MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə57/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

Misir S
əfərov 
 
 
196 
likl
ərini  əks etdirə  bilməyən  yazıçının  üslubu  xoşa 
g
əlmir”
26
.  
Bu m
ənada qeyd etməyə  ehtiyac  vardır  ki,  Ə.Əbül-
h
əsən  ümumişlək sözləri  işlədərkən  onun  miqdarı  arxa-
sınca    qaçmamış, məhz sözün məna tutumunu, ifadə 
çalarlığını daim diqqət mərkəzində saxlamışdır. Məzmuun 
il
ə  formanın  vəhdəti, kəmiyyət ilə  keyfiyyətin  uğurlu 
t
ənasübünü qorumaq sənətkarın  həmişə  diqqət hədəfi 
olmuşdur. 
Realist s
ənətkar  əsərdə  işlətdiyi surətlərin  adlarının 
da seçilm
əsinə  xüsusi  fikir  vermişdir.  Romanda  işlənmiş 
K
əyan, Maral, Qara, Sənəm, Çiçək, Məstan və  s. adlar 
sad
ə  və  ümumişlək  milli  adlardır.  Bu  adlar  qədimdən bu 
gün
ə kimi dilimizdə geniş işlənir. Valentina, Luda, Sergey, 
Konstantin, Vladimir v
ə  başqa  adlar  isə  rus  xalqının  ən 
çox yayılmış və qədim insan adlarındandır. Kurt, Vilhelm, 
Ştirner adları da alman xalqı üçün xarakterik adlar hesab 
oluna bil
ər. Müəllif Kəyan adı ilə azərbaycanlı, Sergey adı 
il
ə  rus,  Vilhelm  adı  ilə  alman, Vaxtanq adı  və  Çixladze 
familiyası vasitəsi ilə gürcü koloriti yaratmışdır. 
Əsərdə  yaradılmış  surətlərin    adlarının  bu  qədər 
d
əqiqliklə işlənməsi belə bir faktı sübut edir ki, yazıçı əsəri 
yazark
ən hər bir adın özünün milli mənşəyi və xüsusiyyətə 
malik olduğunu
27
  n
əzərə almışdır. Bu isə əlbəttə, təsadüfi 
deyildir. Bu adlar göst
ərilən  xalqların  dilində  ümumişlək 
olduğu üçün əsərdə ümumxalq ruhunu tipikləşdirir və əks 
                                                 
26
 Az
ərbaycan bədii dilinin üslubiyyatı. “Elm”, Bakı, 1970, səh.59. 
27
 
А.И.Ефимов.  «Стилистика  художественной  речи»  (1957)    adlı 
əsərində  hər bir xüsusi ad və  familiyanın  özünəməxsus milli xüsusiyyətə 
malik olduğunu göstərir. Bax: göstərilən əsər, səh.304.Əlavə məlumat üçün 
bax: Q.H.Mustafayeva. “Az
ərbaycan bədii  ədəbiyyatında  şəxs  adlarının 
üslubi imkanları”. Nam.diss., Bakı, 1980, səh.58. 


Az
ərbaycan dili məsələləri 
 
197 
etdirir.  Dİgər tərəfdən,  adların  belə  dəqiqliklə  seçilməsi 
əsərin dilində  ən gözəl məziyyətin  –  xəlqiliyin  qabarıq 
ifad
əsinə də kömək etmişdir. Bütün bunlar isə sənətkarın 
ümumişlək sözlərdən necə  ustalıqla,  üslubi  məqsədindən 
asılı  olaraq  yerli-yerində  istifadə  etdiyini bir daha 
inandırıcı  faktlarla  təsdiq  edir,  onun  yaradıcılıq  üslubunu 

əyyənləşdirir. 
2. Köhn
əlmiş sözlər. Romanın dilində elə sözlər var 
ki,  h
əmin sözlərin ifadə  etdikləri predmet və  hadisələr 
c
əmiyyətin bu günü haqqında sıradan çıxmışdır. Ona görə 
d
ə belə sözlərin işlənmə dairəsi məhdudlaşmış, dilin aktiv 
fondundan passiv fonduna keçmişdir. Belə sözlərdən bədii 
əsərlərdə  üslubi-tarixi  çalarlıq  yaratmaq  üçün  istifadə 
olunur. Elmi 
ədəbiyyatda belə sözlərə tarixizmlər deyilir. 
B
ədii  əsərin    dilində  tarixizmlərin  işlənməsi  yazıçının 
müraci
ət etdiyi mövzu və təbliğ etdiyi ideya ilə sıx surətdə 
bağlı olur. Ona görə də “bədii əsərlərdə köhnəlmiş sözlərin 
işlədilməsi, arxaizmlər məsələsi təhlil edilərkən həm 
yazıçının yaşadığı dövr və həm də təsvir olunan hadisənin 
hansı  dövrə  aid  olduğu  nəzərdə  tutulmalıdır...  Yazıçı 

əyyən məqsəd üçün həmin  sözləri (tarixizmləri  – 
M.C.) işlətməlidir”
28
.  
Burada konkret olaraq n
ə  nəzərdə  tutulur? Hər 
şeydən əvvəl yazıçının müraciət etdiyi hər hansı bir tarixi 
dövrün  h
əyat gerçəkliyinə  dil  faktında  sadiq  qalması, 
ictimai  psixologiyanı  məhz həmin dövrün dil materia-
lından  bəhrələnərək    ayrı-ayrı  qəhrəmanlarının  şəxsində 
f
ərdiləşdirmək  bacarığı...  Bu  cəhətdən  Əbülhəsən söz 
                                                 
28
 
A.Ə.Aslanov.  Bədii  əsərlərin  lüğət tərkibinin  üslubi  imkanları. 
“Az
ərbaycan bədii dilinin üslubiyyatı (oçerklər)”, Bakı, 1970, səh.62-63. 


Misir S
əfərov 
 
 
198 
seçimin
ə, həqiqətən, nadir bir həssaslıq göstərən ədibləri-
mizd
əndir. 
Romanın  dilində  müxtəlif sahələrə  aid arxaizmlər 
işlədilmişdir. Əsərdə işlənmiş arxaizmləri əsasən aşağıdakı 
kimi sıralamaq olar: 
Köhn
ə üsul-idarə, vəzifə adlarını bildirən sözlər: xan, 
b
əy, mülkədar, koxa, kəndxuda, tacir, podratçı və s. 
M
əişətlə bağlı kənd təsərrüfatına aid alət adları: xış, 
cüt, şanə,  vəl, cəhrə, fərş, xəncər, çuval, xurcun,  qamçı  
v
ə s. 
Geyim adları bildirənlər: arxalıq,  çarıq,  çuxa,  əba 
v
ə s. 
Dinl
ə  bağlı  adlar:  mədrəsə, mollaxana, mövlud 
bayramı, moizə və s. 
N
əqliyyat vasitələrinin  adları:  qazalaq,  taçka, 
adnoşka və s. 
Əsərin dilində  elə  arxaizmlərə  təsadüf olunur ki,  
onlar keçid xarakterlidir, y
əni dilin əsas  lüğət  fondunda 
artıq fəallığını itirib, lakin tam passiv fonda da keçməyib. 
Romanda işlənmiş “firqə” sözü buna misal ola bilər: 
T
ələsik  açıb  qızıl  əsgər  kitabçasına,  firqə  biletinə 
baxıb,  dişini  qıcıdaraq  dedi...  (II,  412).  Bu  söz  yaxın  
zamanlardan arxaikl
əşməyə başlamışdır
29

Romanın  dilində  tarixi kolorit yaratmaq, təsvir olu-
nan dövrün  tarixi xüsusiyy
ətlərini real əks etdirmək üçün 
arxaizml
ərdən istifadə olunmuşdur: 
Bu uzun, isti avqust gününd
ə vəl çubuğu, şana, yaba 
onun 
əlindən düşmədi (III, 244).  Bütün ömrünü muzdur-
luqda  keçir
ən  Canı kişi 1930-cu illərdə qolçomaq  təbli-
ğatına  uyaraq  bir  qədər mal-qaranın  tələfatına  səbəb 
                                                 
29
 Bax: Müasir Az
ərbaycan dili (I c.). Bakı, 1978, səh.229. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə