MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə67/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

Misir S
əfərov 
 
 
226 
addımbaşı  qarşıya  çıxırdı.  Vurulub  yanmış,  qaralmış 
tanklar, maşınlar iri toplar, köpmüş qara heyvərələrtək qar 
içind
ə havadan asılıb qalan kimi görünürdü. Külək tutma-
yan, qarın yaxşı oturmadığı hər qarış yerdə donmuş qanlı 
əski-üskü, dəlmə-deşik  əleyhqaz, dəbilqə, tüfəng  qırığı, 
parçalanmış  pulemyot  təkəri,  top lülələri,  minasaçan 
borular, 
boş  gilizlər  və  düşmən  meyidləri tez-tez gözə 
d
əyirdi” (IV, 6).  
Yuxarıdakı  mətn daxilində  hərbi  terminlərin xüsusi 
b
ədii  ekspressiv  funksiya  daşıdığı  göz  qabağındadır. 
Prof.S.C
əfərov terminlərin bədii mətndə  üslubi yeri və 
mövqeyi m
əsələsindən  danışarkən, qeyd edir ki, “...ter-
minl
əri yazıçılar əsərin süjeti ilə əlaqədar işlətdikləri üçün 
əsərin məzmunu daha qüvvətlənmiş,  obrazların  daxili 
al
əmi daha qabarıq verilə bilmişdir”
74

 
*   *    * 
 
“Dostluq  qalası”  romanının  söz-lüğət tərkibi, 
Az
ərbaycan bədii nəsr dilinin xüsusi bir qolu kimi, xalq 
yazıçısı  Əbülhəsənin səciyyəvi-fərdi nəsr dilinin, epik 
t
əhkiyəsinin məna üslub zənginliyi, bu dilin bəhrələndiyi 
qaynaqlar bar
ədə, onun özünəməxsus təkmilləşmə  və 
cilalanma yolları haqda dolğun və əyani təsəvvür yaradır. 
İnanırıq  ki,  bu  istiqamətdə,  mötəbər bir mənbə  kimi
müt
əxəssislər əsərə hələ çox müraciət edəcəklər. 
 
 
 
                                                 
74
 S.C
əfərov. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1970, 
s
əh.80. 


Az
ərbaycan dili məsələləri 
 
227 
 
 
Ə.ƏBÜLHƏSƏNİN “DOSTLUQ QALASI” 
ROMANINDA BƏDİİ SÖZÜN MƏNA 
İNCƏLİKLƏRİ 
 
B
ədii əsərlərin dil-üslub zənginliyi ancaq onun lüğət 
t
ərkibindəki sözlərin statik çoxluğu və kəmiyyəti ilə, onun 
müt
əhərrik məzmun  çalarlarının    varlığı  ilə  müəyyənləş-
dirilir. Çünki m
əhz məna zənginliyi, sözün müxtəlif məna 
keçid v
ə  dönümləri bədii  əsərin keyfiyyətini, onun 
emosional t
əsirini təyin edən əsas göstəricidir. 
Ə.Əbülhəsən  “Dostluq  qalası”  romanında  üslubi 
m
əqsəddən  asılı  olaraq  sözlərin rəngarəng  çalarlarından  
geniş  bəhrələnmişdir.  Əsərdə  işlənmiş  sözlərin ilk -  əsas 
m
ənalarından  başqa,  sözlərin  daxilində  gizlənmiş    dərin 
v
ə geniş məna imkanlarını sənətkar həssaslıqla duymuş və 
h
əmin sözləri lazımi məqamda oxucuya çatdırmaq istədiyi 
fikr
ə  müvafiq olaraq çox məharətlə hərəkətə gətirmişdir. 
S
ənətkar əsərdə söslərin məna incəliyinə, dəqiqliyinə  
xüsusi diqq
ət  vermiş  və  nəticədə  əsərdə  sözlərin zəngin 
m
əna xüsusiyyəti yaranmışdır. 
T
əsadüfi deyildir ki, əsərin lüğət tərkibində təkmənalı 
sözl
ər azlıq təşkil edir. Təbii ki, bədii əsərin dili obrazlı dil 
olduğu üçün təkmənalı sözlərin funksional mövqeyi əsərdə 
neytral xarakter daşıyır. Adətən, ümumi və xüsusi adların, 
terminl
ərin və  s.  bu  tipli  anlayışların  ifadəsi ilə  məhdud-
laşır.  Buna    görə  də  obrazlı  dil  sözün başqa  bri  qatına, 
onun çoxm
ənalılığına daha həssasdır. 
Sözl
ərin çoxmənalılıq  xüsusiyyəti dilin, o cümlədən 
b
ədii dilin məcazi  şaxələnməsi və  deməli,  inkişafı  üçün 
başlıca mənbələrdəndir. Dildə yaranan yeni anlayışı ifadə 


Misir S
əfərov 
 
 
228 
etm
ək üçün həmiş  yeni  söz  axtarılmır;  həmin  anlayışın 
ifad
əsi üçün dildə  mövcud olan sözlərin  yeni mənada 
işlədilməsi, yeni məzmun  çaları  kəsb etməsi  lazım  gəlir. 
N
əticədə  dildə  bu və  ya  başqa  anlayışı    ifadə  edən söz 
ikinci, üçüncü, b
əzən də daha çox mənanı qazanmış olur. 
“Yazıçının  söz  sənətkarlığı  yalnız  zəngin    söz  ehtiyatına 
malik  olmasında  deyil,  bəlkə, eyni zamanda bir sözü 
müxt
əlif mənalarda işlədə bilməsindədir”
75
.  
B
ədii ədəbiyyatda  sözlərin çoxmənalılığından istifa-
d
ə etməyin böyük üslubi rolu vardır. Çünki, “sözlərin bir 
m
ənadan  başqa  mənaya keçərək müxtəlif məna  çalarlığı  
v
ə məcazi məna əmələ gətirmək xüsusiyyəti dilimizin  söz 
yaradıcılığında  və  bədii söz  ustaları  tərəfindən  rəngarəng 
z
əngin ifadələrin meydana gətirilməsində  çox böyük rol 
oynayır”
76

Ə.Əbülhəsənin “Dostluq qalası” romanındakı çoxmə-
nalı sözlərin zənginliyi yuxarıdakı fikrə səciyyəvi nümunə 
ola bil
ər.  Sənətkar  dilin  lüğət tərkibinə  daxil olan söz 
qruplarının  hər birində  məna incəliyinə,  çalarlıqlarına 
xüsusi 
əhəmiyyət  vermiş,  sözlərin çoxmənalılıq  kəsb edə 
bilm
ək  imkanlarından  maksimum  bəhrələnməyə  çalış-
mışdır. 
Əsərin söz-lüğət tərkibində ümumişlək sözlərin çox-
m
ənalılıq  funksiyası  qazanması  öz  üslub  keyfiyyətlərilə, 
semantika baxımından diqqəti xüsusilə cəlb  edir. Əslində 
biz
ə  elə  gəlir ki, əsərin bədii-emosional  varlığı  özünü 
m
əhz bu dil qatında bütünlüklə büruzə verir. 
                                                 
75
  M.R
əfili.  Ədəbiyyat nəzəriyyəsinə  giriş.  V.İ.Lenin  adına  APİ-nin 
n
əşriyyatı, Bakı, 1958, səh.133. 
76
  S.C
əfərov. Müasir Azərbaycan  dilinin  leksikası.  ADU-nun nəşri,  Bakı, 
1958, s
əh.22. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə