MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə65/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

Misir S
əfərov 
 
 
220 
geyimini öz t
əbii biçimində təsvir və təqdim etmək üçün 
lazım olmuşdur. 
Romanda sur
ətlərin bir-birinə münasibətini müəyyən-
l
əşdirmək, eləcə  də  tipin özünün xüsusiyyətini, xasiy-
y
ətini,  xarakterini  aydınlaşdırmaq  üçün,  bir  sözlə, ona 
psixoloji f
ərdilik bəxş  etmək üçün də  dialektizmlərdən 
mühüm b
ədii ifadə vasitəsi kimi istifadə olunub: “- Sən öl, 
Zülfüqar, bu 
əzvayı sən qəsdən öyrətmisən,  yanına salıb 
g
ətirmisən”  (II, 54); “Kim isə  onun sözünü kəsdi:  -  Sən 
yaman  ör
ən  düşmüsən  axı,  işləsən  arıqlarsan”  (II, 52); 
“Onlara h
əmişə  belə  qayışbaldırlar  və  eybəcərlər  xoş 
g
əlir”  (III, 272); “-  Bu,  ərköyün  qızın  atası    ilə  zarafat-
laşmaq istəməsi, ya da ona cavab qaytarmaq üçün bəhanə 
axtarması deyildi” (II, 27). 
Nümun
ələrdən göründüyü kimi, əzvay, örən sözləri 
il
ə  müəllif surətlərin bir-birinə  olan mənfi  münasibətini 
ver
ə bilmişdir. Qayışbaldır və ərköyün dialektizmləri  isə 
tipin xarakterinin f
ərdiləşdirilməsinə xidmət edir. 
Yerli-m
əhəlli  kolorit  yaratmaq    baxımından  dialek-
tizml
ərin,  şivə  və  ləhcə  sözlərinin özünəməxsus  üslubi 
üstünlükl
əri vardır. Belə ki, yazıçı yaratdığı surətin müəy-
y
ən bir əraziyə  mənsub  olduğunu  bildirmək üçün   onun 
nitqin
ə  həmin  əraziyə  məxsus dil vahidləri, o cümlədən 
dialektizml
ər daxil edir. Tədqiqat göstərir ki, yazıçı “Dost-
luq  qalası”  romanının  dilində,  əsasən,  Şirvan  mahalı, 
xüsusil
ə  İsmayıllı  rayonu  şivələrinə  aid dialektizmlərdən 
daha çox b
əhrələnib. Bu isə,  hər  şeydən  əvvəl,  yazıçının 
özünün h
əmin rayonda doğulub boya-başa çatması ilə, bu 
rayonun özün
əməxsus dil faktlarına daha çox bələd olması 
il
ə əlaqədardır: 


Az
ərbaycan dili məsələləri 
 
221 
Mahmud üstüörtülü d
ə  olsa,  sözarası  bunu  bir  neçə 
d
əfə çıtızmışdı (I, 315); Uşaqlar: “Hə, gedək bir az çimir 
el
əyək”, - deyib qalxdılar (III, 136). 
Çıtızmağ  sözü  əsasən  İsmayıllı  dialektində  işlənir; 
sezdirm
ək, gizlincə duydurmaq mənalarını ifadə edir
69

Çimir sözü d
ə İsmayıllı dialektinə məxsusdur: mürgü, 
az yuxu m
ənalarını bildirir
70
. Yerli  kolorit, m
əkan haqda  
t
əsəvvür yaradarkən, belə  sözləri təhkiyəyə  gətirməkdə 

əllif,  əlbəttə  ki,  haqlıdır.  Müəllif bu sözlər vasitəsi ilə 
yerli kolorit  yaratmışdır. Yeri gəlmişkən onu da qeyd et-
m
ək lazımdır ki, həmin dialektizmlər müəyyən  bir əraziyə 
m
əxsus olsalar da, mənası cümlə, mətn içərisində oxucuya 
d
ərhal aydın olur. 
B
ədii  əsərlərdə  dialektizmlərin  işlənməsi bir qayda 
olaraq üslubi t
ələbdən irəli gəlir.  Yazıçı  müəyyən bir 
ərazidə  doğulmuş  şəxsi  əsəri üçün qəhrəman  kimi  alırsa, 
t
əbii ki, onun nitqində həmin mühitə, şəraitə və zonaya aid 
dil xüsusiyy
ətlərini, dialekt sözləri, ləhcə, şivə ünsürlərini 
d
ə  qoruyub  saxlamalıdır.  Bu,  surətin  danışıq  manerasını, 
şəxsiyyətini, onun  həyata  baxışını  müəyyənləşdirməyə 
geniş imkanlar açır. 
B
əzən müəllif bu cür dialektizmləri özünün təhkiyə 
dilin
ə də daxil edir və bu zaman yazıçı özü ilə ədəbi qəh-
r
əmanlar  arasında  birlik,  vəhdət  yaradır.  Sanki  bədii 
m
ətnin bu yolla dil bütövlüyünü qoruyub saxlamağa, üslub 
tamlığına nail olur: “Qapı açıldı. İçəri ahıl bir arvad girdi” 
(III, 118). 
“Dostluq qalası” romanında arxa cəbhənin  təsvirinə
müharib
ə dövrü Azərbaycan kəndinin həyat və güzəranına 
                                                 
69
 Az
ərbaycan dilinin dialektoloji lüğəti, səh.448. 
70
 Yen
ə orada, səh.444. 


Misir S
əfərov 
 
 
222 
da  geniş  yer  verilib.  Azərbaycan kəndini, xüsusilə  təsvir  
etdiyi milli 
ərazidə  yaşayan  xalqın  ictimai təcrübəsini 
göz
əl bilən yazıçı öz realist təsvirlərində dialektizmlərdən 
geniş faydalanmışdır. Həmin dialektizmlər, qeyd edək ki, 
ümumişlək xarakterlidir və  mənaları  oxucuya  tez  çatır. 
M
əsələn; Bir az da söhbət etdikdən sonra, Maral maşının 
g
əlib-gəlmədiyini bilmək üçün doqqaza  sarı  gedəndə 
bird
ən Məstan ona yaxınlaşdı (III, 273); Qaranlığa  və toza 
fikir verm
ədən həyətə  palaz  döşədilər,  döşəkçə  saldılar 
(III, 268); 
Artırmada  taxta  çarpayı  vardı  (III,  150); 
Vaxtında  yığıb  lavaşana  eləməsələr, qax qurutmasalar 
bunu yığıb-yığışdırmaq olmayacaq (III, 183). 
Misallardakı dialektizmlər (doqqaz, döşəkçə, artırma, 
lavaşana) kənd həyatına  və məişətinə aid olub, ədəbi dili-
miz  üçün  işlək  və  kütləvi olmasa da, mətn  daxilində 
m
ənaca oxucuya tez çatır, bədii təsəvvürün tamlığına əsla 
x
ələl gətirmir. Dialektizmlərin  funksional  rolundan  danı-
şarkən prof.S.Cəfərov yazır: “Hər hansı bir rayonun və ya 
yaşayış məntəqəsinin həyatını daha real və qabarıq şəkildə 
verm
ək, əsərdə ayrı-ayrı surəti canlandırmaq üçün yazıçı o 
yerin v
ə  ya surətin mənsub  olduğu  şivə  xüsusiyyətlərin-
d
ən geniş istifadə edə bilər”
71

Müşahidələr göstərir  ki,  Ə.Əbülhəsən  canlı  xalq 
dilini mük
əmməl bilən, ondan yaradıcı surətdə faydalanan 
s
ənətkarlarımızdandır.  Tam  inamla  demək olar ki, ədəbi 
dilimi
zi,  onun  lüğət fondunu dialektizmlər  hesabına  zən-
ginl
əşdirmək  işində  böyük xidmət göstərən  ədiblərimiz 
sırasında  Əbülhəsənin  yazıçı  əməyi olduqca böyükdür. 
Bütün bunlar is
ə yazıçının öz doğma dilinə, bu dilin ayrı-
ayrı  qatlarına  yaxından  bələd  olduğunu  və  həm də  bu 
                                                 
71
 S.C
əfərov. Müasir Azərbaycan dili (leksika). Bakı, 1982, səh.80. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə