Nəzakət Əliyeva
172
«Mirzə Şəfi,- deyə mən onun sözünü kəsdim. – Sən
başından ayağına qədər vurulmusan, boynuna al, mən
bunu sənin bütün varlığında hiss edirəm!».
«Sən haqlısan, - gülümsəyərək dedi o, «bütün
dünya mənə yenə çəhrayı işıqda görünür! Necə
demişdi Hafiz». Mən yenə onun sözünü kəsdim». Ay
Mirzə, sən niyə öz nəğmələrini oxumursan? Hafizin
gözəl nəğmələrini mən həmişə oxuya bilərəm, ancaq
mən nə qədər sənin yanındayam sənin səsini eşitmək
istəyirəm». O razılıqla başını yırğaladı və xahiş etdi ki,
qələmdanı hazırlayım və oxumağa başladı:
Bir yüksək məqsədə can atırıq biz,
Sənin kimi mən də belə.
Özümüzü əsirliyə atırıq biz.
Sənin kimi mən də belə
Səni öz qəlbimdə gizlədərəm –
Sən məni özünkündə
Ayrıca ya da birgə, belə yaşayırıq biz
Sənin kimi mən də belə.
«Sən hələ yazmırsan?» - deyə o, qəfildən sözünü
kəsdi.
«Əlbəttə yazıram, axı sən mənə demisən!».
«Ancaq belə cəfəngiyyat yazmamalısan. Mən
özümü bir az toparlamaq istədim; axı adam kiməsə
vurulanda yaxşı şeirləri qoşmaq çətin deyil».
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
173
ONUNCU FƏSİL:
Axalsix paşalığında gəzinti
Güclü öd kisəsi ağrıları və qızdırması məni yayın
əvvəlində xəstəxanaya saldı, quru-isti havası olan
Tiflisin həkimləri onun burada müalicəsi olmadığını
təkid edirdilər, buna mən uzun müddətə paytaxtı tərk
edib güclü dağ havasında müalicəmi axtarmalı idim.
Mirzə Şəfi mənim xəstəliyimin pisləşməsinin
səbəbini qəbul etdiyim dərmanlarda görür və mənə
məsləhət görürdü ki, dağlardakı bağlara baş çəkib,
mədəmi tut ağacının meyvələri ilə doldurum və bu
ləzzət mənim xəstəliyim aparacaq. Sololaki dağı
şəhərin ən gözəl yerində yerləşir, onun geniş çiyinləri
üzərində qədim Narikalın xarabalıqlarının qalıqları
yerləşir və burada uzun bir hasar Sohah taxtı sarayını
birləşdirir, və gürcüstanda zalım fars şahlarının
hökmranlığını xatırladır. Mirzə Şəfi ilə mən bağa çatan
kimi bir az dincəldik, sonra onun köməyi ilə mən tut
ağacına çıxdım və əmin idim ki, onun meyvələri məni
sağaldacaq. Mən bu zəif bədənimlə ağaca çatmaq
istəmirdim, ancaq Gəncəli alim sözündə durdu ki, mən
onun meyvələrini öz əlimlə dərib yemləyəm. Ancaq bu
müalicə mənə kömək etmədi və mənim xəstəliyim lap
pisləşdi. Mən Priyutinada müalicə üçün yerləşdirildim.
ON BİRİNCİ FƏSİL:
Müdriklər yarısı
Axalşıx paşalığı Paskyeviç tərəfindən zəbt
olunduqdan sonra oradakı türk sakinləri paytaxtı tərk
etdilər və Anadoluya tərəf köçdülər ki, rusların
Nəzakət Əliyeva
174
hakimiyyəti altında qalmasınlar. Erməni mühacirləri
türk köçkünlərini iki böyük hissəyə böldü, onlardan bir
hissəsi ağ çarın hökmranlığındakı xristianların tərəfinə
keçdilər.
Axalsixdə qalan türklərin kiçik bir hissəsi
tanınmış yazı alimi Ömər əfəndi tərəfində qaldılar,
onlar Adigion kəndinin yaxınlığında rusların
hökmranlığının vəkalətində yaşayırdılar.
Əgər diqqətli oxucu xatırlayırsa Mirzə şəfi ilə
tanışlığın başlanğıcında Ömər əfəndinin müdrikliyi-nin
şöhrəti haqqında hörmətli Mirzənin Şərqin müdrikləri
üçün söylədiyi yaxşı fikirlər məlum idi.
Onun müdriklik məktəbi Bakıda Xəzər dənizinin
sahilində yaşayan Abbasqulu xanın şöhrətlənməsi üçün
və yaxud Ömər əfəndinin Adigionun bülbül və qızıl
gülünü tərənnüm etdiyi üçün heç bir zərər verməmişdi.
Tiflisin yazı alimləri isə hörmətdən salınmışdı,
çünki onlar özlərini Mirzə Şəfidən daha çox irəlidə
hesab edirdilər, çünki burada fikir rəqabətə daha yaxın
idi. Mən bir dəfə Gəncəli alimdən soruşdum ki, o öz
əsasları ilə onlarla dostluq münasibətlərində birləşə
bilərmi; həm sünnilərin, həm də şiələrin sektasında – o
mənə belə cavab verdi:
«Cəfəngiyyat danışırsan, ey tələbə! Kilsənin
sektalarının və bölünməsinin mənə nə dəxli var? Hər
qoyun sürüsünün öz çobanı, hər icmanın öz möcüzəsi
olmalıdır; hər kəs öz işini bacardığı qədər görür, çünki
yaşamaq istəyir. Müdriklər ən çox dəlilərə tərəf
yönəlməli, nəinki dəlilər müdriklərə doğru, çünki
dəlilər çoxdur, müdriklər az. Tacir öz malını tərifləyir
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
175
və insanlar bundan öz tələbatına görə alanı alırlar; mala
cənnətin sularla dolu bağlarını tərifləyir, insanlar isə
buna öz tələbatına görə inanırlar». «Əgər tacir öz
mallarını pisləsəydi, o, dilənçiyə çevrilər və bütün
alıcılarını itirərdi. Müştərilər isə çılpaq gəzəsi deyillər,
ona görə başqa tacirin mallarını alacaqlar».
Əgər molla desəydi ki, mənim öyrətdiklərim
səhvdir, onda dəlilər onu daşlayar və onun yerinə
başqasını qoyardılar. Yalnız sonra həqiqət insanlar
arasında yolunu tapır; yalnız sonra və sonra toxum
buğdası cücərir və məhsul verir».
«Ancaq heç vaxt işığı söndürmək lazım deyil,
çünki günəş gecə işıq saçmır. Vicdan susmamalıdır,
çünki o vicdansızlığın bahasına yaşayır. Sədi necə
demişdi; «gözəl səma işığından şikayət etmək
lazımdırmı?
Çünki
yarasalar
günəş
işığına
dözmürlər!».
Mirzə Şəfi bizim Ömər əfəndinin yanında
olmadığımızın ilk aylarında yazırdı: “İndi Tiflisdə
Qərbin bir alimi müdriklik dərsi alır, sonra isə o Ömər
əfəndinin müdrikliyinin kəlamlarını tədqiq etmək üçün
onu ziyarət edəcəkdir. Mənim burada olmağım
Adigion aliminə çoxdan məlum idi, lakin bir –birimizi
uzaqdan görmüşdük, ancaq belə bir sözünü eşitmişdim
ki, guya Qərbin alimləri burada yaradıcılıq etmək üçün
gəliblər.
Mən Axalsixdə olanda eşitmişdim ki, Ömər
əfəndi bir neçə həftədir ki, şəhəri tərk edib
Adigiondakı yay evinə köçmüşdür.
Dostları ilə paylaş: |