MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə55/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

Misir S
əfərov 
 
 
190 
Göründüyü kimi, söz b
ədii üslub müəyyənliyinin 
h
əlledici  şərtlərdən biri kimi səciyyələnmişdir.  Təsadüfi 
deyildir ki, b
ədii  əsərlərin dilinin leksik tərkibinin, söz 
fondunun t
əsnif edilməsində  semantik  üslubi prinsip ən 
s
əmərəli və elmi təhlil üçün ən perspektivli prinsip hesab 
olunur. Bu c
əhətdən, təbii ki, ən mötəbər mənbə və qaynaq 
kimi yen
ə  müqtədir sənətkarların  yaradıcılığı,  onların  dil 
il
ə işləmək təcrübəsi əsas götürülür. Bu cəhətdən “Dostluq 
qalası” romanının söz-lüğət tərkibi  də tədqiqat və araşdır-
ma üçün z
əngin material verir.         
Ə.Əbülhəsənun  “Dostluq  qalası”  romanının  dili 
z
əngin və  rəngarəngdir.  Romanın  dilində  işlənmiş  sözlər 
ist
ər məna, istərsə  də  üslubi roluna görə  son dərəcə 
maraqlı  xüsusiyyətlərə  malikdir.  Əsərin dili, hər  şeydən 
əvvəl, xəlqiliyi, realizmi, bu dilin lüğət tərkibində əsas yer 
tutan  canlı  xalq  danışıq  dili  sözləri ilə  diqqəti  cəlb edir. 
Q
ələminə son dərəcə məsuliyyətlə yanaşan  ədin “Dostluq 
qalası” romanında təsvir olunan  hadisələri inandırıcı ver-
m
ək, hər bir surətin nitqi ilə  onun  xarakterini boya-boy 
s
əciyyələndirmək üçün dilin bütün imkan və  zənginlik-
l
ərindən geniş və yaradıcı istifadə etmişdir. Romanın dili-
nin  söz  baxımından  təhlili müharibə  dövrü dilin  leksik 
xüsusiyy
ətlərini öyrənmək üçün  son dərəcə dəyərli faktlar 
verir. Yazıçı üslubu məqsədindən  asılı olaraq ümumişlək 
sözl
ərdən, məişət sözlərindən, şivə sözlərindən, köhnəlmiş 
sözl
ərdən və s. yerli-yerində  və səmərəli istifadə etmişdir. 
Bütün bunları nəzərə alaraq biz də “Dostluq qalası” roma-
nının  dilinin  söz  tərkibini  aşağıdakı  təsnifat prinsipi üzrə 
n
əzərdən keçirməyi məqsədəmüvafiq hesab etdik: 


Az
ərbaycan dili məsələləri 
 
191 
1.  Ümumişlək sözlər. 2. Dialektizmlər. 3. Arxaik 
sözl
ər.  4. Loru sözlər və  ifadələr.  5. Vulqar sözlər.  
6.Terminl
ər.  
1. Ümumişlək  sözlər. Ümumişlək sözlər ədəbi-bədii 
dilin kütl
əvi materilını, əsas fondunu təşkil edən sözlərdir. 
Bu qrupa aid olan sözl
ər    dilin  lüğət tərkibinin  canını, 
öz
əyini təşkil  edir.  Ümumişlək sözlər dilin bütün üslub-
larına xas olan ən çevik  və fəal söz qrupudur. Ümumişlək 
sözl
ər hər  hansı  bir  əsərin  yaradılmasında  əvəzedilməz 
m
aterialdır. Yazıçılar belə sözlərdən  bol-bol istifadə edir-
l
ər. Hər hansı bir əsərin xəlqiliyi, realizmi, tipikliyi, həya-
tiliyi v
ə  s.  onda  işlənmiş  ümumişlək  sözlərin  miqdarı, 
xarakteri v
ə  işlənmə  dərəcəsi ilə  üzvi surətdə  bağlıdır. 
Buna gör
ədir ki, bütün bədii  əsərlər əsasən, bu qrup sözlər 
üz
ərində qurulur.  
Öz 
əsərlərini  geniş  oxucu  kütlələri üçün yazan, 
onların mənəvi-intellektual, əxlaqi-etik tərbiyəsinə xidmət 
ed
ən,  dünyagörüşlərinin  genişlənməsinə  çalışan    sənət-
karlar ümumişlək sözlərin üslubi üstünlüklərindən, seman-
tik m
əna çalarlarından çox tez-tez faydalanmışlar. 
“Dostluq  qalası”  romanını  oxunaqlı  edən,  onu oxu-
cuların  sevimli  əsərinə  çevirən də  məhz  əsərin dilində 
ümumişlək sözlərin  sıx-sıx  işlənməsidir.  Əsərin dilində 
işlənmiş  sözlərin çox hissəsini  ümumişlək sözlər təşkil 
edir. Romanın dilində işlənən ümumişlək  sözlər müxtəlif  
üslubi v
əzifə daşıyır. Yazıçı təsvir etdiyi hadisəni, əhvalatı 
oxucuya  daha  aydın  çatdırmaqdan  ötrü,  surətin  hansı 
t
əbəqəyə  mənsub  olduğunu  bildirmək üçün, onun  peşə-
sini, düşüncəsini, dünyagörüşünü, bir sözlə, ictimai xarak-
terini  aydınlaşdırmaqdan  ötrü  təsvir olunan hadisəyə, 
sur
ətin xarakterinə  uyğun  sözlər  axtarmışdır.  Nəticədə 
əsərdəki hadisə, əhvalat, insan psixologiyası ətraflı, aydın 


Misir S
əfərov 
 
 
192 
v
ə dolğun surətdə əks olunmuşdur. Bu hal həm müəllifin 
t
əhkiyəsində, həm də surətlərin nitqində özünü aşkar gös-
t
ərir. Bunun nəticəsidir ki, təsvir    edilən hadisələr, yara-
dılan surətlər aydın, təbii və həyati bir səciyyə kəsb etmiş-
l
ər. Tapdıq kolxozçu oğludur – zəhmətkeşdir. O, cəbhədə 
vuruşa-vuruşa  kolxozu-kəndi  düşünür,  əkib-biçmək, 
qurub-yaratmaq üçün burnunun ucu göyn
əyir.  Yazıçı 
sur
ətin daxili aləmini  açmaq,  onun  hansı  hisslərlə 
yaşadığını  bildirmək  üçün  ümumişlək sözlərdən sənət-
karlıqla və yerində istifadə etmişdir: 
“  –  M
ən    iş  adamıyam,  Səlim.  Bikarlıqdan  bağrım 
çatlayır. Mən davanı tez qurtarmaq istəyirəm ki, kolxoza, 
işimə  qayıdım...  İndi  kolxozda  şumun  şirin  vaxtıdır. 
S
əlim! Səhər  alaqaranlıqdan  durardım.  Mən  təkdənbir 
evd
ə əl-üzümü yuyardım. Buzlu sudan xoşum gəlir. Çıxıb 
h
əyətin qabağından axan arxın  yüngülcə  buzunu sındırıb, 
əl-üzümü yuyardım. O yanda traktor tırıldayır, bəridə onun 
s
əsinə  xoruz  banı  qarışır,  kolxoz  həyətində  cüt  qoşan 
briqada üzvl
ərinin hənirtisi kəndi bürüyür. Çöldən elə 
yaxşı  iy  gəlir ki, bilmirsən  bu  şaxta  iyidirmi,  yoxsa  ki, 
bahar  yaxınlaşır... Nə  xoş günlərimiz  vardı,  Səlim! Bikar  
oturanda kolxoz heç  yadımdan çıxmır, gözümdən getmir, 
az qalır bağrım çatlasın!” (II, 104-105). 
Göründüyü kimi, Tapdığın nitqi, əsasən,  ümumişlək 
v
ə  kütləvi sözlərdən ibarətdir və  bu sözlər onun zəhmət 
adamı  olduğuna  artıq  birbaşa  işarədir.  Parçadakı  “iş”, 
“kolxoz”,  “şum”,  “traktor”  və  s. sözlər öz əsas məna-
larında  işlənərək surətin  zəhmətkeş  təbəqəyə  mənsub 
olduğunu, kolxozçu və kənd əməkçisi ailəsindən çıxdığını 
a
ydın göstərir. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə