|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityRUSİYANIN CƏNUBİ QAFQAZDA İŞTİRAKININ TARİXİ MƏRHƏLƏLƏRİmagistr2021 3 2RUSİYANIN CƏNUBİ QAFQAZDA İŞTİRAKININ TARİXİ MƏRHƏLƏLƏRİ
VƏ ŞƏRTLƏNDİRƏN AMİLLƏR
Əliyev A.Ə.
Bakı Slavyan Universiteti
E-mail:
anaraliyevrf1998@gmail.com
XV-XVI əsrlərdə mərkəzləşdirilmiş Rus dövləti yarandıqdan sonra Şimali Qafqazının işğalı prosesi
başlamışdı. Rusiya regionun içərilərinə doğru hərəkət etdikcə burada qalalar salır, ələ keçirilmiş ərazilərdə
rusların məskunlaşdırılması həyata keçirilirdi.
XVIII əsrin əvvəllərində Rusiyanın xarici siyasətində Cənubi Qafqaz, xüsusilə onun ən zəngin
hissəsi olan Azərbaycan işğal etmək, isti dənizlərə yiyələnmək planı mühüm yer tutmağa başlamışdı.
Rusiya bu bölgəyə sahib
.
olmaqla
.
özünün təcavüzkar xarici siyasəti
.
qarşısında duran bir neçə vacib məsələni
həll
etməyi
planlaşdırırdı.
Əvvəla, ucuz xammalla zəngin olan Azərbaycanın
ələ
keçirilməsi
Rusiyanın toxuculuq sənayesinin
inkişafı üçün əlverişli
şərait
yaradırdı. İkincisi, bu bölgəni
ələ
keçirməklə Rusiya Qərbi Avropanı Hindistanla birləşdirən tranzit ticarət yollarına sahib olardı. Üçüncüsü,
Cənubi Qafqazı ələ keçirməklə Rusiya öz işğallarını cənub istiqamətində daha da genişləndirmək, öz
nüfuzunu Orta və Yaxın Şərq ölkələrində yaymaq və möhkəmləndirmək imkanı qazana bilərdi.
Rusiya 1722-1723-cü illər ərzində Dərbənd, Bakı və Rəşt üzərinə yürüş edərək Xəzərboyu
Azərbaycan vilayətlərini işğal etdi. Bu vəziyyət regionun coğrafiyasında yeni geosiyasi dəyişikliklər əmələ
gətirdi. I Pyotrun ölümündən sonra baş vermiş hakimiyyət dəyişkənliyindən sonra yeni Rusiya imperatoru
rus ordularını bir müddət Azərbaycandan geri də çağırdı və bu ölkənin Qafqaz siyasətində qeyri-müəyyənlik
yarandı.
Şimali Azərbaycanın işalının başlanmasında, 1783-cü ildə Georgiyevski traktatı ilə Gürcüstanın
Rusiyaya birləşdirilməsi həlledici amillərdən biri oldu. Gürcüstanı ilhaq etməklə ilk dayaq nöqtəsi əldə edən
çar Rusiyası, çox keçmədən bütün Cənubi Qafqazın işğalına başladı. Belə ki, 1804-1813 və 1826-1828-ci
illər Rusiya-İran, 1806-1812 və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri ilə Rusiya Azərbaycanın
şimalındakı xanlıqları və Qara dənizin şərq hissəsi də daxil olmaqla Cənubi Qafqazın digər ərazilərini tam
|
|
|