Az
ərbaycan dili məsələləri
193
Əsərdə işlənmiş ümumişlək sözlər həyat və məişət
anlayışlarını ifadə edir. Ona görə də bu sözləri əlamət və
keyfiyy
ət bildirən sözlər (yaxşı, yaman, pis, doğru, düz,
böyük, boş, ağ, qara, dolu), geyim və bəzək (düymə, şal,
papaq, şinel), zaman və məkan (axşam, səhər, gecə, gün-
düz, yer-
göy), canlılar (qız, uşaq, oğlan, adam, heyvan),
insanın bədən üzvlərinin adları (əl, ayaq, baş,, bel, qol),
hal v
ə hərəkət (bax, get, gəl, qoy) və s. kimi leksik
çeşidlərə ayırmaq olar.
“Dostluq qalası” romanının dilində bütün nitq hissə-
l
ərinə aid ümumişlək sözlərə rast gəlmək olur. Məsələn,
isim –
adam, ağac, quş, dağ, ev...; sifət – qırmızı, yaşıl,
sarı, pis, yaxşı...; say – bir, əlli, çox, az, min...; əvəzlik – o,
bu, m
ən, sən...; feil – get, gəl, oxu, işlə, danış, gül... və s.
Lakin burada bir m
əsələni qeyd etmək lazımdır ki, əsərin
dilind
ə ayrı-ayrı nitq hissələrinə aid olan sözlərin
k
əmiyyəti eyni deyildir. Bu da qanuni haldır. Çünki nitq
hiss
ələrinin özlərinin də işlənmə xüsusiyyəti və məna
çalarlığı yaratmaq baxımından fərqli cəhətləri var. Əsərin
dilind
ə miqdar etibarilə isimlər və feillər daha çoxdur.
Bunlardan sonra sif
ətlər, saylar və əvəzliklər gəlir. Maraqlı
c
əhətdir ki, nitq hissələrinin hər birinə aid olan sözlərin
m
əna və vəzifələrindən asılı olaraq kəmiyyətləri arasında
da f
ərq vardır. Belə ki, isimlərdən “göz” sözündən, əvəz-
likl
ərdən “bu” sözündən, sifətlərdən “yaxşı”, feillərdən
“baxmaq” v
ə “görmək” sözlərindən, saylardan “bir” sö-
zünd
ən əsərin dilindəki başqa sözlərə nisbətən daha çox
istifad
ə olunmuşdur. Dediklərimizi nümunələr əsasında
izah ed
ək. “Bu” sözünün başqa əvəzliklərə nisbətən daha
çox işlənməsinin əsas səbəbi ondan ibarətdir ki, həmin söz
ümumi
əvəzedici xüsusiyyətə malikdir. Ona görə də “bu”
ümumi
əvəzedici sözlərlə yanaşı işlənə bilir. Məsələn, bu
Misir S
əfərov
194
tank, bu
əskər, bu top, bu ağac, bu çəkmə, bu araba, bu su,
bu nişangah, bu topçu, bu düşmən, bu dəftər, bu söhbət, bu
fikir, bu s
ərsəmləmə, bu hərəkət və s.
Romanın dilində “yaxşı” və “bir” sözlərinin də çox
işlənməsi onların müxtəlif üslubi funksional vəzifə daşıya
bilm
əsi ilə əlaqədardır. Belə ki, bu sözlər əsərdə həm öz
ilk nominal m
ənalarında, yəni sifət və say kimi, həm də
başqa mənada işlənir. Nəticədə əsərin dilində yüksək
emosionallıq, bədii məna çalarlığı yaranmış və həm də
ifad
ə olunan dil mətnində canlılıq, xalq danışıq dilinə
yaxınlıq meydana çıxmışdır: - Gedək mənimlə rayonları
g
əzək, istəmirsən, yaxşı, evdə qal, Aslan da o günlər
bağçaya getməz, onunlıa oynarsan... (II, 5).
- Yox,
əzizim, qoy gedim. İstirahəti Sevastopolda
el
əsəm yaxşıdır (II, 5); Orada düşmən snayperi otursa,
bizimkil
ər üçün yaxşı olmaz (II, 4).
Bütün bu qoxular bir-birin
ə qarışıb, gəmidə yalnız
müharib
əyə xas olan ağır bir hava yaratmışdı (I, 5); Kəyan
ona yaxınlaşıb, nəzakətlə sözə başlamaq istərkən, kapitan
onu saxladı və pıçıltı ilə dedi: - Dayanın, bir... (I, 5).
Nümun
ələrdə verilmiş “yaxşı” və “bir” sözləri əşya-
nın əlamətini və ya miqdarını bildirmir, yəni öz ilkin
m
ənasında işlənmir. Həmin sözlərin cümlə daxilindəki
rolu genişlənib ki, bu da yuxarıda göstərdiyimiz kimi,
mühüm üslubi rola malikdir.
Romanın dilində “gör”, “bax” ədatları da çox işlən-
mişdir. Bu isə həmin sözlərin məna və vəzifələri ilə
bağlıdır. Həmin sözlər əsərin obrazlılığında da mühüm
rola malikdir. Bel
ə ki, bu sözlər özlərinin ilk mənalarında
işlənmədikdə əsərə xüsusi modallıq gətirir, eyni zamanda
Az
ərbaycan dili məsələləri
195
“bax” v
ə “gör” formasında işlənərək surətin nitqində yük-
s
ək ton, hiss-həyəcan doğurur, əsərin dilini obrazlı edir:
- Ay gözün
ə dönüm! Bax, belə ha... (II, 7). Nümu-
n
ədəki “bax” sözü öz ilkin-həqiqi mənasında işlənmə-
mişdir. Cümlədə “bax” sözü ilə fikir canlı, dolğun və
emolsional ifad
ə edilmişdir.
Əsərin işlənmiş “gör” sözü də danışığa yüksək hiss-
h
əyəcan verir, ekspressivlik yaradır, fikrin daha obrazlı
ifad
ə olunmasına kömək edir. Məsələn, Gör bir sən allah,
fris nec
ə “ürəyi yumşaq” olub! (II, 136). Nümunədəki
“gör” sözü öz ilk m
ənasında deyil. Belə ki, burada bir
əşyanı görməkdən söhbət getmir. Burada “gör” sözü fikrin
obrazlı ifadə olunmasına, ifadənin emosional hala salın-
mas
ına kömək etmişdir.
M
əlum olduğu kimi, “Bədii əsərlərin lüğət tərkibini
t
əşkil edən sözlər həm mənaca, həm üslubi münasibətcə
eyni xarakterli olmur. Mü
əllif tərəfindən işlədilmiş eyni
söz müxt
əlif məqamlarda, müxtəlif xarakterdə, müxtəlif
üslubi xarakterd
ə ola bilər. Bunun başlıca səbəbi yazıçının
t
əsvir etdiyi hadisə, şəxs, şərait və s. ilə bağlıdır. Gözəl
üslubda yazan s
ənətkar ilk növbədə sözün məna geniş-
liyini, üslubi r
əngarəngliyini nəzərə alır, sözün yerinə
düşməsi, hadisəyə, şəraitə uyğun mənada işlədilməsi
yazıçının diqqət mərkəzində olur. Yazıçı həmişə üslubi
profili saxlamağa, hətta onu daha dəqiq, daha qüvvətli
verm
əyə çalışır. Sözlərdən belə dəqiq, düzgün yerində
istifad
ə edən yazıçını “üslubi çox gözəldir” deyə qiy-
m
ətləndirirlər. Əksinə, sözlərin üslubi xüsusiyyətlərini
n
əzərə almayan, sözləri yerli-yersiz işlədən, məna incə-
Dostları ilə paylaş: |