MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə112/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   108   109   110   111   112   113   114   115   ...   138

479 

 

Hophopnamə 



MƏKTƏB UŞAQLARINA TÖHFƏ 

(Səh. 321) 

İlk dəfə «Səda» qəzetində (14 fevral 1910, №37) «Balaxanı məktəbi müəllim-

lərindən Ə.Sabir Tahirzadə» imzası ilə çap olunmuşdur. 

MƏKTƏB ŞAGİRDLƏRİNƏ TÖHFƏ 

(Səh. 322) 

İlk dəfə «Səda» qəzetində (25 fevral 1910, N°46) «Balaxanı məktəbi müəllim-

lərindən Ə.Sabir Tahirzadə» imzası ilə çap olunmuşdur. 

TƏBİB İLƏ XƏSTƏ 

(Səh.323) 

İlk dəfə «Həqiqət» qəzetində (18 iyun 1910, №38) «Ə.Sabir Tahirzadə» imzası ilə 

çap olunmuşdur. 

QOCA BAĞBAN 

(Səh. 323) 

İlk dəfə «Həqiqət» qəzetində (21 iyun 1910, №40) «Ə.Sabir Tahirzadə» imzası ilə 

çap olunmuşdur. 

QARINCA 

(Səh. 324) 

İlk dəfə «Həqiqət» qəzetində (23 iyun 1910, №42) «Ə.Sabir Tahirzadəw imzası ilə 

çap olunmuşdur. 

MOLLA NƏSRƏDDİNİN YORĞANI 

(Səh. 325) 

İlk dəfə «Günəş» qəzetində (23 noyabr 1910, №75) «Ə.S.» imzası ilə çap olun-

muşdur. 


UŞAQ VƏ PUL 

(Səh. 325) 

. . 

İlk dəfə «Yeni fuyuzat» jurnalında (23 noyabr 1910, №6) «Ə.Sabir» imzası ı ə 



çap olunmuşdur. 

İSKƏNDƏR VƏ FƏQİR 

ifk 

dəfe«Günəş» qəzetində (20 dekabr 1910, №96) «Ə.S.» imzası ilə çap olun-



muşdur. 

AZARLI KƏNDÇİ 

İlk dəfə «Günəş» qəzetində (21 dekabr 1910, №97) «Ə.S.» imzası ilə çap olun-

muşdur. 



480

 

 



Mirzə Ələkbər Sabir 

CAMUŞÇU VƏ SEL 

(Səh. 328) 

İlk dəfə «Günəş» qəzetində (26 dekabr 1910, №l) «Ə.S.» imzası ilə çap olunmuşdur. 

MOLLA NƏSRƏDDİN VƏ OĞRU 

(Səh. 330) 

İlk dəfə «Günəş» qəzetində (2 yanvar 1911, №l) «Ə.S.» imzası ilə çap olunmuşdur. 

ÖRÜMÇƏK VƏ İPƏK QURDU 

(Səh.330) 

İlk dəfə «Günəş» qəzetində (10 yanvar 1911, №8) «Ə.S.» imzası ilə çap olunmuşdur. 

ARTIQ ALIB, ƏSKİK SATAN TACİR 

(Səh. 331) 

İlk  dəfə  «Yeni  həqiqət»  qəzetində  (3  fevral  1911,  .№96)  «Ə.S.»  imzası  ilə  çap 

olunmuşdur. 

YALANÇI ÇOBAN 

(Səh. 332) 

İlk  dəfə  «Yeni  həqiqət»  qəzetində  (11  fevral  1911,  N°18)  «Ə.S.»  imzası  ilə  çap 

olunmuşdur. 



TƏRCÜMƏ ƏSƏRLƏRİ 

GÖRDÜM NEÇƏ DƏSTƏ TAZƏ GÜLLƏR 

(Səh. 335) 

M.Ə.Sabirin  Şərq  ədəbiyyatından  ilk,  məlum  tərcüməsidir.  Şairin  məktəbdə 

oxuduğu illərdə etdiyi bu tərcümə ilk dəfə 1912-ci ildə A.Səhhətin «Hophopna- mə»yə 

yazdığı müqəddimədə çap olunmuşdur. 

A.Səhhət şeirin tərcümə tarixçəsini belə izah edir: «On iki sinnə yetişdikdə mərhum 

Hacı Seyid Əzimin məktəbinə daxil olmuş. Seyid onda hissi-şairanə gördüyü üçün dərs 

verdiyi  mənzum  farsi  hekayələrin  türkcə  mənzum  tərcüməsini  Sabirdən  istərmiş.  O 

cümlədən «Gülüstan»da: 



«Didəm güli-tazə çənd dəstə Bər 

günbədi əz giyah bəstə» 

- hekayəsini türkcəyə boylə nəzmən tərcümə etmişdir: 



Gördüm neçə dəstə taz ə güllər... 


481 

 

Hophopnamə 



«ŞAHNAMƏ»DƏN TƏRCÜMƏ 

(Səh. 335) 

İlk dəfə «Rəhbər» jurnalında (31 oktyabr, 1, 23 dekabr 1906; 17, 30 yanvar 1907, №2, 

3, 4, 5, 6) «Sabin» və «Sabir Tahirzadə» imzalan ilə çap olunmuşdur. 

TƏRCÜMEYİ-QÖVLƏL-MÜFTİ 

(Səh. 349) 

İlk dəfə «Füyuzat» jurnalında (16 iyul 1907, №22) «Ə.Sabir Tahirzadə» imzası ilə çap 

olunmuşdur. 

«Füyuzat»  jurnalının  1907-ci  il  23  iyun  tarixli  20-ci  nömrəsində  çap  olunmuş 

«Qövlə-müfti  heynül-ehtizar»  adlı  yazıda  deyilirdi:  «Diyari-Misriyyə  müftiyi-sabiqi 

üləmayi-şəhir  Şeyx  Məhəmməd  Əbdul  mərhumun  vəfatından  bir  qaç  saət  müqəd-  dəm 

ağlaya-ağlaya  söyləmiş  olduğu  bir  qaç  beyti-dilsuzdur  ki,  məali  aləmi-islamın 

əhvali-hazirəsinə dairdir. 

Biz  bu  əbyati-münifəyi  tərcümə  ilə  qareini-giramı  müstəfıd  etmək  istərdik.  Lakin 

lisani-cəlili-ərəbiyə bizdən ziyadə vaqif olan alimlərimizin himmətinə müraciətlə onlardan 

tərcüməsini  rica  etməyi  ula  gördük.  Ümidimiz  pürkəmaldır  ki,  üləmayi-giram  gələcək 

nüsxəyə qədər bu şe’rin tərcüməsini bizə göndərməklə ümumə bir xidməti-müftəxirə əda 

edərlər». 

Bu yazıdan sonra jurnal Şeyx Məhəmməd Əbdonun ərəb dilindəki şeirini çap etmişdir. 

Sabir həmin şeiri tərcümə edib, jurnala göndərmişdir. 

ŞE’R TƏRCÜMƏSİ 

(Səh. 349) 

İlk dəfə «Füyuzat» jurnalında (8 sentyabr 1907, №26) «Əli Sabir Tahirzadə Şirvani» 

imzası ilə çap olunmuşdur. 

Jurnalın  25-ci  nömrəsindəki  (15  avqust  1907)  «Mətlubumuz»  adlı  müraciətində 

yazılmışdır: 

«Diyari-Misriyyə müftisi Şeyx Məhəmməd Əbdo mərhumun şe’rini nəsrən və nəzmən 

tərcümə  ilə  idarəmizə  irsal  buyuran  əshabi-himmətə  təşəkkür  edir  və  İmam  Əli 

kərəmüllahi-vəchə  həzrətlərinin  əş’ari-atisinin  də  tərcümə  və  irsalını  ərbabi-himmət  və 

iqtidardan rica ediriz». 

Sabir həmin şeiri də tərcümə etmiş və tərcümədən əvvəl «Füyuzat» jurnalında şeirin 

ərəbcəsi təkrar çap olunmuşdur. Ərəbcəsi belədir: 



«La tövdəissirrə illa ində zi kərəmin

Vəssirrü ində kiraminnasi məktumün, 

Vəssirrü indi fıbeytin ləlnı ğələqiin  

Qəd zaə miftahəhu vəlbeytü məxtumün». 


482

 

 



Mirzə Ələkbər Sabir 

LƏFFAZLIQ 

(«Məxlis» qəzetəsindən tərcümə) 

(Səh. 350) 

İlk dəfə «Həqiqət» qəzetində (2, 4 iyul 1910, №150, 151) «Ə.Sabir» imzası ilə çap 

olunmuşdur. 

HEKAYƏ VƏ FELYETONLAR 

MEYDANA ÇIKIYOR... 

(Səh.355) 

Hekayə ilk dəfə  «Həqiqət» qəzetində (17-18 iyun 1910, №137-138) «Bəha Səid» 

imzası ilə çap olunmuşdur. 

HAMISIN TAPA BİLİRƏM, BİRİN TAPA BİLMİRƏM 

(Səh.358) 

İlk dəfə «Bəhlul» jurnalında (14 iyul 1907, №5) «Acizləri qığıldıyan» imzası ilə çap 

olunmuşdur. 

ŞİRVANDA MÜHÜM HƏVADİS 

(Səh. 359) 

İlk  dəfə  «Bəhlul»  jurnalında  (7  oktyabr  1907,  №7)  «Laübali»  imzası  ilə  çap 

olunmuşdur. 

YADİGAR 


(Səh. 361) 

Həsən  bəy  Zərdabinin  vəfatı  ilə  əlaqədar  yazılmış  bu  felyeton  ilk  dəfə  «Molla 

Nəsrəddin»  jurnalında  (13  yanvar  1908,  №2)  «Müxlisiniz  Malxulaçı»  imzası  ilə  çap 

olunmuşdur. 

ŞİKAYƏT!.. 

(Səh. 362) 

İlk dəfə «Günəş» qəzetinin 5 noyabr 1910-cu il tarixli 60-cı nömrəsinə əlavə olunan 

«Palanduz»un  növbəti  (5-ci)  nömrəsində  «İdarəyə  məktub»  rubrikasında  «Əz  tərəfi  - 

Mirzə Bisavad» imzası ilə dərc edilmişdir «Hophopnamə»yə ilk dəfə daxil edilir. 

PUBLİSİSTİKA 

VƏFAT XƏBƏRİ 

(Səh.365) 

İlk dəfə «İrşad» qəzetində (18 fevral 1906, №49) «M.Ələkbər Sabir Şirvani» imzası 

ilə çap olunmuşdur. 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə