
hərəkatımızın inkişafında mühüm əhəmiyyətə malik olduğunu M.B.Məmmədzadə vurğulamışdır.
1913-cü ildə M.Ə.Rəsulzadə İstanbuldan Bakıya qayıdır. Onun Bakıya qayıtdığı dövr Azərbaycan
mətbuatında bir canlanma, çiçəklənmə dövrü kimi xarakterizə olunur. Hətta 1914-cü ildən etibarən
|
|
|