MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

Misir S
əfərov 
 
 
232 
çoxluğu  və  mənşəcə  milli dildən təşəkkül  tapması,  görü-
nür, ist
ər  canlı  danışıqda,  istərsə  də  bədii yaradıcılıqda 
h
əmin sözləri çoxmənalılığına  geniş imkanlar açır. 
B
ədii  əsərdə  sözün çoxmənalılığı  nəticə  etibarilə 
fikrin çoxr
əngliliyi, çoxsəsliliyi və çoxçalarlılığı deməkdir. 
Burası  bir  həqiqətdir  ki,  “Yazıçı  bədii sözün  adi məntiqi 
m
ənasından  yuxarıya  qalxmağı  bacarmalıdır,  çünki  əsl 
b
ədii söz hər zaman  adi mənasından  yüksəkdə  durur”
77

Sözün çoxm
ənalılığı  belə  bir yüksəkliyi fəth etmək 
yolunda  
ən tutarlı pillələrdən biridir. 
Sinoniml
ər.  Bədii  əsərlərin  lüğət tərkibinin zəngin-
liyin
ə, üslubi əlvanlığa  və  çoxçalarlılığına  nail  olmaqda  
sinoniml
ərin mühüm  funksional əhəmiyyəti vardır. Sino-
niml
ər əsərin dilində ifadəlilik, bədiilik, emosional effekt 
yaratmaqda mühüm rola malikdir. Sinonimika dili r
ənga-
r
əng edir, gözəlləşdirir,  onun  ifadə  üsulunu müxtəlifləş-
dirir, z
ənginləşdirir. 
S
ənətkar sinonimlər vasitəsilə fikri daha dəqiq, canlı 
v
ə obrazlı ifadə edə  bilir. Həyat həqiqətlərini olduğu kimi 
verm
ək üçün sinonimika ən qüvvətli ifadə vasitəsidir.  
Milli 
ədəbi dili, xalq dilini və  folklorumuzu gözəl 
bil
ən  Əbülhəsən  “Dostluq  qalası”  romanında  dilimizin 
sinonimika  imkanlarından  sənətkarlıqla  bəhrələnmişdir. 
M
əsələnin bu cəhətini  romanın  söz-lüğət tərkibi üçün 
mühüm bir m
əziyyət hesab etməklə bərabər, əsərin seman-
tikası, onun üslub gözəlliyi və məna tutumu üçün də əsas 
şərtlərdən biri kimi qəbul etmək lazımdır. 
Ə.Əbülhəsən surətləri  danışdırarkən  onların  nitqini 
f
ərdiləşdirmək üçün sinonimlərdən gen-bol istifadə etmiş-
dir. H
əyat həqiqətlərinə  sadiq qalan sənətkar, surətlərin 
                                                 
77
 
M.Arif. Ədəbi-tənqidi məqalələr. Bakı, Azərnəşr, 1958, səh.228. 


Az
ərbaycan dili məsələləri 
 
233 
nitqin
ə müxtəlif mənşəli sinonimlər daxil edir və beləliklə
yazıçı  hər surəti  öz dilində  danışdırmağa    müvəffəq ola 
bilir. Sur
ətin dilində  işlənən sinonimlər  onun  hansı  təbə-
q
əyə mənsub olduğunu müəyyənləşdirməkdə  əlavə üslubi 
bir vasit
əyə çevrilmiş olur. Məsələn: 
El
ə bir çağırıb dedilər ki, Sənəm, qardaşın gəldi (III, 
237). 
Qoy Tapdıq lələ bir az davadan söhbət eləsin, Qələn-
d
ər qağamdan danışsın... (III, 239). 
Misallarda verilmiş “qardaş”, “qağa” sözləri sinonim-
l
ərdir. Göründüyü kimi, müəllif Sənəmin dilində  qardaş
M
əstanın  dilində  isə  qağa  sözünü  işlətmişdir  ki,  bu  söz-
l
ərin üslubi imkanları yerinə görə müxtəlif üslubi məqam-
ları  da  buradan  üzə  çıxır.  Məsələn, sənətkar içkiyə  aludə 
olan  pozğun  əxlaqlı,  vətən  xaini  Cumanın  dilində  yerinə 
gör
ə, “vurmaq”, müsbət surətin dilində  isə  eyni mənanı 
ver
ən “içmək” sözünü işlədir: 
Burada bir dostumu gözl
əyirəm.  Düşəcək bir-iki 
kruşka vuracağıq (III, 131);  İsa buna fikir vermədi, bir-
iki qurtum çay içib dedi... (III, 197). 
“Dostluq  qalası”  romanında    rəngarəng  sinonim 
c
ərgələr  var.  Bunu  aydın  görmək  üçün  romanın  dil 
m
ətnində “ölmək” sözünün sinonimik  sırasını bərpa edək: 
“ölm
ək”, “gözləri  qapanmaq”,  “qırğına  vermək”, “keçin-
m
ək”, “məhv olmaq”, “tələf olmaq”, “Ömrünü 
bağışlamaq”, “işini bitirmək”, “həlak olmaq”, “gəbərmək”, 
“qırılıb batmaq”, “yerə soxmaq”, “məhv edə bilmək” və s. 
Bu sözl
ərin  hər birinin işlənmə yerini və məqamını, təbii 
ki, konkret  üslubi m
əqsəd müəyyən  edir.  Əgər  yazıçı 
bütün bu anlayışları vermək üçün təkcə “ölmək” sözündən 
istifad
ə etsəydi, onda əsərin dili quru, cansıxıcı və təsirsiz 
olardı.  Məlum məsələdir ki, əsərin ideya-bədii, habelə 


Misir S
əfərov 
 
 
234 
hissi-emosional t
əsir  gücü də  xeyli zəiflərdi. Digər 
t
ərəfdən bu sözlərin hər biri özündə  “ölmək”  anlayışının 
müxt
əlif məna incəliklərini hifz edir. Dediklərimizi daha 
aydın görmək üçün faktlara müraciət edək: 
Bizim m
ərmilərin qəhrəman  batareyanın  mövqeyini 
alt-
üst  etdiyini,  sağda,  solda  düşmən  soldatlarının  yıxılıb 
parçalandıqlarını,  dəhşət içində  oraya-buraya  qaçdıqlarını 
gördü v
ə  elə  bunun  intizarını  çəkirmiş  kimi  də  o dəqiqə 
orsandiyalı cavanın gözləri həmişəlik  qapandı (II, 477); 
Yavaşca  yenə  plaş-çadırı  üstünə  çəkib təkrar Qənbərin 
üzün
ə  baxanda,  artıq  o  keçinmişdi  (IV,  230);  Mədəd, siz 
adamları  nahaqdan  qırğına  verəcəksiniz  (I,  27);      Tapdıq 
üçün  indi  burada  qalıb  yoldaşlarının  qanını  almaq və 
döyüşdə də məhv olmaq yeganə arzu idi (I, 205); Bədəlov 
onu 
əvəz edir, mənə elə gəlir ki, Cuma tələf olub gedibdir 
(I, 344); O, ömrünü  çoxdan  siz
ə  bağışlayıb  (III, 125); 
İndi  bircə  qunbara ilə  onların  işini  bitirmək  olardı  (IV, 
246); Vuruşmada həlak olsaydı, başqa! (III, 262); Burada 
bir faşist gəbərib qalmışdı (III, 50); - O, məsələ həll edə 
bilm
əyəcək,  qırılıb  batacaq!  (II, 117);  “Sənin  qızlarını 
yer
ə soxum,ölsün sənin qızların!” – deyib dururdu (II, 26): 
Lazım olanda onların komandirlərini, komissarlarını, yəni 
onların başçılarını məhv edə bilsin (I, 139).  
Bu sözl
ərin  hamısı  “ölmək” sözünün ətrafında  bir-
l
əşərək vahid bir sinonim cərgə  yaratmaqla bərabər bir-
birind
ən habelə  incə  mənalarla fərqləndiyi də  göz qaba-
ğındadır.  Digər tərəfdən, bu sözlər heç də  tamamilə  bir-
birinin eyni  deyildir v
ə  mətn daxilində  onlar bir-birini 
adekvat 
əvəz edə  bilsəydi, onda  əsərdəki qəhrəmanların 
özün
əməxsus fərdi-səciyyəvi cizgilərini,  onların  idraki-
emosional varlığını müəyyənləşdirmək çətin olardı. Yazıçı 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə