MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

Az
ərbaycan dili məsələləri 
 
199 
olmuşdu  (II,  37);  Kəndxudanın  verdiyi  şəhadət ona bəs 
ed
ərdi (I, 272);  Bu, həmişə Tapdığın cütə qoşduğu, özünə 
öyr
ətdiyi    “Alagöz”  adlı  qəşəng bir öküz idi (III, 244); 
Tapdıq vəl  sürən  balaca qızın yıxılacağından ehtiyat edə-
r
ək, dərhal onu vəldən  düşürtdü  və  özü  vələ  mindi (III, 
244). 
Yazıçı  vəl  çubuğu,  şana,  muzdurluq, qolçomaq, 
k
əndxuda, cüt, vəl  sözlərindən istifadə  etməklə  təsvir 
etdiyi dövrün tarixi koloritini ver
ə  bilmişdir.  Digər tərəf-
d
ən   bunu da qeyd edək ki, 30-cu və  40-cı  illərdə  indi 
artıq  arxaikləşmiş  həmin söz və  ifadələr kütləvi və  anla-
şıqlı    söz,  ifadə  idilər.  Əsərdəki qəhrəmanların  bir çoxu 
inqilabdan 
əvvəl doğulmuş, kustar əmək alətlərini, ənənəvi 
k
ənd təsərrüfatı  vasitələrini bilavasitə  görmüş  və  görür-
dül
ər. Deməli, arxaizmlər  yazıçıya  müəyyən üslubi məq-
s
ədlər üçün, ictimai-həyati dəqiqlik naminə  lazım  olmuş-
dur. T.Əfəndiyeva “Azərbaycan dilinin leksik üslubiyyatı” 
adlı  əsərində  arxaizmlərin üslubi rolundan bəhs edərək 
yazır: “Bədii yaradıcılıqda arxaik sözlərin istifadəsində də 
tarixilik prinsipini 
əsas meyar  olmalıdır.  Çünki  əgər 
M.F.Axundov, 
Ə.Haqverdiyev, N.B.Vəzirov və  bu  kimi 
yazıçıların  əsərlərində  təsadüf edilən  bir  sıra  sözlər dilin 
müasir v
əziyyəti üçün arxaik hesab edilirsə, yazıldığı dövr 
üçün  bunlar  işlək sözlər  olmuşdur...  Onu  da  qeyd  etmə-
liyik ki, bu sözl
ər o dövr üçün heç bir bədii-üslubi məqsəd 
daşımır:  real  varlığın  təsviri və  təqdiri  üçün  işlənmişdir. 
Lakin müasir dövrümüzd
ə  bunlar bədii  yaradıcılıqda 
yalnız müəyyən üslubi tələbatla bağlı işlədilir”
30

Romanda sur
ətin nitqini fərdiləşdirmək üçün arxa-
izml
ərin üslubi imkanlarından geniş istifadə edilib: 
                                                 
30
 
T.Əfəndiyeva. Göstərilən əsəri, səh.234. 


Misir S
əfərov 
 
 
200 
Bir gün  bizi buraxdılar ki, mövlud bayramıdır (III, 
112); 
Qabaqca  ged  arvadına  öyüd  ver,  sonra  gəl burda 
monz
ə elə! (III, 113); - Adə, elə ki, aylığı  verdilər, baxaq 
gör
ək bir günün əvəzinə, düz üçcə  günün  muzdunu 
k
əsiblər (III, 113). 
İsa kişinin nitqində işlənmiş mövlud bayramı, moizə, 
aylıq, muzd, xozeyin, taçka kimi arxaizmlər onun nitqinə 
f
ərdi  çalar  vermiş,  surətin  yaşlı  nəslə  mənsub  olduğunu 
aydınlaşdırmışdır. Maraqlı cəhət burasıdır ki, yazıçı arxa-
izml
ərdən təkrara yol verməmək  üçün də  istifadə  etmiş, 
m
əsələn, maaş sözünə sinonim olaraq yuxarıdakı nümunə-
l
ərdə aylıq, muzd və pul sözünü işlətmişdir ki, bu da məhz 
dediyimiz m
əqsəddən irəli gəlir. 
Əsərin dilində  işlənmiş  arxaik  sözlər qüvvətli eks-
pressiv vasit
ə  kimi də  mühüm  üslubi  funksiya  daşıyırlar. 
Xüsusil
ə dini anlayış bildirən arxaizmlər güclü ekspressiv-
emosional qüvv
əyə malikdir. Yazıçı bu sözlərdən istifadə 
etm
əklə  surətin  psixologiyasını,  fikrini,  arzusunu,  hiss  və 
h
əyəcanını daha mənalı, obrazlı ifadə edə bilmişdir: 
Onların əvəzində mədrəsələri, mollaxananı, hücrə-
l
əri işə salmaq  gərəkdir (I, 35); Sən özün saxla, ya rəbbi! 
(III, 124). O, ömründ
ə mövhumatın, xurafatın, imamın, 
övlyanın  və  nəzir-niyazın  nə  olduğunu  bilməmişdi  (II, 
424).  
Nitqd
ə  yumor,  gülüş,  zarafat  çalarlıqları  yaratmaq 
m
əqsədilə də arxaik sözlərdən istifadə edilmişdir: 
-  B
əli, hökmən, sizdən də Kəyana bir xalvar salam-
dua aparıram (III, 273); Görəsən, sabah üzünüzə  rübənd 
tutub g
əlməyəcəksiniz ki? (I, II). 
Nümun
ələrdə  verilmiş  xalvar  və  rübənd arxaizmlə-
rinin  işlədilməsində  məqsəd  yumor  yaratmaq  olmuşdur. 


Az
ərbaycan dili məsələləri 
 
201 
Bel
ə  ki, həmin sözlər vasitəsilə  dinləyən və  danışan  ara-
sında  söhbətin bir növ  zarafat tərzində  getdiyi məlum 
olur. 
Sur
ətin geyimi, hərəkəti, təsvir olunan obyektin 
h
ərtərəfli və  təbii verilməsi  üçün arxaizmlərdən istifadə 
edilmişdir. Bunun nəticəsində də dilin qayəsi oxucuya tam 
dolğunluğu ilə çatdırıla bilmişdir: 
Axır aylara kimi Həmid dayının həmişə başına rəngi 
v
ə  ulduzu  çoxdan  solub  bozarmış  kommunarka  qoyan, 
əyninə  yamaqlı  uzun  çuxa,  ayağına  çarıq  geyərək,  əlinə 
toxmalı  nazik  ağac  götürüb,  qara  meşin  çantası  çiynində 
dörd para k
əndin poçtunu paylayan görmək olardı (II, 21); 
Kotanla, 
xışla, lap bax bu dırnağımla, dişimlə, nə cür olsa 
planı  dolduracağam  (II,  35);  Bu,  təkpəncərəli,  naxçalı, 
bu
xarılı, keçə ilə döşənmiş yığcam bir otaq idi (I, 270). 
Faktlar göst
ərir  ki,  Ə.Əbülhəsən  romanın  dilində  
arxaizml
ərdən,  onların  üslubi  rolundan  məqsədli  şəkildə, 
üslubi t
ələbdən  asılı  olaraq  zəruri dil vahidləri  kimi  
istifad
ə etmişdir. Prof.Ə.Dəmirçizadə “Azərbaycan  dilinin 
üslubiyyatı”  adlı  əsərində  arxaizmlərin  üslubi rolundan 
danışarkən yazır: “Bədii üslubda keçmiş dövr adamlarının 
yaşayış  və  düşüncə  tərzini təsvir edən  roman, poema, 
pyes, hekay
ə  və  s. bədii  əsərlərdə  tarixi  mühiti, məişət 
t
ərzini, əxlaq qaydalarını və daha bir sıra  dövri çalarlıqları 
real, d
əqiq, həm də canlı əks etdirmək üçün arxaiksözlər
müasir oxucular t
ərəfindən çətin  anlaşılmasına  baxma-
yaraq, 
ən  əlverişli  üslubi  vasitələrdən  sayılır...  və  hətta 
bel
ə sözlərdən istifadəsiz keçinmək də olmaz”
31
.  
Loru söz v
ə  ifadələr.  Ə.Əbülhəsənin fərdi  nasir  
üslubunu mü
əyyənləşdirən məziyyətlərdən biri onun canlı 
                                                 
31
 
Ə.Dəmirçizadə. Göstərilən əsəri, səh.103. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə