MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə54/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

Az
ərbaycan dili məsələləri 
 
187 
anda  saçı  ağarmış,  həniri  batmışdı  (I  kitab,  3-cü nəşr, 
s
əh.275). 
Nümun
ədən  “qocalmış”  sözü  əsərin  sonrakı  çapında  
çıxarılmışdır.  Əsərin  birinci  variantında  bu  söz    yerində  
işlənməmişdir. Məlum olduğu üzrə, “qocalmış” sözü  insa-
nın  yaş  etibarilə  artdığını,  böyüdüyünü  bildirən ifadədir. 
Burada is
ə  söhbət  Mixaylın  böyük  oğlunun  yaşa  dolma-
sından  yox,  böyük  müsibət  qarşısında  onun  saçının  qəfil 
ağarmasından gedir. Göründüyü kimi, “qocalmış” sözünün 
ilk variantda işlənməsi fikirdə qismən anlaşılmazlıq, qeyri-
d
əqiqlik yaradır. Buna görə də müəllif əsərin dili üzərində 
işləyərkən həmin sözü atmış və beləliklə, məna dəqiqliyinə 
nail olmuşdur. 
Ə.Əbülhəsən əsərin dili üzərində işləyərkən surətlərin 
xarakterin
ə uyğun olmayan və qismən kobud sayıla bilən  
sözl
ərdən  əsəri maksimum təmizləməyə  çalışmışdır.  Ona  
gör
ə  də  əsərin  ilk  variantında  rastlaşdığımız  bu  tipli  söz-
l
ərə sonrakı nəşrlərdə rast gəlmirik. Məsələn: 
O, i
şindən  ayrılıb  nahaqdan  avaralanmağa  məcbur 
edil
ən yaxşı, işgüzar təsərrüfatçı kimi şikayətlənirdi: deyir-
di ki, bizd
ən  başqa  da  ruslardan,  ermənilərdən, ukrayna-
lılardan, tatarlardan o qədər qəhrəmanlar var ki. Hə onları 
c
əbhədən ayırırlar, nə sirk ayısı kimi küçəbəküçə gəzdi-
rirl
ər, nə  yubileyi olan artist kimi o yan, bu yana çəkib 
kostyum tikdirirl
ər, nə  hədiyyə  verirlər  (Əlyazmasında, 
1967, s
əh.324)
24
;  O,  işindən  ayrılıb  nahaqdan  avaralan-
mağa  məcbur edilən  yaxşı,  işgüzar  təsərrüfatçı  kimi 
şikayətlənirdi: deyirdi ki, bizdən başqa da ruslardan, ermə-
nil
ərdən, ukraynalılardan, tatarlardan o qədər qəhrəmanlar 
var ki. H
ə onları cəbhədən ayırırlar, nə  yubileyi olan artist 
                                                 
24
 
Əsərin əlyazmasının bir hissəsi yazıçının şəxsi arxivindədir. 


Misir S
əfərov 
 
 
188 
kimi o yan, bu yana ç
əkib kostyum tikdirirlər, nə hədiyyə 
verirl
ər... (4-cü kitab, səh.315-316). 
Lakin K
əyan siçovul kimi yenə  torpağa  girəcək, 
sabah da, birisi gün d
ə... Kim bilir, daha nə qədər bu rütu-
b
ətli torpaqda yaşayacaqdı (I kitab, I nəşr, səh.274); Lakin 
K
əyan yenə torpağa girəcək, sabah da, birisi gün də... Kim 
bilir, daha n
ə qədər bu rütubətli torpaqda yaşayacaq idi... 
(I kitab, 3-cü n
əşr, səh.222). 
Sovet İttifaqı Qəhrəmanı Şirin Cəfərovun danışığında 
işlənmiş  “nə  sirk ayısı  kimi  küçəbəküçə  gəzdirirlər” ifa-
d
əsi  ikinci  variantda  ixtisar  edilmişdir.  Bu  ifadə  surətin 
xarakterin
ə və nitqinə uyğun olmadığı kimi əsərin dilini də 
kobudlaşdırır. Buna görə də əsərin ikinci variantında  hə-
min ifad
ə  atılmışdır.  “Siçovul  kimi”  ifadəsi də  məhz 
yuxarıda dediyimiz fikirlə əlaqədar dilin estetik tələbindən 
ir
əli gələrək ikinci variantda ixtisar edilmişdir. 
Bel
əliklə, əsərin  mətnindən artıq söz, ifadə və cüm-
l
ələri  çıxarmaqda  yazıçının  əsas məqsədi  əsərin dilini 
sad
ələşdirmək, cilalamaq  və  daha da lokonik etməkdən 
ibar
ət olmuşdur. 
Bura q
ədər deyilənlərdən  aydın  olur  ki,  Əbülhəsən  
“Dostluq  qalası”  romanının  bədii kəyfiyyətini  artırmaq, 
dild
ə  yığcamlıq,  ahəngdarlıq,  axıcılıq  yaratmaq  üçün 
dilimizin  imkanlarından  geniş  istifadə  etmiş,  əsərin dili 
üz
ərində inadla və ardıcıl olaraq işləmişdir. Hər  sözü, hər 
ifad
əni yerli-yerində,  düzgün  işlətməyə  can  atmışdır. 
Ə.Əbülhəsən yersiz sözdən, fikrin ifadəsini  ağırlaşdıran 
t
ərkib və  cümlələrdən  bacardıqca  qaçmağa  çalışmışdır. 


Az
ərbaycan dili məsələləri 
 
189 
Yazıçı bilmişdir ki, “ehtiyatsız deyilmiş söz hikmətli nitqə 
daxil olduqda onun m
ənasını korlayıb məhv edə bilər”
24

 
 
“DOSTLUQ QALASI” ROMANININ 
 SÖZ-
LÜĞƏT TƏRKİBİ 
 
M
əlum olduğu  kimi,  bədii əsərlər ümumxalq dilinin 
v
ə  bu dil üzərində  təşəkkül  tapmış  ədəbi dilin söz  ehti-
yatını özündə toplayan mühüm və əsas mənbədir. Təsadüfi  
deyildir ki, söz z
ənginliyi,  sözün üslubi-funksional  
imkanlarından  ustalıqla  və  maksimum istifadə  bir  qayda  
olaraq böyük s
ənətkarları  fərqləndirən səciyyəvi  əlamət  
kimi q
əbul edilir. Burada, təbii ki, sözün yalnız kəmiyyət 
z
ənginliyi nəzərdə  tutulmur (hərçənd ki, bu da vacib 
şərtlərdəndir), hər  şeydən  əvvəl, onun məna  zənginliyi,  
m
əqam müxtəlifliyi, sözün daxili məzmununun  bütün  
gücü v
ə  qüdrəti ilə  aşkarlana  bilməsi nəzərdə  tutulur. 
“Hansı    yazıçının  üslubu mükəmməldir,  yaxşıdır  sualına 
q
əti  cavab vermək çətindir, lakin ümumi bir meyar vardır 
ki, bu da qısa və mənalı yazmaq, təsvirlərdə tam, düzgün 
v
ə  səhih bədii mənzərələr və surətlər yaratmaq, fikri sadə  
v
ə aydın ifadə etmək, şəxsiyyətləri  təsvir edərkən hər bir  
xasiyy
ətə uyğun dil tapmaq, jarqondan, az anlaşılan  mə-
h
əlli sözlərdən qaçmaq, ümumi Azərbaycan  ədəbi  dili 
dair
əsində hərəkət etmək... Xülasə, elə yazmaq ki, oxumaq 
asan v
ə xoş olsun”
25
.  
                                                 
24
  M.B.M
əmmədov. N.Nərimanov nəsr  əsərlərinin dili üzərində  necə  işlə-
mişdir.   V.İ.Lenin adına APİ-nin “Elmi əsərləri”, XI seriya, 1964, N 5, səh. 
112. 
25
 
M.Arif. Ədəbi tənqidi məqalələr. Azərnəşr, 1958, səh. 216. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə