MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

Az
ərbaycan dili məsələləri 
 
193 
Əsərdə  işlənmiş  ümumişlək sözlər həyat və  məişət 
anlayışlarını ifadə edir. Ona görə də bu sözləri əlamət və 
keyfiyy
ət  bildirən sözlər  (yaxşı,  yaman,  pis,  doğru,  düz, 
böyük, boş, ağ, qara, dolu), geyim və bəzək (düymə, şal, 
papaq, şinel), zaman və məkan (axşam, səhər, gecə, gün-
düz, yer-
göy),  canlılar  (qız,  uşaq,  oğlan,  adam,  heyvan), 
insanın  bədən üzvlərinin  adları  (əl,  ayaq,  baş,,  bel,  qol), 
hal v
ə  hərəkət (bax, get, gəl, qoy) və  s. kimi leksik 
çeşidlərə ayırmaq olar. 
“Dostluq qalası” romanının dilində bütün nitq hissə-
l
ərinə  aid  ümumişlək sözlərə  rast gəlmək olur. Məsələn, 
isim  – 
adam,  ağac,  quş,  dağ,  ev...;  sifət  –  qırmızı,  yaşıl, 
sarı, pis, yaxşı...; say – bir, əlli, çox, az, min...; əvəzlik – o, 
bu, m
ən, sən...; feil – get, gəl, oxu, işlə, danış, gül... və s. 
Lakin burada bir m
əsələni qeyd etmək lazımdır ki, əsərin 
dilind
ə  ayrı-ayrı  nitq  hissələrinə  aid olan sözlərin 
k
əmiyyəti  eyni  deyildir.  Bu  da  qanuni  haldır.  Çünki  nitq  
hiss
ələrinin özlərinin də  işlənmə  xüsusiyyəti və  məna 
çalarlığı yaratmaq baxımından fərqli cəhətləri var. Əsərin 
dilind
ə  miqdar etibarilə  isimlər və  feillər daha çoxdur. 
Bunlardan sonra sif
ətlər, saylar və əvəzliklər gəlir. Maraqlı 
c
əhətdir ki, nitq hissələrinin hər birinə  aid  olan sözlərin 
m
əna və vəzifələrindən asılı olaraq kəmiyyətləri arasında 
da f
ərq vardır. Belə ki, isimlərdən “göz” sözündən, əvəz-
likl
ərdən “bu” sözündən, sifətlərdən  “yaxşı”,  feillərdən 
“baxmaq” v
ə  “görmək” sözlərindən, saylardan “bir” sö-
zünd
ən  əsərin dilindəki  başqa  sözlərə  nisbətən daha çox 
istifad
ə  olunmuşdur.  Dediklərimizi nümunələr  əsasında 
izah ed
ək. “Bu” sözünün başqa əvəzliklərə nisbətən daha 
çox işlənməsinin əsas səbəbi ondan ibarətdir ki, həmin söz 
ümumi 
əvəzedici xüsusiyyətə malikdir. Ona görə də “bu” 
ümumi 
əvəzedici sözlərlə yanaşı işlənə bilir. Məsələn, bu 


Misir S
əfərov 
 
 
194 
tank, bu 
əskər, bu top, bu ağac, bu çəkmə, bu araba, bu su, 
bu nişangah, bu topçu, bu düşmən, bu dəftər, bu söhbət, bu 
fikir, bu s
ərsəmləmə, bu hərəkət və s.  
Romanın  dilində  “yaxşı”  və  “bir” sözlərinin də  çox 
işlənməsi onların müxtəlif üslubi funksional vəzifə daşıya 
bilm
əsi ilə  əlaqədardır.  Belə  ki, bu sözlər  əsərdə  həm öz 
ilk nominal m
ənalarında,  yəni sifət və  say kimi, həm də 
başqa  mənada  işlənir. Nəticədə  əsərin dilində  yüksək 
emosionallıq,  bədii məna  çalarlığı  yaranmış  və  həm də 
ifad
ə  olunan dil mətnində  canlılıq,  xalq  danışıq  dilinə 
yaxınlıq  meydana  çıxmışdır:  -  Gedək mənimlə  rayonları 
g
əzək, istəmirsən,  yaxşı,  evdə  qal, Aslan da o günlər 
bağçaya getməz, onunlıa oynarsan... (II, 5). 
-  Yox, 
əzizim,  qoy  gedim.  İstirahəti Sevastopolda 
el
əsəm yaxşıdır (II, 5);   Orada düşmən  snayperi  otursa, 
bizimkil
ər üçün yaxşı olmaz (II, 4). 
Bütün bu qoxular bir-birin
ə  qarışıb,  gəmidə  yalnız 
müharib
əyə xas olan ağır bir hava yaratmışdı (I, 5); Kəyan 
ona yaxınlaşıb, nəzakətlə sözə başlamaq istərkən, kapitan 
onu saxladı və pıçıltı ilə dedi: - Dayanın, bir... (I, 5). 
Nümun
ələrdə verilmiş “yaxşı” və “bir” sözləri əşya-
nın  əlamətini və  ya  miqdarını  bildirmir,  yəni öz ilkin 
m
ənasında  işlənmir. Həmin sözlərin cümlə  daxilindəki 
rolu  genişlənib ki, bu da yuxarıda  göstərdiyimiz kimi, 
mühüm üslubi rola malikdir. 
Romanın  dilində  “gör”, “bax” ədatları  da  çox  işlən-
mişdir.  Bu  isə  həmin sözlərin məna və  vəzifələri ilə 
bağlıdır.  Həmin sözlər  əsərin  obrazlılığında  da  mühüm 
rola malikdir. Bel
ə ki, bu sözlər özlərinin ilk mənalarında 
işlənmədikdə əsərə xüsusi modallıq gətirir, eyni zamanda 


Az
ərbaycan dili məsələləri 
 
195 
“bax” v
ə “gör” formasında işlənərək surətin nitqində yük-
s
ək ton, hiss-həyəcan doğurur, əsərin dilini obrazlı edir: 
-  Ay gözün
ə dönüm! Bax, belə ha... (II, 7).  Nümu-
n
ədəki “bax” sözü öz ilkin-həqiqi mənasında  işlənmə-
mişdir.  Cümlədə  “bax” sözü ilə  fikir  canlı,  dolğun  və 
emolsional ifad
ə edilmişdir. 
Əsərin işlənmiş “gör” sözü də danışığa yüksək hiss-
h
əyəcan  verir,  ekspressivlik  yaradır,  fikrin  daha  obrazlı 
ifad
ə olunmasına kömək edir. Məsələn, Gör bir sən allah, 
fris nec
ə  “ürəyi  yumşaq”  olub!  (II,  136).    Nümunədəki 
“gör” sözü öz ilk m
ənasında  deyil.  Belə  ki, burada bir 
əşyanı görməkdən söhbət getmir. Burada “gör” sözü fikrin 
obrazlı  ifadə  olunmasına,  ifadənin  emosional  hala  salın-
mas
ına kömək etmişdir.  
M
əlum  olduğu  kimi,  “Bədii  əsərlərin  lüğət tərkibini 
t
əşkil  edən sözlər həm mənaca, həm üslubi münasibətcə 
eyni xarakterli olmur. Mü
əllif tərəfindən  işlədilmiş  eyni 
söz müxt
əlif məqamlarda, müxtəlif xarakterdə, müxtəlif 
üslubi xarakterd
ə ola bilər.  Bunun başlıca səbəbi yazıçının 
t
əsvir etdiyi hadisə,  şəxs,  şərait və  s. ilə  bağlıdır.  Gözəl 
üslubda yazan s
ənətkar ilk növbədə  sözün məna  geniş-
liyini, üslubi r
əngarəngliyini nəzərə  alır,  sözün yerinə 
düşməsi, hadisəyə,  şəraitə  uyğun  mənada işlədilməsi 
yazıçının  diqqət mərkəzində  olur.  Yazıçı  həmişə  üslubi 
profili  saxlamağa,  hətta onu daha dəqiq, daha qüvvətli 
verm
əyə  çalışır.  Sözlərdən belə  dəqiq, düzgün yerində 
istifad
ə  edən  yazıçını  “üslubi  çox  gözəldir” deyə  qiy-
m
ətləndirirlər.  Əksinə, sözlərin üslubi xüsusiyyətlərini 
n
əzərə  almayan, sözləri yerli-yersiz  işlədən,  məna  incə-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə