MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə60/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

Az
ərbaycan dili məsələləri 
 
205 
“Dostluq  qalası”  romanının  dilində  sadə  danışıq 
dilind
ən  alınmış  feil  və  feili frazeoloji birləşmələr üslubi 
roluna gör
ə  xüsusilə  diqqəti daha çox cəlb  edir. Mənfi 
sur
ətin kobudluğunu, qaba təbiətini vermək, ümumiyyətlə, 
tip  haqqında  tam  təsəvvür yaratmaq üçün sadə  danışıq 
dilinin feill
əri  yazıçıya  olduqca    zəngin material verir. 
Sad
ə danışıq sözləri ədəbi dilin sözləri ilə sinonimlik təşkil 
edir v
ə mənada heç bir dolaşıqlıq əmələ gəlmir: 
S
ən yum, - deyə atası əziz qızına acıqlandı (II, 27); 
S
ən Şəkəri  apardın  harda əkdin,   gəlib çıxmır?   (II, 52); 
-
Yaxşı, yaxşı, a kişi, sən də yuyub sərmə! – deyə Zülfüqar 
boz  şinelinin  cibindən bükülü bir qəzet  çıxarıb,  stolun 
üstün
ə qoydu (II, 46); - Dostum, fikirləş, gör mənnən kəl-
l
ə-kəlləyə  gələ  bilərsənsə, səni  yarışa  çağırım  (II,  40);  - 
İndi  mürgü  aparıb  deyə, məni  zurnaya qoyub  piləyə-
c
əksiniz aləmə?  (III, 9); Yəni sən deyirsən biz ona 
batmarıq?  (II, 62); Bu dəqiqə  zəng  eləyib deyirəm ki, 
X
əlil atını minib  zavodda istədiyi kimi çapır (II, 190); 
Müdafi
ədə  oturursunuz deyə  içinizə  belə  gün  doğub?! 
Dişinizi nə ağardırsınız (IV, 17); Dünyanın iki möhkəm 
qalası  varsa,  biri  Sevastopoldur.  İki  ay  yarımdır  düşmən 
bura k
əllə döyür, ancaq  bata bilmir (I, 170); Deyəsən o, 
ayaq üst
ə  səndələyib, irəli-geri bir-iki  addım  atdı,  sonra 
üzünü arxaya dönd
ərdi və qarın üstə sərildi (I, 157).  
Misallardakı  yummaq,  əkmək, yuyub sərmək, kəllə-
k
əlləyə gələ bilmək, zurnaya qoyub piləmək, batmaq atını 
minib  zavodda ist
ədiyi kimi çapmaq, içinə gün doğmaq, 
dişini  ağartmaq,  kəllə  döymək, bata bilmək, sərilmək 
feill
əri və  feli frazeoloji birləşmələr loru xarakterlidir. 
M
əcazi mənaya malik həmin feillər dili ifadəli və obrazlı 
edir. Ona h
əyati və  təbii  bir  şirinlik gətirir. Bu cür  
feill
ərdən sənətkarın  istifadə  etməsində  əsas məqsəd 


Misir S
əfərov 
 
 
206 
müxt
əlif  ekspressiv mənalar yaratmaq, kinayə, istehza, 
lağa qoymaq və s. bu kimi psixoloji təfərrüatı daha dəqiq-
likl
ə  vermək  olmuşdur.  “Ə.Əbülhəsənin bədii dili hər 
şeydən  əvvəl, ümumxalq dilinin zəngin  xəzinəsi ilə 
möhk
əm bağlıdır. Burada zahiri effekt naminə quraşdırıl-
mış təmtaraqlı ifadələr, süni pafoslu cümlələr demək olar 
ki,  yoxdur.  Yazıçının  dilindəki konkretlik, az sözlə  geniş  
fikir ifad
ə  etmək meyli xüsusilə  qüvvətlidir. Bu cəhət 
“Dostluq qalası” romanında daha müvəffəqiyyətlidir”
32
.  
M
əlumdur ki,  danışıq dili və bu dilin çevik qatı olan 
loru dil, 
əsasən,  dialoqlarda  işlənir. Bu zaman surətlərin 
danışığı  üçün  loru  xarakterli  sözlər  işlənməsi, xüsusilə 
s
əciyyəvi olur. Bu sözlər isə  surətin  dünyagörüşünün, 
düşüncəsinin, həyati hadisələrinə  baxışının  müəyyənləş-
m
əsində həlledici dil amillərindəndir: 
-  Deyir
əm, Qəşəm, Ameika biclik eləyib  bizi aldat-
mır ki? Dana əti adına bizə donuz əti sırımır ki? 
- Heç el
ə də şey olar? – Qəşəm buna qəti etiraz etdi. – 
Bağlaşması var (IV, 111). 
Yuxarıdakı  parçalarda  surətlərin  nitqindıə  satmaq 
əvəzinə sırımaq sözü işlədilmişdir ki, bu da məhz yuxarıda 
dediyimiz m
əziyyətlərin gerçəkləşməsi  üçün  lazım 
olmuşdur. 
Loru söz v
ə  ifadələr surətin fərdi nitqini yaratmaq
çoxc
əhətli  xarakterini  aydınlaşdırmaq,  onun  mənfi və 
müsb
ət psixoloji keyfiyyətlərini verə  bilmək üçün də 
mühüm üslubi imkanlara v
ə əhəmiyyətə malikdir: 

(Tapdıq): Mən cəbhəyə gələndə  özümə söz vermiş-
dim ki, g
ərək qorxmayam. Atalar deyiblər  axı,  ölmək-
                                                 
32
  T.M.Müt
əllimov.  “Ə.Əbülhəsənin bədii nəsri”.  Nam.diss.,  Bakı,  1963, 
s
əh.196. 


Az
ərbaycan dili məsələləri 
 
207 
ölm
əkdir,  xırıldamaq  nə  deməkdir. Bəli,  başına  dönüm, 
dünya n
ə  qovuşdu,  nə  qovuşdu...  Biz  atırıq,  onlar  atırlar, 
onlar  atırlar,  biz  atırıq.  Göydən dolu kimi top gülləsi  
tökülür. Partapartdan qulaq tutulur. Tüstüd
ən  göz  qaralır. 
Yer el
ə silkələnir, elə silkələnir ki, deyirsən yerin altındakı 
ata-
babanın dediyi qızıl öküz soncuqlayır, qiyamət qopur... 
Top güll
əsinin  qabağında  səngərə  girən  kim,  çuxura,  daş 
dalına soxulan kim, qazmada gizlənən kim... Amma mən... 
eynim
ə gəlmədi. Top güllələri gəl-dikcə  başımı əyirdim, 
vızıltı ilə keçib o yan, bu yana düşürdü, partlayırdı, tüküm 
d
ə tərpənmirdi, dayanıb fit çalırdım (II, 24-25). 

(Qara  kişi):  İstəyirəm  ki,  bir  zavodda  danışım  ki, 
bizim işdən çıxmış quyuları düzəltsin, xarab su nasoslarını 
işə  salsın.  Yoxsa,  biz  bostan  üçün,  yazlıq  əkin üçün 
ayırdığımız sahəyə su çatdıra bilməyəcəyik. Görün biz bu 
il n
ə  qədər təzə  sahə  əkmək fikrindəyik. Bunlara su 
çatdırmaq  üçün  gərək  işdən  düşmüş  quyular  təmir olun-
sun, t
əzə  nasoslar qoyulsun. Bax, bunda gərək sizin bizə 
əməli köməyiniz dəyə (II, 34). 
Bu  nitq  parçaları  onları  söyləyən surətlərin müxtəlif 
dünyagörüşə  malik  olduğunu  yaxşı  səciyyələndirir. 
Onların  xarakterindəki rəngarənglik burada, hər  şeydən 
əvvəl, surətlərin nitqləri ilə müəyyənləşir. 
“Dild
ə  surətləri fərdiləşdirmək, hər tipi öz xüsusiy-
y
ətinə  uyğun  danışdırmaq  və  detallardan, xarakteristika-
lardan  yerind
ə  istifadə  etmək    Əbülhəsənin  yaradıcılığı 
üçün s
əciyyəvidir.  Onun  yaratdığı  surətin hər biri öz 
xarakteri, danışığı, ədası, psixologiyası ilə seçilir”
33

                                                 
33
  Qulu X
əlilov. Azərbaycan  romanının  inkişafd  tarixindən.”Elm” nəşriy-
yatı, Bakı, 1973, səh.279. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə