MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

Misir S
əfərov 
 
 
184 
bilmiş,  hadisələrin cərəyan  etdiyi  yeri,  vaxtı  düzgün 
göst
ərməyə çalışmışdır: 
Sevastopolu K
əyan  Hacıyev  39-cu  ilin  yayında 
görmüşdü  (I  kitab,  I  nəşr,  səh.7);  -  Kəyan  Hacıyev 
Sevastopolu  1939-
cu  ilin  yayında,  Moskvadan  Kənd 
T
əsərrüfatı sərgisindən qayıdan başı görmüşdü (I kitab, 
3-cü n
əşr, səh.7). 
Mahmudun,  Əlinin  sağ-salamat  partizanlıq  elədiklə-
rini ona x
əbər verdi (“Azərbaycan” jur., 1967, N 8, 
s
əh.14);  Mahmudun,  Əlinin  sağ-salamat  Sevastopolda 
partizanlıq  elədiklərini ona xəbər verdi (4-cü kitab, 
s
əh.325). 
Müqayis
əli təhlil göstərir ki, əsərin mətninə sonradan 
əlavə edilmiş söz və ifadələrin köməyi ilə hadisənin vaxtı 
v
ə  məkanı,  birinci  variantdan  fərqli olaraq, dəqiq göstə-
rilmişdir. 
Bel
əliklə,  müşahidələr sübut edir ki,  müəllifin  əsər 
üz
ərindəki, bir qayda olaraq, bədii məzmunun bütöv, 
bitkin v
ə  mükəmməl  inikasına  nail  olmaq  istiqamətində 
davam etdirilmişdir. 
Əsərin ilk çaplarındakı bəzi söz və ifadələrin sonra-
dan m
ətndən çıxarılıb atılması da, yazıçının romanın dilinə 
ciddi yar
adıcılıq məsuliyyətilə  yanaşdığından xəbər verir. 
Bu ixtisarlar, h
ər şeydən əvvəl, əsərin dilinin yığcamlığını 
v
ə  təsvir edilən hadisənin konkret və  lakonik  şəkildə 
oxucuya  çatdırmaq  vəzifəsinə  xidmət edir. Bununla 
yanaşı,  üslub  nöqsanlarını  islah  etmək, surətlərin xarak-
terin
ə uyğun gəlməyən sözləri əsərin mətnindən çıxarmaq, 
köhn
əlmiş sözləri atmaq məqsədilə də müəllifin ixtisarlar 
apardığını qeyd etmək olar: 


Az
ərbaycan dili məsələləri 
 
185 
Müharib
ə  başlandığı  vaxt  rütbə  və  mənsəbindən 
asılı olmayaraq,  bu əmri – vaqe qarşısında ah-uf çəkən, 
yanıb-dağılan  evlər və  müəssisələr  qabağında  tədbirini 
itirib mat v
ə  məəttəl  dayanan  az  olmadı  (I  kitab,  I  nəşr, 
s
əh.80); Müharibə  başlandığı  yanıb  dağılan  evlər və 

əssisələr  qabağında  ah-uf çəkən,  başını  itirib  mat  və 
m
əəttəl qalan bəzi adamlar vardı  (I  kitab,  III  nəşr, 
s
əh.107). 
K
əyan  Hacıyev  batalyon  komandirinin  yanına  get-
m
ək    üçün  axşamı  gözləyirdi.  Lakin hələ  axşama  az 
qalmırdı. Hava isə elə yaxşı, Qara  dəniz  sahilinə məxsus 
olan ilıqlıq elə xoşdu  ki, leytenant bir tərəfdən bu günün 
uzanmas
ını istəyirdi (I kitab, I nəşr, səh.273-274). Kəyan 
Hacıyev  batalyon  komandirinin  yanına  getmək  üçün 
axşamı gözləyirdi. Hava isə elə yaxşı, Qara  dəniz  sahilinə 
m
əxsus olan ilıq gün  elə xoş idi  ki, leytenant bir tərəfdən 
bu günün uzanmasını istəyirdi (I kitab, 3-cü nəşr, səh.221). 
Misallardan göründüyü kimi, söz v
ə  cümlələr həm 
t
əsvirləri dəqiqləşdirmiş,  həm də  epik təqdimatı  yığcam-
laşdırıb gözəlləşdirmişdir.  
Yazıçı təkrarlara yol verməmək məqsədilə də ixtisar-
lar 
aparmağı lazım bilmişdir. Bu növ ixtisarlar əsərdə ifadə 
olunan fikrin b
əyanına xələl gətirməyib, əksinə, onun daha 
t
əbii və daha sərrast ifadə olunmasına xidmət etmişdir. 
Maral gülüms
əyib  ərini  arxayın  etdi  ki,  o  gedəndən 
bir gün sonra m
əsələni komissara  deyib  şəxsən özü  bu  
m
əsələni həll edəcək (“Azərbaycan” jur., 1967, N 8, səh 
38); Maral gülümsünüb 
ərini arxayın etdi ki, o gedəndən 
bir  gün  sonra  komissara  deyib  şəxsən özü  bu  məsələni 
h
əll edəcəkdir (4-cü kitab, səh.362). 


Misir S
əfərov 
 
 
186 
Maral K
əyanın  boynunu,  boğazını  öpdü,  sonra  da  
belind
ən tutub duran ərinin əllərindən yapışaraq  şuxluqla 
pıçıldadı: 

Qabırğalarımı  sayıb  qurtarmadınmı...  (“Azərbay-
can” jur., 1967, N 8, s
əh.30); Maral Kəyanın  boynunu, 
boğazını  öpdü,  sonra  da    belindən tutub duran əllərindən 
yapışaraq  şuxluqla pıçıldadı: 

Qabırğalarımı  sayıb  qurtarmadınmı...  (4-cü kitab, 
s
əh.350). 
Yuxarıda  verilən birinci nümunədəki “məsələni”  
sözü m
ətndə  ikinci dəfə  təkrar  olunduğundan  təbii ki, 
əsərin dilində müəyyən ağırlıq yaranır. Məhz buna görə də 

əllif ikinci variantda əsərin dilini daha da səlisləş-
dirm
ək  üçün onu ixtisar etməyi lazım bilmişdir. 
İkinci misaldakı “ərinin” sözünün iki dəfə təkrarı isə 
lüzumsuzdur. Çünki  “K
əyanın”  sözü  ilə  “ərinin”  sözü  
m
əqamca eyni məna  bildirir.  Başqa  cüre  demiş  olsaq, 
Maralın belindən tutub duran əllərin onun ərinə - Kəyana 
m
əxsus olduğu artıq məlumdur. Buna görə də  “Kəyanın”  
sözünd
ən sonra “ərinin”  sözünün  işlənməsinə  ehtiyac 
yoxdur. Bunu n
əzərə  alan müəllif ikinci variantda “ərinin” 
sözünü 
əsərin mətnindən çıxarmışdır. 
“Dostluq qalası” romanının çap variantlarında  məna 
d
əqiqliyi yaratmaq məqsədilə  də  aparılan  ixtisarlara    rast 
g
əlirik.  Bu  ixtisarlar  fikrin  oxucuya  tez  çatması  və  məz-
mun göz
əlliyi yaratmaq üçün aparılmışdır. Məsələn: 
B
əli, Ştirner çox rəhmli adamdı. Onun rəhmi üzündən  
Mixaylın kiçik oğlu dəli olmuş, böyüyü isə qocalmış, saçı 
ağarmış,  həniri  batmışdı  (I  kitab,  I  nəşr,  səh.291);    Bəli, 
Ştirner  “çox  rəhmli” adam idi. Onun rəhmi üzündən  
Mixaylın kiçik oğlu dəli olmuş, böyüyü isə dəhşətdən bir 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə