MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

Az
ərbaycan dili məsələləri 
 
223 
tük
ənməz mənbədən  ustalıqla,  sənətkarcasına  səmərəli 
istifad
ə etdiyini inkaredilməz faktlarla ortaya qoyur. 
Terminl
ər.  Bədii əsərlərin dilində terminlərin işlən-
m
əsi müəyyən zəruriyyətdən  doğur.  Bu  sözlər  müəyyən 
üslubi v
əzifə daşıyır. 
Dilin  lüğət tərkibinin mühüm hissəsini təşkil  edən 
terminl
ərə  “Dostluq  qalası”  romanının  dil  mətnində    sıx-
sıx  rast  gəlirik.  Ə.Əbülhəsən  əsərin  mövzusundan  asılı 
olaraq, müxt
əlif sahə  terminlərindən, xüsusilə  hərbi  ter-
minl
ərdən bu və ya digər şəkildə istifadə edir. Bu da təbii 
haldır.  Böyük  Vətən müharibəsi dövrünün bədii salna-
m
əsini yaradarkən nasir, əlbəttə ki, hərbi istilahlardan, ad 
v
ə  terminlərdən yan keçə  bilməzdi.  Silahların,    döyüş 
vasit
ələrinin, Vətənin və  düşmənin hərbi-texniki qüvvə-
l
ərinin bədii təsviri və təqdimi üçün müəllif  terminlərdən 
istifad
əyə xüsusi bədii üslubi tələb kimi əməl  edirdi. Bu 
is
ə,  əlbəttə,  əsərin məzmununa bir həyatilik və  inandı-
rıcılıq gətirirdi. Ona görə də əsərin dil mətnindəki  termin-
l
ərdən  danışarkən  biz  yalnız  hərbi terminlərin üslubi-
funksional xüsusiyy
ətləri üzərində  dayanmağı  məqsədə-
uyğun bildik. 
Ümumiyy
ətlə, Böyük Vətən müharibəsi dövrü  xalq-
ların  milli  dillərinin  lüğətinin zənginləşməsində  xüsusi 
m
ərhələ  təşkil  edir  və  bu proses tədqiqatçıların    nəzər-
diqq
ətini cəlb  etmiş,  bu  sahəyə  dair külli miqdarda elmi 
əsərlər həsr edilmişdir
72

                                                 
72
  Bax: 
М.Н.Захарова.  Новое  в  словарном  составе  русского  
литературного языка в период Великой Отчественной войны 1941-9145 
г. АКД, Одесса, 1955; А.В.Миртов. Из наблждения над русским зяыком 
в  эпоху  Великой  Отчественной  войны,  ВЕ,  1953,  №  4;  Т.Н.Денисов. 
Русская  военная  лексика  в  период  Великой  Отчественной  войны. 
Известия АНб СССР, том 44, № 4, 1985 г. 


Misir S
əfərov 
 
 
224 
Əsərin dilində mühüm yer tutan hərbi terminlər istər 
quruluş,  istər məna və  istərsə  də  işləklik nöqteyi-
n
əzərindən  maraqlı  keyfiyyətlərə  malikdir. Məsələn; 
“Dostluq qalası” romanında müharibənin doğurduğu  zid-
diyy
ətləri təsvir etmək üçün antonim hərbi terminlərdən 
istifad
ə  olunmuşdur.  Maraqlı  cəhətdir  ki,  yazıçı  ümum-
işlək sözlərdən də  əsərin dilində  hərbi termin səviy-
y
əsində istifadə edib. Burada, əlbəttə, sözün mühiti, işlən-
m
ə məqamı mühüm rol oynayır. “Arxa” sözünün antonimi 
m
əlumdur ki, “qabaq”, “ön” sözləridir. Lakin yazıçı təsvir 
olunan şəraitlə əlaqədar olaraq həmin sözün antonimi kimi 
“c
əbhə”  sözünü  işlətmişdir  və  bizcə, məqsədinə  nail 
olmuşdur.  Deməli,  ümumişlək sözün terminə  çevrilməsi 
üçün onun düşdüyü şərait, xüsusilə, bədii dildə mühüm rol 
oynayır. Məsələn; hərbi hazırlıq yaxşı deyil, buna görə də 
əsgər arxada öyrənməli olduğu şeyi, cəbhədə öyrənməli 
olur  (II, 6). Nümun
ədən göründüyü kimi, arxa-cəbhə  
antoniml
əri təsvir olunan  şərait haqda konkret təsəvvür 
yarada  bilmişdir.  Həyat həqiqətindən, realist təsvir üsu-
lundan çıxış edən yazıçı, bəzən, bir cümlədə bir neçə hərbi 
termin işlətmək zərurəti qarşısında qalır. Lakin əsas cəhət 
burasıdır  ki,  belə  termin  çoxluğu  təhkiyənin bədii təsir 
gücünü 
əsla zəiflətmir, bəlkə də epik mənzərənin, təfəkkür 
v
ə detalın daha doğru qavranılmasına əlavə üslubi imkan 
yaradır: 
“Kapitan 
Çernışev rotanın bəzi əsgərlərini Kəyana 
t
əqdim etmək fikrilə  yan-yörəsinə göz yetirib, adbaad bir 
neç
ə  əsgəri  səslədi”  (I, 16); “Beləcə  o,  bir  soldatı  da 
süngül
ədiyi  vaxt necə  oldusa,  süngünü  çəkib  düşmənin 
qabır-ğası  arasından  çıxara  bilmədi”  (II, 441); 

Semenovdakı “dotun” birini topçular partlatmışdı” (IV, 


Az
ərbaycan dili məsələləri 
 
225 
99);  “Rabit
əçi  qayıdıb  pulemyotçuların  vurulduğunu 
x
əbər  verdiyi  vaxt,  artıq  düşmən vzvodun  gizləndiyi 
yerin b
ərabərinə  yetiş-mişdi”  (II, 441); “Kəyan  rotaya 
t
əəccüblə elə baxırdı ki, starşinanın yaxınlaşıb, batalyon 
komandiri  il
ə danış-dığını eşitmədi. Yalnız  kapitan  onu 
t
əqdim edərkən, Kəyan dönüb starşina  ilə  görüşdü”  (I, 
14);  “
Nişançı  və  pulemyot  rotalarının  komandir-
l
ərindən  iki nəfəri həlak  olmuşdu”  (IV,4) və  s. və  i. 
Ümumi filoloji r
əy belədir ki, terminlərin ekspressiv və 
emosionallıq  baxımından  təhlili  zamanı  onların  (yəni 
terminl
ərin) bilavasitə işləndikləri mətnin hansı üsluba aid 
olması mütləq nəzərə alınmalıdır. Ə.Əbülhəsənin “Dostluq 
qalası” romanında işlənən hərbi termin və termin səciyyəli 
sözl
ər epik reallıq və bütövlük yaradan bədii-üslubi vasitə 
kimi özünü göst
ərir. Yazıçı elmi üslub üçün xammal hesab 
edil
ən və  müəyyən mənada  çətin  başa  düşülən hərbi 
terminl
əri əsərə elə ustalıqla gətirir ki, romanın dilində heç 
bir  ağırlıq,  dolaşıqlıq,  fikir  anlaşılmazlığı  əmələ  gəlmir. 
S
ənətkar tərəfindən məharətlə  işlədilən hərbi terminlərin 
m
ənasını oxucu çətinlik şək-mədən başa düşür. 
H
ərbi terminlər cəbhə  şəraitini,  döyüş  gedən yerləri 
olduğu  kimi  təsvir etmək, həmin səhnələri oxucuya 
h
ərtərəfli göstərmək üçün də yazıçının əlində çevik üslubi 
vasit
ə  ola  bilmişdir.  Bu  zaman  yazıçı  hərbi terminlər 
vasit
əsi  ilə  təsvir  olunan  yerin  sanki  şəklini çəkmişdir. 
“C
əsarətlə  demək olar ki, ən fərasətsiz rəssam belə 
Əbülhəsənin    yaratdığı  surət, lövhə, mənzərə  əsasında 
əlvan  boyalı,  dərin  mənalı  gözəl tablolar çəkə  bilər”
73

Bunu  aydın  görmək  üçün  aşağıdakı  parçaya  diqqət edək: 

İndi  düşmən mərmilərinin və minalarının açdığı çuxurlar  
                                                 
73
 Qulu X
əlilov. Azərbaycan romanının inkişaf  


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə