Az
ərbaycan dili məsələləri
107
olaraq ümumişlək, köhnəlmiş və dialekt sözlərindən, hərbi
terminl
ərdən və s. yerli-yerində istifadə etmişdir.
Əsərin xəlqiliyi, realizmi, tipikliyi, həyatiliyi və s.
onda işlənmiş ümumişlək sözlərin miqdarı, xarakteri və
işlənmə dərəcəsi ilə üzvi surətdə bağlıdır. Yazıçı təsvir
etdiyi hadis
əni, əhvalatı oxucuya daha aydın çatdırmaq,
sur
ətin hansı təbəqəyə mənsub olduğunu bildirmək, onun
peşəsini, düşüncəsini, dünyagörüşünü aydınlaşdırmaq
üçün t
əsvir olunan hadisəyə, surətin xarakterinə uyğun
sözl
ər işlətmişdir. Nəticədə hadisə, əhvalat, insan psixo-
logiyası ətraflı, aydın və dolğun surətdə əks olunmuşdur.
Tapdıq kolxozçu oğludur – zəhmətkeşdir. O, cəbhədə
vuruşa-vuruşa kolxozu – kəndi düşünür, əkib-becərmək,
qurub-yaratmaq üçün müharib
ənin tez qurtarmasını
ist
əyir.
Yazıçı surətin daxili aləmini açmaq, onun hansı
hissl
ərlə yaşadığını bildirmək məqsədilə ümumişlək-
l
ərdən sənətkarlıqla istifadə etmişdir: “Mən iş adamıyam,
S
əlim. Bikarçılıqdan bağrım çatlayır. Mən davanı tez
qurtarmaq ist
əyirəm ki, kolxoza, işimə qayıdım... İndi
kolxoz
da şumun şirin vaxtıdır, Səlim... Nə xoş günlərimiz
vardı, Səlim! Bikar oturanda kolxoz heç yadımdan çıxmır,
gözümd
ən getmir, az qalır bağrım çatlasın!”.
Romanın dilində elə sözlər var ki, onların ifadə
etdikl
əri predmet və hadisələr indi sıradan çıxmışdır. Belə
sözl
ərin işlənmə dairəsi məhdudlaşmış, dilin aktiv
fondundan passiv fonduna keçmişdir. Elmi ədəbiyyatda
arxaizm adlanan bel
ə sözlərdən “Dostluq qalası” roma-
nının dilində də istifadə olunmuşdur. Əsərdə işlənmiş
k
əndxuda, mövlud bayramı, çuxa, xış, donluq və s.
arxaizml
ər tarixi kolorit yaratmaq, təsvir olunan dövrün
tarixi xüsusiyy
ətlərini real əks etdirmək, surətin nitqini
Misir S
əfərov
108
f
ərdiləşdirmək, nitqdə emosionallığı artırmaq, yumor,
gülüş yaratmaq və s. üslubi məqsədlərə xidmət edir.
Ə.Əbülhəsənin yaradıcılıq xüsusiyyətini və üslubunu
mü
əyyənləşdirən məziyyətlərdən biri də onun canlı xalq
danışıq dilindən alıb işlətdiyi söz və ifadələrin obrazlı-
ğından, rəngarəngliyindən, zənginliyindən məharətlə
istifad
ə etməsidir. Müəllif loru söz və ifadələr vasitəsilə
əsərin dilinin canlı və dolğun olmasına, fikrin aydın və
r
əvan ifadəsinə, milli koloritin saxlanmasına nail olmuşdur.
Dig
ər tərəfdən loru söz və ifadələr yüksək obrazlılığa
malik olub, nitqin z
ənginləşməsində, danışığın təsir
qüvv
əsinin artırılmasında da mühüm üslubi əhəmiyyətə
malikdir: s
əni çox poran görürəm; Toqqanın altını
b
ərkitdin, allahuva şükür elə; bu nə vaxtacan belə
meydan sulayacaq!; biz d
ə burada qarpız-yemiş yeyib
dama dön
əcəyik və s.
“Dostluq qalası” romanının dilində vulqarizmlərdən
d
ə istifadə edilmiş, onlara son dərəcə ehtiyatla yanaşmışdır.
Romanın dilində işlənmiş köpək oğlu, qoduq , murdar,
l
əçər, alçaq, əclaf, yekəqarı, heyvan, lotu, bayquş, sümsük
tula v
ə s. vulqar sözlər əsərə surətlərin bir-birinə olan
m
ənfi münasibətini bildirmək, tipin mədəni səviyyəsini
oxucuya tanıtmaq, düşmənin eybəcər, pozğun təbiətini
h
ərtərəfli vermək və s. üslubi məqsədlərlə əlaqədar əsərə
daxil edilmişdir.
“Dostluq qalası” romanında yeri gəldikcə dialek-
tizml
ərdən də istifadə edilmişdir. Yazıçı bu sözləri əsərin
dilind
ə zəruri üslubi tələblə əlaqədar işlədir. dialektizmlər
əsərə müəyyən ərazidə yaşayan əhalinin həyat tərzini,
m
əişətini, geyimini, adətlərini və s. bildirmək, surətlərin
bir-birin
ə olan münasibətlərini, eləcə də tipin özünün
Az
ərbaycan dili məsələləri
109
xasiyy
ətini, xarakterini, mənəvi aləmini aydınlaşdırmaq,
oxucuya daha yaxşı tanıtmaq, əsərdə yerli kolorit yarat-
maqdan, k
ənd həyatını realist boyalarla əks etdirmək üçün
v
ə s. məqsədlərlə əlaqədar daxil edilmişdir. Məsələn,
C
əhrənin yanında bir xəlbir əlçim vardı; sən yaman örən
düşmüsən axı, işləsən arıqlarsan; Mahmud üstüörtülü də
olsa, sözarası bunu bir neçə dəfə ona çıtızmışdı; Artır-
mada
taxta çarpayı vardı və s.
Romanın dilində elm, mədəniyyət, incəsənət, ədəbiy-
yat, musiqi, h
ərbi və s. sahələrə aid terminlərə də rast
g
əlirik.
“Dostluq qalası” romanının dilində sinonimlər mü-
hüm yer tutur. Əsərin lüğət tərkibində aşxana-yeməkxana,
doğru-düz, oturmaq-əyləşmək, qəlb-ürək-könül, balaca-
körp
ə-kiçik; qoca-ahıl, danışmaq-söyləmək-nağıl etmək,
x
əstə-naxoş, qayış-toqqa, günəş-gün, yaş-sulu, igid-
q
əhrəman, dinləmək-qulaq asmaq, gözəl-göyçək-yaraşıqlı,
geniş-enli və s. sinonim cərgələr vardır. Əsərin dili,
ümumiyy
ətlə sinonimlərlə zəngindir. Bu zənginlik isə
onun dilini aydın, obrazlı etmişdir.
Ə.Əbülhəsən fikri canlı və təsirli ifadə etmək, surət-
l
əri parlaq və əlvan boyalarla əks etdirmək, söz və ifadənin
k
əsərini artırmaq, bədii əsərdə milli koloriti saxlamaq və s.
üçün atalar sözl
əri və məsəllərin üslubi imkanlarından da
bacarıqla faydalanır.
Dil
ə yaradıcı şəkildə yanaşan sənətkar dövrün,
zamanın sınağından çıxaraq bu günümüzə qədər gələn
atalar sözü v
ə məsəllərə yaradıcılıqla yanaşmış, onların
üz
ərində ustalıqla, zərgər dəqiqliyi ilə iş aparmış, obrazın
t
əfəkkür tərzinə, həyatda tutduğu mövqeyə, söyləyəcəyi
fikr
ə, mühit və şəraitə uyğunlaşdıraraq yaradıcılıq labora-
toriyasından keçirmiş və əsərlərində işlətmişdir. Əbül-
Dostları ilə paylaş: |