|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
358
M.Ə.Rəsulzadə “İqbal” qəzetinə redaktorluq etməyə başlayır. Son dövrlərdə “Müsavat” nümayəndələrinin
bu qəzet ətrafında sıx birləşməsi Çar Rusiyasını narahat etməyə bilməzdi. Bu səbəbdən də qəzetin
fəaliyyətinə sob verilmişdir. “İqbal” qəzetinin davamı olaraq “Yeni iqbal” qəzeti nəşr olunmağa başlayır.
1915-ci ildə M.Ə.Rəsulzadənin həbs edilməsinin səbəbi “Yeni iqbal”da çap etdirdiyi məqalə olmuşdur.
Qəzet 1917-ci ilə qədər fəaliyyətinin davam etdirmiş, daha sonra isə “Açıq söz” qəzeti ilə birləşmişdir.
Dünya hərbi ərəfəsində həftəlik nəşr edilən mətbu orqanlardan biri də “Yeni Füyuzat” məcmuəsi idi.
Bu məcmuə şəkilli idi və həftənin şənbə günləri dərc edilirdi. Məcmuənin rəhbəri S.Hüseynzadə, redaktoru
isə Əhməd Kamal olmuşdur. Məcmuə 1910-cu ilin sonlarından işıq üzü görməyə başlamış, ətrafına çoxlu
sayda milli şüura malik mütərəqqi insanlar toplaya bilməşdi. Digərləri kimi bu mətbu orqanımız da kəskin
təhdid və təqiblərə məruz qalmışdır. Məcmuənin Azərbaycan xalqının milli şüurunun inkişafında böyük rolu
olmuşdur.Məcmuədə türk xalqlarının məruz qaldığı ayrı seçkilik siyasəti pislənilirdi. Pantürkizm və
panislamizm yaymaq, Rusiyaya qarşı təxribat yaratmaq bəhanəsi ilə məcmuənin fəaliyyətinə son verilmişdir.
Bu dövrdə Azərbaycanı istiqlala qovuşdurmaq uğrunda mübarizə aparan bir sıra cəmiyyətlər də
yaranmışdı. Bu cəmiyyətlər içərisində “Nicat” Maarif Cəmiyyəti xüsusilə qeyd olunmalıdır. Bu cəmiyyət
“Nicat” adlı qəzet dərc etdirirdi. Qəzetin redaktoru Əli Aşurbəyov idi. 1912-ci ilə kimi fəaliyyət göstərən
“Nicat” qəzeti 2 dildə - Azərbaycan və rus dillərində dərc edilirdi. Bəhs etdiyimiz dövrdə Azərbaycan
mətbuatı tarixində həm də bir ilk yaşandı. Belə ki, 1911-ci ilin yanvar ayında Azərbaycanda qadınlara
məxsus ilk mətbu orqan – “İşıq” qəzeti nəşr edilməyə başladı. Qəzetin nəşr edilməsində mesenat Hacı
Zeynalabdin Tağıyevin böyük xidmətləri olmuşdur. Mətbu orqanın redaktoru dövrün ziyalı qadınlarından
həkim Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa Əlibəyov olmuşdur. 2 il fəaliyyət göstərməsinə
baxmayaraq, qəzet çox iş gördü. Ötən əsrin əvvəllərində bir çox Azərbaycan qadınının cəhalətdən,
avamlıqdan xilas olmasında böyük rol oynadı, həmçinin ilk qadın mətbu orqanı olaraq adını tarixə yazdı.
“İşıq” da 1912-ci ilin dekabrında qaranlıq mühitin qurbanı oldu.
XX əsrin əvvəllərində uşaq və məktəblilərə aid jurnallar da işıq üzü görməyə başladı. Belə ki, 1911-ci
il 29 noyabrda uşaq jurnalı olan “Məktəb” dərc edilməyə başladı. “Məktəb”in başlıca məramı milləti hələ
uşaq yaşlarından maarifləndirmək, onları mübariz olmağa hazırlmaq idi. Jurnalın redaktorları dövrün məşhur
pedaqoqlarından Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə idi. Jurnalda H.Zərdabi, A.Şaiq,
S.S.Axundov, C.Bünyadzadə, Ə.Nəzmi, N.Nərimanov, A.Səhhət kimi ziyalıların məqalələri nəşr olunmuşdu.
“Məktəb” jurnalı erməni və bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım səbəbi ilə
fəaliyyətini müvəqqəti olaraq dayandırmış, fəaliyyətin 1920- ci ilin fevralında bərpa edə bilmişdi. Sonra isə
ölkədə baş verən aprel istilası jurnalın bağlanması ilə nəticələnmişdi.
1913-cü ilin yanvarından əsas xətti romantic türkçülük olan “Şəlalə” jurnalı nəşrə başladı. Jurnalın
redaktoru Xalid Xürrəmbəy idi. Jurnal Azərbaycan türkcəsi məsələsi uğrunda böyük işlər görmüşdür. Dil
problem ilə bağlı olraq jurnalda M.Ə. Rəsulzadənin də məqalələri də dərc olunmuşdur. Bəhs etdiyimiz
dövrdə ictimai-siyasi mətbu orqanlarla yanaşı, satirik qəzet və jurnallar da dərc olunurdu. Nəşr olunan satirik
jurnallardan biri olan “Mirat” “Molla Nəsrəddin” ədəbi məktəbinin təsiri ilə yaradılmışdı. Jurnalın redaktoru
Ə.Tağızadə idi. “Mirat” xalqın maariflənməsi uğrunda mübarizə aparırdı. Jurnalda çap edilən karikaturalar
dpvrün siyasi hadisələrini açıq-aşkar ifadə edirdi. Jurnalda Azərbaycanda baş verən siyasi hadisələrlə yanaşı
beynəlxalq vəziyyətə dair hadisələrdə öz əksini tapırdı. Cahan Hərbi ərəfəsində 1907-1914-cü illərdə bir çox
junal, qəzet və məcmuələr dərc olundu. Lakin hamısının amalı, qayəsi - Azərbaycan xalqını istiqlala
qovuşdurmaq, milləti avamlıqdan, cahillikdən, mövhümatdan xilas etmək idi. Heç şübhəsiz ki, bu mətbu
orqanların Azərbaycanın çar istilasından xilas olmasında, cümhuriyyətə qovuşmasında böyük rolları oldu.
Dostları ilə paylaş: |
|
|