MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə63/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

Misir S
əfərov 
 
 
214 
əsərdə  vulqar söz və ifadələrdən olduqca xəsis, başqa qrup 
sözl
ərlə müqayisədə olduqca az istifadə etmişdir. 
Dialektizml
ər.  Ədəbi dilin, ilk növbədə  bədii dilin 
lüğətinin zənginləşdirilməsində, obrazların fərdiləşdirilmə-
sind
ə və başqa səbəblərə görə bədii əsərlərdə dialekt söz-
l
əri işlənir. 
Ə.Əbülhəsən də  yeri gəldikcə  dialektizmlərdən bəh-
r
ələnmiş,  bədii  dilin  söz  ehtiyatını  bu  mənbə  hesabına 
z
ənginləşdirmişdir.  Lakin  ədəbi dilin qayda-qanunlarını 
gözl
əyən sənətkar bu həqiqətə  qəti  inanmışdır  ki, “bədii 
əsərin dilinə  hər cür dialekt sözünü gətirmək olmaz”
37

“Dialektizml
ər bədii  dilə  yalnız  zəruri üslubi tələbatla 
əlaqədar gətirilməlidir”
38
.  
Ə.Əbülhəsənin “Dostluq qalası” romanının  dilindəki 
dialektizml
əri  müşahidə edərkən aydın olur  ki, o, əsasən, 
şərq  qrupu  şivələrinə  müraciət edərək,  lazımi  dialek-
tizml
əri əsəri üçün əsasən, bu regiondan almışdır. Maraq-
lıdır  ki,  yazıçının  işlətdiyi dialektizmlər,  əsasən, leksik 
xarakterlidir. Yeri g
əlmişkən, onu da qeyd etmək lazımdır 
ki,  “Dostluq  qalası”  romanının  dilində  işlətmiş  dialek-
tizml
ər özünün rəngarəng leksik-semantik və habelə üslu-
bi-poetik imkan v
ə vəzifələrinə görə xüsusi tədqiqat möv-
zusu ola bil
ər. Biz, təbiidir ki, qarşımıza belə bir məqsəd 
qoymamışıq.  Lakin,  bununla  belə, bəzi seçimi və  bədii 
yaradıcılıq  təcrübəsi üçün xarakterik və  maraqlı  ola  bilə-
c
ək məqamlar üzərində  dayanmağa,  bir  neçə  dialektizm 
faktlarının leksik mənşəyinə varmağa ehtiyac vardır. 
Doqqaz – 
qapı: “Qara kişi doqqaz və darvaza qaba-
ğından keçdikcə çardaq altında sağılan heyvanların kəsik-
                                                 
37
 A.Qurbanov. Müasir Az
ərbaycan ədəbi dili, səh.218. 
38
 
T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 1980, səh.156. 


Az
ərbaycan dili məsələləri 
 
215 
k
əsik mələmələri,  südün  şırıltısı  eşidilirdi”  (III, 232). Bu 
söz
ə doqqaz – duqqaz şəklində çəpər, kənd  küçəsi məna-
larında dilimizin dialektlərində rast gəlmək olur
39

Doqqaz sözü şimal-qərb şivələrində evin qabağındakı 
meydança
40
, Quba dialektind
ə  ağacdan  hörülmüş  qapı
41
 
m
ənalarında işlənir. 
Sımsığını  sallamaq  –  küsmək, burnunu sallamaq, 
qaşqabaqlı  oturmaq:  “Sən beləcə  sımsığını  sallayıb  çox 
oturacaqsan?”  (IV, 318). Bu söz Quba
42
  v
ə  Gəncə
43
  dia-
lektl
ərində də eyni mənada işlənir. 
T
əşər – nadinc, qızğın, lovğa. Qonşu kənddə yaman 
t
əşər bir kişi var (IV, 149). 
Bu söz
ə  Şamaxı,  Cəbrayıl,  Salyan,  Quba  dialektlə-
rind
ə eyni mənada rast gəlirik
44
.  
L
ələ - ata, qardaş: Tapdıq lələ gəlib, uşaqlar, Tapdıq 
l
ələ (II, 138). 
L
ələ  sözü  Sabirabad,  İsmayıllı,  Zərdab,  Ağdaş, 
Şamaxı dialektlərində ata, baba, məsləhətçi; Gəncə dialek-
tind
ə isə yetim, kimsəsiz qalmaq mənasında işlənir
45

Quba dialektind
ə  lələ  sözünə  iki mənada:  1.  beşik, 
n
ənni; 2. nökər  –  rast gəlmək  olur:  Dur  uşağı  sal  lələyə, 
quy yatsın; Lələ nügərdü, biz hələ lələ də diyəduğ
46
.  
L
ələ  sözü  “böyük  qardaş”  mənasında  Qarabağ  dia-
lektind
ə də işlənir
47

                                                 
39
 Az
ərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1961, səh.195.  
40
  A.Hüseynov. Az
ərbaycan dili şimal-qərb şivələri lüğəti. V.İ.Lenin adına 
APİ-nin “Elmi əsərləri”, XI seriya, 1964, N 1, səh.90. 
41
 
R.Ə.Rüstəmov. Quba dialekti, Bakı, 1961, səh.241. 
42
 Yen
ə orada, səh.261. 
43
 Az
ərbaycan dilinin dialektoloji lüğəti, səh.364. 
44
 Yen
ə orada, səh380. 
45
 Yen
ə orada, səh.297. 
46
 
R.Ə.Rüstəmov. Quba dialekti, Bakı, 1961, səh.264. 


Misir S
əfərov 
 
 
216 
Başşağ – taxıl biçiləndən sonra sahəyə tökülən sün-
bül: İndi də o, “haydı, başşağa” deyincə, uşaqların hamısı 
bu 
əmrə dərhal əməl etdi (III, 239). 
Bu söz dialektl
ərdə başşax (Ağdam,  Kəlbəcər); baş-
əyax (Qazax)
48
, Quba dialektind
ə  başşağ/başyağ  şəklində 
işlənir
49

Avazımaq – rəngi qaçmaq, saralmaq. 
Lida bu işıqda Mixayılın ona zillənən gözlərinin çox 
m
əhzun  olduğunu,  çöhrəsinin tamam avazıdığını  gördü 
(IV, 200). 
Bu söz G
əncə  dialektində  avazımaq
50
, Quba 
dialektind
ə isə avazımaq/ovazımaq kimi işlənir
51

Güyüm – 
su daşımaq və saxlamaq üçün düzəldilmiş 
mis qab:  “O vaxtdan b
əri axşam çöldən qayıdan ev yiyəsi, 
qoyduğu boş güyümünün, samovarının su ilə dolu oldu-
ğunu görürdü” (III, 14). 
Güyüm  sözü  dilimizin  şimal-qərb  şivələrində
52
  v
ə 
Sabirabad, Salyan, Naxçıvan dialektlərində həmin mənada, 
gügüm, güm şəklində işlənir
53

Gümrah – 
sağlam, qüvvətli: “Onun sinəsindən gələn 
gur,  gümrah  s
əsini  eşidənlər,  bu  adamın  gizli  bir  işi, 
ür
əyində pis bir sirri saxlayacağına inanmırdılar” (II, 43). 
                                                                                                        
47
  A.Hüseynov. Az
ərbaycan  dili şimal-qərb şivələri lüğəti. V.İ.Lenin adına 
APİ-nin “Elmi əsərləri”, XI seriya, 1964, N 2, səh.104. 
48
 Az
ərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1961, səh.61 
49
 
R.Ə.Rüstəmov. Quba dialekti, Bakı, 1961, səh.231. 
50
 Az
ərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1961, səh.15. 
51
 
R.Ə.Rüstəmov. Quba dialekti, Bakı, 1961, səh.227, 257. 
52
  A.Hüseynov. Az
ərbaycan dili şimal-qərb şivələri lüğəti. V.İ.Lenin adına 
APİ-nin “Elmi əsərləri”, XI seriya, 1965, N 2. 
53
 Az
ərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1961, səh.285. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə