MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

Misir S
əfərov 
 
 
202 
xalq danışıq dilindən alıb, əsərlərinin dilinə gətirdiyi loru 
söz v
ə  ifadələrin  obrazlılığından,  rəngarəngliyindən, zən-
ginliyind
ən məharətlə istifadə etməsidir. “Dostluq qalası” 
romanının dilində loru sözlər və ifadələr xüsusi bir çeşid 
t
əşkil edir. Müəllif loru sözlər və ifadələr vasitəsilə əsərin 
dilinin  canlı  və  dolğun  çıxmasına,  fikrin  aydın  və  rəvan 
ifad
ə  edilməsinə, milli koloritin  saxlanmasına,  ən  baş-
lıcası,  fərdiləşdirmə  və  tipikləşdirmə, obrazlara səciyyə  
verm
ək kimi bədii tələblərin uğurla qorunub saxlanmasına 
müv
əffəq olmuşdur. Digər tərəfdən loru sözlər və ifadələr 
yüks
ək  obrazlılığa,  emosional  effektə  malik olub, nitqin 
z
ənginləşməsində,  danışığın  təsir qüvvəsinin  artırılma-
sında  da mühüm üslubi əhəmiyyətə malikdir: 
S
əni çox poran görürəm (IV, 252); Toqqanın  altını 
b
ətkitdin,  allahuva  şükür  edə  (IV, 116); -  Zərər yoxdur, 
Qulam, 
ağciyərlikdən, ağsaç olmaq yaxşıdır (I, 182); Özü 
d
ə  köklü-binalı  Sevastopollu  idi  (I,  7);  Səməndərov 
ağzının qanını dəsmalına silə-silə əkildi  (III, 203); Lakin  
bizim  müdafi
ə  mövqelərimizin  başlandığı  yamac  tərəfə 
addadıqda  iş  əngəlləşdi  (II,  326);  İsa  burada  toxtayıb, 
narahatlıqla  arvadı  Güllünü gözdən keçirtdi (I, 168); - 
Çoban, cum vzvod komandirin
ə de ki, vzvodları haqqında 
h
ər saatdan bir mənə  məlumat versinlər (I, 201); Cuma 
özünü  qamarlayan  adamlara t
əpiyi ilə  müqavimət 
göst
ərir, qışqırır, söyür, yoldaşlarını haraylayırdı (I, 318); 
Bu n
ə vaxtacan belə meydan sulayacaq? (I, 53); Mahmud 
şeyləri onun cibinə dürtdü (I, 190) və s.  
Buradakı kefsiz, halsız əvəzinə poran, yemək əvəzinə 
toqqanın  altını  bərkitmək,  qorxaqlıq  əvəzinə  ağciyərlik, 
əsl, xalis əvəzinə  köklü-binalı,  getmək, qaçmaq əvəzinə 
əkilmək, keçmək  əvəzinə  addamaq, çətinləşmək  əvəzinə 


Az
ərbaycan dili məsələləri 
 
203 
əngəlləşmək, dayanmaq əvəzinə  toxtamaq, səsləmək 
əvəzinə  haraylamaq, gəzmək  əvəzinə  meydan sulamaq, 
qoymaq, yerl
əşdirmək  əvəzinə  dürtmək söz və  ifadələri 
loru xarakterlidir. Mü
əllif bu sözlərə  yuxarıda  dediyimiz 
m
əziyyətlərlə əlaqədar olaraq istinad etmişdir. 
Romanda kinay
əli,  etinasızlıq,  saymamazlıq,  uzun-
çuluq v
ə s. psixoloji əhvali-ruhiyyəni, xarakterik cizgiləri 
üz
ə  çıxarmaq  üçün  loru  söz  və  ifadələrdən istifadə 
edi
lmişdir: - Daha füzulluq eləmə, yaxşı... (I, 27); Sən öl, 
Zülfüqar, bu 
əzvayı  sən qəsdən öyrətmisən,  yanına  salıb 
g
ətirmisən (II, 54);  Anar onu gəzdircəmdəyinə o qədər  
döşə   ki,   ağzını  açmağa bir  də tövbə  eləsin  (II, 44);  
-Y
əni deyirsən, mən elə zəvzəyəm (II, 44).  
“Dostluq qa
lası”  romanının  bədii dil nöqteyi-nəzə-
rind
ən  qiymətli, dəyərli cəhətlərindən biri də  yazıçının 
t
əhkiyə  dili ilə  surətlərinin dilinin fərqləndirilməsidir. 
S
ənətkar ən çox ədəbi dilə aid sözlərdən, əsərdəki surətlər 
is
ə  onları  yetirən  şəraitdən, mühitdən asılı  olaraq  canlı 
xalq  danışıq  dili  sözlərindən, o cümlədən loru söz və 
ifad
ələrdən istifadə  edirlər və  beləliklə, surətin nitqində 
canlılıq, təbiilik yaranır: Xalq orada qəhrəmanlıqla canın-
dan keç
əcək,  qanından  keçəcək. Biz də  burada  qarpız-
yemiş  yeyib  dama dönəcəyik  (III, 261);  -  Urrey-bala-
bana 
salıb  qulaq  asmadılar  (II,  56);  Heç  nə,  deyir  axı 
k
ənddə kişi qalmayıb, planı nahaq bu boyda götürürsünüz, 
saldılar  hoydu-hoyduya  (II, 56);  Tez oturun, toqqanın 
altını bərkidin, əl-ayağınıızı sazlayın (I, 52).  
Ayrı-ayrı surətlərin dilində ədəbi dildə olan sözlərin 
canlı  xalq  danışıq  dilindəki sinonimlərindən,  qarşılıqlı 
variantlarından  istifadə  edilmişdir.  Belə  ki,  ədəbi dildə 
olan kök
əlmək,  lağa  qoymaq,  yemək,  hazırlaşmaq  sözlə-
rin
ə  sinonuim olaraq əsərə  yerinə  görə  dama dönmək, 


Misir S
əfərov 
 
 
204 
hoydu-hoyduya salmaq, urrey-
balabana  salmaq,  toqqanın 
altını  bərkitmək,  əl-ayağı  sazlamaq  ifadələri daxil edil-
mişdir. 
Ədəbi dildə  işlənən  sözün  loru  danışıqda  işlədilən 
sinonim  variantından  istifadə  edilməsi nəticəsində  əsərin 
dilind
ə  ümumxalq  danışıq  dilinin  milli  ruhu  güclənmiş, 
fikrin ifad
əsində  rəngarənglik, məcazi  əlvanlıq  yaran-
mışdır.  Maraqlı  cəhətdir ki, müəllif həm  ayrı-ayrı  cüm-
l
ələrdə, həm də eyni cümlədə loru sözlə ədəbi dilə məxsus 
sözün sinonimliyind
ən istifadə etdiyi kimi, digər  tərəfdən 
loru sözl
ərin özlərinin də  sinonimlik cərgələrrini  əsərə 
g
ətirmişdir: 
Qar yağmasına, nəmişliyə baxmayaraq, arxaçantaları 
əllərində  olan  əsgərlər dəstə-dəstə  yığılıb  söhbət edir, 
gülüşürdülər  (II,  12);  İyunun  ortalarında  şəhərin ucqar 
Kızlar məhəlləsində yaşayan Stepanesin bağça qapısından 

əri ahıl  bir arvad daxil oldu (IV, 232); Qəşəm, deyirlər 
yaxşı  tütək  çalırsan,  gəlsənə  bir  mələdəsən  burada (IV, 
110);  Bu  iki  ayda,  baş  leytenant,  yəqin doymusan hə, 
arxadan 
tarçığını almısan (II, 126); - Yatdım, burada, ay 
ana, - deyib c
əhrənin qabağına sərildi (III, 257). 
Nümun
ələrdə  nəmişlik,  ahıl  sözləri müvafiq olaraq 
yaş,  sulu,  qoca  sözləri ilə  sinonimdir. Müəllif təsvirlə, 
obrazlarının xəlqi xarakteri ilə əlaqədar olaraq  loru sözləri 
işlətməyi daha məqsədəuyğun  bilmişdir.  Digər nümunə-
l
ərdə  isə  göründüyü kimi, müəllif təkrara yol verməmək, 
doymaq  – 
tarçığını  almaq,  yatmaq  –  sərilmək  sinonim-
liyind
ən istifadə etmişdir. Bununla da müəllif  əsərin dilinə 
yeni bir t
əravət gətirmiş,  əsərin dilini ümumxalq dilinə 
yaxınlaşdırmış,  romanın  dilinə  incə  xəlqilik  çalarlığı 
vermişdir.  


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə