MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə109/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   105   106   107   108   109   110   111   112   ...   138

468

 

 



Mirzə Ələkbər Sabir 

QAFİL YAŞAMAQDANSA... 

(Səh. 266) 

İlk dəfə «Günəş» qəzetində (10 yanvar 1911, №8), az sonra isə Həştərxanda çıxan 

«Bürhani-tərəqqi»  qəzetində  (21  yanvar  1911,  №31)  «Ə.S.»  imzası  ilə  çap 

olunmuşdur. 

MƏMDƏLİ DEYİR Kİ: 

(Səh. 266) 

İlk  dəfə  «Günəş»  qəzetində  (13  yanvar  1911,  №1)  «Ə.S.»  imzası  ilə  çap  olun-

muşdur. 


NASİRÜLMÜLK BAKIDAN İRANA AZİM OLDUQDA 

(Səh. 266) 

İlk  dəfə  «Günəş»  qəzetində (14 yanvar 1911,  №12) «Ə.S.» imzası  ilə çap olun-

muşdur. 


MÜXBİRÜSSƏLTƏNƏYƏ 

(Səh. 267) 

İlk  dəfə «Günəş»  qəzetində (14 yanvar 1911,  №12) «Ə.S.» imzası  ilə çap olun-

muşdur. 


DƏHR BİR MÜDDƏT OLDU... 

(Səh.267) 

İlk  dəfə  «Günəş»  qəzetində  (16  yanvar  1911,  №l3)  «Ə.S.»  imzası  ilə  çap  olun-

muşdur. 


ƏCDADINA ÇƏKDİ, PƏDƏRİN... 

(Səh. 267) 

İlk  dəfə «Günəş»  qəzetində (17 yanvar 1911,  №14) «Ə.S.» imzası  ilə çap olun-

muşdur. 


MÜHAVİRƏ 

(Səh. 267) 

İlk  dəfə  «Günəş»  qəzetində  (18  yanvar  1911,  №5)  «Ə.S.»  imzası  ilə  çap  olun-

muşdur. 


MÜXABİRƏ 

(Səh. 267) 

İran  şahı  Məhəmmədəli  ilə  Türkiyə  sultanı  II  Əbdülhəmidin  söhbəti  şəklində 

yazılan bu satira ilk dəfə «Molla Nəsrəddin» jurnalında (18 yanvar 1911, №3) imzasız 

çap olunmuşdur. 



469 

 

Hophopnamə 



ABBAS AĞA DEYİR Kİ: 

(Səh. 268) 

İlk dəfə «Günəş» qəzetində (19 yanvar 1911, №l6) «Ə.S.» imzası ilə çap olun-

muşdur. 


ANALAR BƏZƏYİ (Səh. 268) 

İlk dəfə «Günəş» qəzetində (20 yanvar 1911, №l7) «Ə.S.» imzası ilə çap olun-

muşdur. 

DREPER DEYİR Kİ: 

(Səh. 269) 

İlk dəfə «Yeni həqiqət» qəzetində (23 yanvar 1911, №2) «Ə.S.» imzası ilə çap 

olunmuşdur.  Birinci  nəşrdən  başqa,  bütün  qalan  nəşrlərə  daxil  edilmişdir. 

Dreper, Con Uilyam (1811-1882) - Amerikan kimyaçısı və fızioloqudur. Əhməd 

Midhət (1845-1913) - Məşhur türk yazıçısıdır. 

ANALAR BƏZƏYİ (Səh. 269) 

İlk dəfə «Yeni həqiqət» qəzetində (25 yanvar 1911, №4) «Ə.S.» imzası ilə çap 

olunmuşdur. 

AVROPADA MƏMDƏLİNİN EŞQBAZLIĞ1 (Səh. 269) 

İlk dəfə «Molla Nəsrəddin» jurnalında (25 yanvar 1911, №4) imzasız çap olun-

muşdur. 

Məhəmmədəli şah taxtdan salındıqdan sonra Odessada yaşayırdı. Bır aktrisaya 

vurulmuş, ondan rədd cavabı almış, lakin dalınca Avropaya qədər getmişdi. 

«Günəş»də (29 noyabr 1910) çap edilən «Bizim Məhəmmədəli eşqbazlıq edır- 

miş» başlıqlı yazıda keçmiş İran şahı Məhəmmədəli Mirzənin başına gələn macə-

ralar  haqda  deyilirdi.  «...Məhəmmədəli  Mirzənin  Odessadan  Avropaya  getməsi 

siyasətçiləri narahat edib. Odur ki, Tehran hökuməti onun dalınca adam salıb, öy-

rənib ki, keçmiş şah 19 yaşlı bir irlandiyalı rəqqasəyə bənd olub. Rəqqasə onu rədd 

edib, Avstriyaya - Vyanaya gedib. 

 _  


Məhəmmədəli Mirzə qıza orda da evlənməyi təklif edib. Qız yenə rədd cavabı 

verib. İndi şah onu şəhərbəşəhər izləyir». 




470

 

 



Mirzə Ələkbər Sabir 

NİTQƏ XİTAB (Seli. 271) 

İlk  dəfə  «Yeni  həqiqət»  qəzetində  (28  yanvar  1911,  №7)  «Ə.S.»  imzası  ilə  çap 

olunmuşdur. 

YUXU 

(Səh. 272) 



İlk  dəfə  «Yeni həqiqət» qəzetində (28 yanvar 1911,  №7)  «Palanduz» səhifəsinin 

4-cü nömrəsində «Nizədar» imzası ilə çap olunmuşdur. 

«Tə’bir»  adı  altında  hissə  Heyvərənin  dilindən  Nizədara  müraciət  şəklində 

yazılmışdır. 

Heyvərə dostunun yuxusunu belə yozur: 

Nizədara, edib yuxun təsir, 

Guş ver, mən edim onu tə 'bir: 

Gördüyündür Bakı qlasnıları  

Ki, təmizlətdilər kuçə-bazarı; 

Gecələr gəşt edib yığırlar «səs», 

Arifə bir işarə olmuş bəs!.. 

«Yuxu» satirasının digər əks-sədası «Palanduz»un elə həmin nömrəsində çıxan 

«Qlasnılıq  məsələsi»  felyetonundan  gəlir.  «Palanduz»  satira  məclisinin  bayraq- 

darının  -  Nizədann  yeri  yaman  görünürmüş  ki,  onun  əsəri  məclisə  daxil  olan  kimi, 

şairin qələmdaşlarına ilham və mövzu vermişdir. «Qlasnılıq məsələsi» felyetonunda da 

duma seçkilərinin eybəcərliklərinin digər çalarları açılır. 

Həmin felyetonun ideya-bədii dəyərini və oxucular üçün maraqlı olacağını nəzərə 

alıb, burada bütövlükdə verməyi lazım bilirik: 

«A  kişi,  hərdənbir  mənim  fikrimə  belə  gəlir  ki,  nə  oldu  qlasnılığa  özümü  sala 

bilmədim. Nə qədər bu barədə fikir edirəm, xəyallaşıram, bu barədə heç bir tədbir qura 

bilmirəm. O idi ki, bir gün bir nimdaş qlasnını yanladım. Dedim, aşna, iyirmi ildir ki, 

sən bizim dum şoqəribdə qlasnılıq edirsən. Bircə mənə de görüm ki, necə edim ki, mən 

də bu cənazəni dumaya birtəhər salım. 

Bu sözü nimdaş qlasnı məndən eşidən kimi dedi: 

-

 

Adə, üst-başından Quba meydanında köhnə paltar satana oxşayırsan. 



Bu ağıznan da gör nə fikirlərə düşübsən. Bir də, balam, sən bu ağız ilə orada nə 

danışacaqsan? 

-

 

A  kişi,  məgər  bizim  qlasnılar  danışmaq  üçün  oraya  seçiliblər?  Onlar  millətin 



heykəlləridir dumada oturublar. Allah eləməmişkən, bunların haqqında bir şey deyilsə, 

o saat durub cavab verərlər. Yoxsa  ki, nə lazımdır boş yerə laqqıldamaq. Bir də, ey 

qlasnı,  bəs  nədən  altı  il  bundan  qabaq  məktəblərdə  süpürgəçilik  edən  bizim  Nəstə 

xanımın oğlu bu həvəsə düşüb? Sabah, biri gün ona şar yeşiyi qoyulacaqdır. Ona heç bir 

söz deyən yoxdur. Helə bir gözün məni görür. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə