|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
351
işğal edərək öz tərkibinə qatdı. Rusiya Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə öz
hədəflərini reallaşdırmağa nail oldular.
M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, çarizm bu ərazidə hakim ola bilmək üçün Qafqazda xristianlığın
qoruyucusu və Avropa mədəniyyətinin təmsilçisi olaraq ortaya çıxmışdır. Əslində isə, xristianlığı qorumaq,
müsəlman türklərin və İranlıların hərəkətləri ilə o dövrə qədər müstəqil olan müstəqil gürcü kilsəsinin
müstəqiliyyinin tamamilə aradan qaldırılması və rus hakimiyyətinin qurulması şəklində həyata keçirildi.
Göründüyü kimi, xristianların hamisi kimi çıxış etməsinə baxmayaraq Rusiya, Gürcüstanı ilhaq etməklə,
burada müstəmləkəçi üsulidarənin əsasını qoymuş oldu. Rus məmurları tərəfindən müstəmləkəçilik
Azərbaycanda zorla həyata keçirilməyə başlanmışdı.
XVIII əsrin II yarısından etibarən Rusiyanın Cənubi Qafqaz siyasətində erməni məsələsi mühüm yer
tutmuşdur.
XIX əsrin 20-30-cu illərində Cənubi Qafqaza, o cümlədən əzəli Azərbaycan torpaqlarına ermənilər
kütləvi köçürülməyə başladı. Köçürülmə Cənubi Qafqazın etno-siyasi durumunda və demoqrafiyasında ciddi
dəyişikliyə səbəb oldu, bölgədə “erməni amili”nin yaranması ilə nəticələndi. Ermənilərin bölgədəki yerli
xalqlarla gərgin münasibətləri, çarizmin türk - müsəlman əhaliyə qarşı ayrı-seçkilik və təqib siyasəti,
azərbaycanlılara qarşı soyqırımlarının və deportasiyaların həyata keçirilməsində ermənilərdən ən fəal şəkildə
istifadə edilməsi nəticəsində Cənubi Qafqaz bölgəsi etnik və milli qarşıdurmaların yaranıb genişləndiyi
bölgələrdən birinə çevrildi.Sovet hakimiyyəti illərində Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-
nin yerləşdiyi Cənubi Qafqaz Şərqə və Türkiyəyə çıxış üçün qapı rolunu oynamışdır. 1991-ci ildə SSRİ
dağılandan sonra Rusiya digər Cənubi Qafqazın postsovet respublikaları müstəqil dövlət olaraq ikitərəfli və
çoxtərəfli münasibətlər yaratdı.Bununla belə, Rusiya Cənubi Qafqazı özünün ənənəvi imperiyasının bir
hissəsi sayır.Rusiya separatçı qüvvələri dəstəkləməklə burada hegemon aktor olmağa çalışır. “Konfliktlərin
yaradıcısı” olan Rusiya konfliktlərin həllində “vasitəsi” rolunda iştirak edir.
Rusiya 11 noyabr 2015-ci il tarixində Ermənistan ilə ortaq hava müdafiə sistemi qurmaq üçün işlərə
başladı. Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasına görə, Şərqi Avropa, Qafqaz və Orta
Asiyada ortaq müdafiə sistemləri qurulması, MDB-nin əsas hədəfləri arasında iştirak edir.
Dostları ilə paylaş: |
|
|