MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə68/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

Az
ərbaycan dili məsələləri 
 
229 
“Dostluq  qalası”  romanında    sözlərin çoxmənalılı-
ğından nə dərəcədə  dəqiqliklə, yerli-yerində  istifadə edil-
diyini aydınlaşdırmaq üçün nümunələrə nəzər salaq: 
Düşmək feili.  Kərəm pulemyotun yerini dəyişmək, 
onu bir az da yuxarı, yola daha yaxın yerə çəkmək fikrinə 
düşüb  yerindən  qalxdı  (I,  129);  Yüz  gün  olurdu  ki,    bu 
şəhərdə daş üstündən daş düşürdü, ev dalınca ev uçurdu 
(I, 65); El
ə bil boğaz arıtmaq, öskürmək, əvvəl pıçıltı ilə, 
sonra da b
ərkdən danışmaq hamının yadına birdən düşdü 
(I, 6); Buna gör
ə  də  o,  sağ  əli ilə  pulemyotu birtəhər 
yerind
ən  qaldırmaq  istədi, ancaq üzü üstə  yerə  düşdü  (I, 
150);  Onun  sumağı  şalı  başından  sıyrılıb  boynuna 
düşmüşdü (II, 8); Əli oraqlı kolxozçu  arvadlar səflə, bir 
başdan düşüb zəmini biçirdilər (III, 24); Burası çox yaxşı 
idi ki, münahis
ə  oxumaq üstündə  düşmüşdü  (III, 102); 
Sentyabr gün
əşinin  şüaları  dağların  təpəsinə  təzəcə 
düşürdü  (III,  165);  Tapdıq  kəndlərinə  getmək üçün yola 
düşdü (III, 237); Sonra bərkə  düşəndə Hacıyevin,  ya da 
qospital r
əisinin vasitəsi ilə ona bəlkə birtəhər təsir göstərə 
bil
ərdi (I, 330). 
Çıxmaq  feili.  Kəyan isə  bu fikrindən vaz keçməyi 
ondan  xahiş  etmişdisə  də,  bir  şey  çıxmamışdı  (I, 3); 
G
əminin hərəkəti ilə  sağa-sola  yırğalanaraq,  ağır  addım-
larla kayutdan 
çıxdı  (I, 4-5); Pilləkənlər, göyərtələr min-
l
ərlə  biletsiz sərnişinin  şinellərində  gətirdiyi tozla və 
ç
əkmələrindəki palçıqla təhərdən-şəkildən çıxmışdı (I, 5); 
İndi  Hacıyev  kapitana  nə  deyəcəyini də  sanki yaddan 
çıxarmışdı (I, 6);  Siyasi rəhbər Mədədov ayyarım idi ki, 
Bakıdan  –  evlərindən  çıxmışdı  (I,  9);  O,  tələsik  əlini 
M
ədədin  əlindən çəkərək tamam ciddiyyətlə:  -  Rəngli 
şəklim  olsaydı  verərdim,  -  deyib  çıxdı  (I, 11); -  Yoldaş 
komandir, siz
ə istidir, şinelinizi çıxardın (I, 15);  Bir neçə 


Misir S
əfərov 
 
 
230 
il sonra Cuma heç özü d
ə bilmədən xüsusi ticarət  yavaş-
yavaş  aradan  çıxmağa,  onların  dövləri  əriməyə, yoxa 
çıxmağa  başladı (I, 25); Solovyov iki ay ərzində bir çox 
döyüşdən  çıxaraq,  düşmən  taktikasının  bütün  xüsusiy-
y
ətlərini bilirdi (I, 138); O, fikrində Mədədlə Xəlili üz-üzə 
qoyur, g
ənc mühəndisin bütün müsbət sifətlərini öz-özünə 
sayıb-sadalayır,  hələ  çox  az  tanıdığı  adamın  xəyalını 
bird
əfəlik qəlbindən çıxarmağa çalışırdı (I, 174); Qeyzdən 
Abakerin gözl
əri kəlləsinə çıxdı (I, 227); Yəni elə şeylər 
var ki, g
ərək təkrar edəsən. Yoxsa tez-tez yaddan çıxar (II, 
81); M
ən qəti demirəm,  əlimdə  buna heç bir sübutum 
yoxdur, ancaq m
ənə elə gəlir ki, Cumadan pis iş  çıxa bilər 
(II, 439); 
Qarınlar  doyub,  yorğunluq  çıxdıqca  ordan-
burdan  mahnı  səsi  qalxır,  Qəşəmin  yanıqlı  tütək səsi 
eşidilirdi  (IV,  212);  Poçt  qutusundan  çıxardığı  üçkünc 
m
əktubda Kəyan ona yazırdı ki,  Xalıqov, nəhayət, cəzası-
na çatmışdır  (IV, 159); Yazıdan bu çıxırdı ki, ona kömək 
el
əməsə, görüşləri çox uzağa düşə bilər (IV, 117);  Özü də 
kol
xozda  işin yaxşı vaxtı, bir-iki xırman da çıxararam (III, 
144); 
Sonra  Savad  hıçqıra-hıçqıra  hələ  bir  filosofluğa  da 
başlamışdı:  “Yoldaş  komandir,  dava  adamı  adamlıqdan 
çıxardır” (IV, 213).  
Yuxarıda  verilmiş  misallardan  göründüyü  kimi, 
“düşmək” və  “çıxmaq” feilləri feili sifət,  feili  bağlama, 
m
əsdər tərkibi və  eləcə  də  feili frazeoloji birləşmələr 
yaradaraq müxt
əlif mənaların  ifadə  olunmasına    kömək 
etmişdir.  Sözlərin hər fikri ifadə  edən yeni-yeni cümlədə 
işlənməsi onlara yeni çalarlar, ifadə məqamları vermişdir. 
“Dostluq  qalası”  romanında  sözlərin mənalarını  üzə 
çıxarmaq üçün müxtəlif formalardan istifadə edilmişdir. 


Az
ərbaycan dili məsələləri 
 
231 
M
əsələn, işlənmə yerinə görə ayrı-ayrı mənalar ifadə 
ed
ən söz heç bir sabit birləşmə tərkibinə daxil edilmədən 
işlənmişdir. 
- M
ədəd, siz adamları nahaqdan qırğına verəcəksiniz. 
O rotadan heç n
ə çıxmayacaq (I, 27). 
Yaxud: 
Bir d
ə  eşitdim  mənim yerimə  qaynatamı  tutublar. 
Özüm d
ə  təzəcə  nişanlamnmışdım.  Çıxdım  üzə, onu 
buraxdırdım,  özüm  üç  il  yatdım.  Oradan  daha  da  bişmiş 
çıxdım (III, 114) və s. 
Birinci cüml
ədəki “çıxmayacaq” sözü özünün həqiqi  
m
ənasında deyildir. Heç bir sözlə  sabit, bölünməz birləş-
m
ə  əmələ  gətirməyən bu söz mətndə  inanmamaq, ümid 
etm
əmək  arxayın  olmamaq  mənasını  verir.  Eləcə  də 
“bişmiş”  sözü  özündən  əvvəl gələn sözlərlə  bölünməz 
birl
əşmə  tərkibinə  düşməmişdir.  Bu  söz  hərfi mənaca 
xör
əyə  məxsus  olduğu  halda,  burada  yerinə  görə  insana 
aid edilmiş, həyatı başa düşmək, öyrənmək, gözü açılmaq, 
möhk
əmlənmək mənalarını qazanmışdır. 
Çoxm
ənalılıq  yaratmağın  daha  başqa  bir  yolu:  Söz 
dig
ər bir sözə qoşularaq birləşmə əmələ gətirir. Belə halda 
söz öz ilkin m
ənasından ya qismən, ya da tamamilə ayrılır, 
birl
əşdiyi sözlə birlikdə yeni bir məna   yaradır:  
İndi,  döyüşçüləri yola salandan sonra, Bədəlov Mə-
d
ədin ağır nəzərləri qarşısında   susub durur, nə deyəcəyini 
bilmirdi, ancaq M
ədədin  inadlı  baxışlarından  görürdü  ki, 
onu dil
ə gətirib danışdırmamış əl çəkməyəcəkdir (II, 195). 
Bu  misalda  verilmiş  “çəkmək” sözü “əl” sözü ilə 
birl
əşərək “buraxmaq”, “azad etmək”, “icazə  vermək” 
m
ənası ifadə etmişdir. Maraqlıdır ki, romanın dilində söz 
çoxm
ənalılığı  çox  zaman  hal  və  hərəkət bildirən sözlərin 
hesabına  baş  vermişdir.  Ümumiyyətlə, dilimizdə  feillərin 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə