MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə61/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

Misir S
əfərov 
 
 
208 
Tapdıq  kəndli  oğludur,  yalnız  ibtidai  təhsil  alıb.  O, 
c
əbhədə  gördüklərini,  başına  gələnləri evə  -  ata-anasına 
yux
arıdakı  nümunədə  verilən kimi sadəlövhcəsinə, emo-
sional  bir  ruhda  yazır.  Tapdığın  nitqi  loru,  sadə  danışıq 
sözl
ərindən ibarətdir. Onun nitqindəki  “başına  dönüm”, 
“dünya  qovuşdu,  nə  qovuşdu”,  “göydən dolu kimi top 
güll
ələri tökülür” və s. ifadələr surətin həyat təcrübəsinə, 
savadına  və  onun boya-başa  çatdığı  həyatın  ruhuna 
tamamil
ə  uyğundur  və  onun fərdi səciyyəsinin  yaradıl-
masında mühüm əhəmiyyətə malikdir. 
Qara kişi torpağa bağlı adamdır. Qurmaq, yaratmaq, 
işləmək ona mənəvi qida verir. Yaşının keçməsinə baxma-
yaraq kolxoza r
əhbərlik edir, cəbhəyə kömək edir. Yazıçı 
bu sur
ətin xarakterini açmaq üçün onu da öz təbiətinə və 
h
əyat idealına uyğun özünəməxsus bir dillə danışdırır.  
“Yazıçının  (Ə.Əbülhəsən  –  S.M.) ümumxalq dilin-
d
ən, bədii təsvir vasitələrindən, atalar sözləri və  zərb-
m
əsəllərdən, təşbeh  və  məcazlardan məharətlə  istifadə 
etm
əsi  əsəri  dolğun  və  daha  oxunaqlı  edir.  “Dostluq 
q
alası”nın  dili...  səlis və  rəvandır.  Yazıçı  hər  obrazı  öz 
dilind
ə  danışdırır.  Mədədov,  yaxud  Hacıyev  danışarkən 
oxucu  sanki özünü mühazir
ə salonunda, Ağca qarı danı-
şanda  isə  kəndin  qocaları  arasında  hiss  edir.  Roman, 
ümumiyy
ətlə, maraqla oxunur”
34
.  
G
ətirdiyimiz nümunələrdən  əlavə,  əsərin dilində 
tünlük,  boğazaltı,  sərvaxt, həndəvər,  zıqqanmaq,  hovuna 
çatmaq, dürtülm
ək,  çırtlamaq,  tələf olmaq, zail olmaq, 
ağnavaz, dava etmək, əməlli, qarnını doydurmaq, sərzənim 
                                                 
34
 
Ə.D.Əliyeva.  Ə.Əbülhəsənin  “Dostluq  qalası”  romanı,  nam.diss.  Bakı, 
1970, s
əh.175. 


Az
ərbaycan dili məsələləri 
 
209 
v
ə s. kimi loru söz və ifadələrə də rast gəlmək mümkün-
dür.  
Əsərin dilində  loru  söz və ifadələrdən geniş istifadə 
olunması    onu  göstərir  ki,  Ə.Əbülhəsən xalq  dilindən  – 
elin tük
ənməz söz xəzinəsindən, şifahi xalq dilinin  üslubi 
imkanlarından  bol-bol, həm də  səmərəli surətdə  qidalan-
mışdır. 
Əsərdə işlənmiş loru söz və ifadələr romanın dilində 
n
əinki hər hansı bir bəsitlik, dolaşıqlıq və ya ağırlıq əmələ 
g
ətirir,  əksinə,  əsərdəki epik təhkiyəni daha da çevik və 
plastik edir. Hadis
ə  və  xarakterlərin bədii təqdimatında 
mühüm t
əsvir amili kimi özlərini  büsbütün  doğrulda 
bilirl
ər. 
Vulqar sözl
ər.  “Dostluq  qalası”  romanının  dilində 
yeri g
əldikcə vulqarizmlərə də rast gəlirik. Məlumdur ki,  
vulqarizml
ər cərgəsinə  kobud və  qeyri-ədəbi sözlər 
daxildir.  Əlbəttə, bədii  əsərin estetik təsirini nəzərə  alan 
s
ənətkar bu səpgili  sözlərdən istifadə edərkən son dərəcə 
ehtiyatlı  olmalı,  sözün  daşıdığı  məna ilə  estetik-tərbiyəvi 
t
ələb arasındakı müvazinəti gözləməlidir. 
Ə.Əbülhəsən bu qrup sözləri  yalnız  üslubi   məqam-
dan  asılı  olaraq  “Dostluq  qalası”  romanının  dilinə  dqaxil 
etmişdir. Misallara nəzər salaq: 
- S
ən rədd ol, murdar. – Dursun qəfildən elə çığırdı 
ki, oturanlar dik atıldılar (IV, 65); - Ə, naqqallıq  eləmə, 
sür. – 
Aşna-aşna, çıxırsan ocaq başına ha. Qoduq, sür (III, 
32); Bu gün
ə  qədər yüz əllidən  artıq  düşməni  gəbərtmiş 
starşina Hoy Adamiya cəbhə  snayperlərinin toplanışında 
v
əd etdi ki, bu gündən sonra daha artıq düşmən  qıracaq (I, 
253); Bunun dalınca kolun dalından zil bir  insan böyür-
tüsü 
çıxdı (II, 179). 


Misir S
əfərov 
 
 
210 
Nümun
ələrdə  verilmiş  rədd  ol,  murdar,  naqqallıq 
el
əmə, qoduq, gəbərtmiş, böyürtü sözləri vulqar sözlərdir. 
Bu sözl
ər müəyyən psixoloji ekstaz anlarının ifadəsi, ya da 
obrazın  kobud  mənəvi aləmini açmaq üçün əsərin dilinə 
daxil  edilmişdir.  “Əbülhəsənin dilinin xüsusiyyətlərindən 
biri d
ə quru, passiv dildən uzaqlaşmaq, öz dilində bəlkə də 
vulqar görün
ən sözlərdən cəsarətlə istifadə etməsidir”
35
.  
Ümumiyy
ətlə,  “Dostluq  qalası”  romanının  dilində  
işlənilmiş  vulqarizmləri üslubi xüsusiyyətlərinə  görə 
aşağıdakı şəkildə sıralamaq olar: 
Sur
ətlərin bir-birinə  olan münasibətlərini  –  təhqir 
etm
ək, alçaltmaq, lağa qoymaq və s. bildirmək üçün  söyüş 
xarakterli vulqarizml
ərdən istifadə olunmuşdur. 
-
 
Köp
ək oğlu, gör haradan-hara gəlib, harada zın-
qırov asır (I, 228); Gözünün qorasını sıxma, ləçər, - deyib, 
Dursun iç
əri girdi (IV, 165); Cəlil  ağa  burada  deyərsən 
v
əzifəsini  başa  düşdü.  Qələndəri vurmaq istəyərək, onun 
üstün
ə yeridi: 
-
 
Axmaq  oğlu,  axmaq.  Partizan haradadır?  
Krım-da  partizan nə  gəzir? (II, 241); -  Get,  əclaf...  – 
Q
əmbər hirsindən partlamaq dərəcəsinə  gəlib, dişinin 
dibind
ən gələni ona deyirdi (IV, 32); Nə  vaxtdan sonra 
Genberq Q
ələndərə  tərəf  baxmağa  çalışaraq  mırıldandı 
(II, 242); Gül kimi k
əndi bu ləçər rüsvay elədi: gəzdi 
al
əmi, gəlib axırda pust-pələngini salıb oturdu burada, bizi 
rüsvay el
ədi (IV, 151); Tapdıq  birdən  qulaylanıb  öz 
süngüsünü h
əmin kərtənkələ  geyimli  zabitin  harasına  isə 
ilişdirdi.  Dəmirçilik eləyən Genberqi, bir də  yekəqarın 
                                                 
35
 
Ağamusa  Axundov.  Dilin  estetikası.  “Yazıçı”  nəşriyyatı,  Bakı,  1985, 
s
əh.18. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə