MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

Az
ərbaycan dili məsələləri 
 
235 
yırtıcı  faşistlərə  özünün  münasibətini  –  nifrətini, kinini, 
q
əzəbini bildirmək üçün “gəbərmək”, “işini bitirmək” və s. 
sözl
ərindən istifadə  edirsə, müsbət surətlər  haqqında 
danışarkən  “gözləri həmişəlik  qapandı”,  “keçindi”  ifadə-
l
ərini  işlədir. Beləliklə, eyni sinonim  cərgəyə  daxil olan 
sözl
ər  arasında  az  və  ya çox dərəcədə  də  olsa, mövcud 
m
əna rəngarəngliyini  maksimum  qoruyub saxlamağa nail 
ola bilir. 
Eyni sinonim c
ərgəyə  daxil olan sözlər  arasındakı 
inc
ə  məna fərqlərini duymaq və  onlardan üslubi məqa-
m
ından  asılı olaraq yerli-yerində istifadə etmək yazıçıdan 
h
əmişə böyük məharət tələb edir. 
T
ədqiqat prosesində  əsərin dilində  işlənmuiş  sino-
niml
ərin üslubi rolunu müəyyənləşdirmək,  yazıçının 
h
əmin sözlərdən üslubi məqamından  asılı  olaraq  necə 
istifad
ə etdiyini daha dürüst aşkarlamaq üçün sinonimlərin 
m
ənşəyini  -  əmələ  gəlmə  yollarını  aşağıdakı  şəkildə 
qruplaşdırmağı  daha  münasib  bildik:  dilimizin öz daxili 
imkanları  və  ehtiyatı  hesabına  yaradılmış  sinonimik 
c
ərgələr; dilimizdəki sözlərin  başqa  dillərdən  alınmış 
sözl
ərlə  paralelləşməsi nəticəsində  yaranan sinonimik 
c
ərgələr. 
Ə.Əbülhəsən ana dilinin hərəkət və  inkişaf  qayda-
qanunlarını  gözəl bilən, bu həqiqətlə  hesablaşmağı,  ona 
əməl etməyi ustalıqla bacaran sənətkarlarımızdandır. Ədi-
bin böyüklüyü bir d
ə ondadır ki, o, ana dilinə məsuliyyətlə 
yanaşmış,  dilimizin  lüğət tərkibindən səmərəli  surətdə
yerli-yerind
ə qidalanmışdır. 
M
əsələn, müşahidələr göstərir ki, Ə.Əbülhəsən fikrin 
aydın, səlis ifadə edilməsi üçün canlı xalq danışıq dilindən 
sözl
ər almış və onları ədəbi dilə məxsus sözlərlə sinonim 
işlətmişdir.  Digər tərəfdən, bu sözlər  (canlı  xalq  dilindən 


Misir S
əfərov 
 
 
236 
alınan  sözlər) surətin  dünyagörüşünü,  həyata  baxışını, 
onun bilik d
ərəcəsini müəyyənləşdirməkdə  də  böyük rol 
oynayır.  Müharibənin ilk illərində  kənddə  yaşayan  Ağca 
qar
ılar  “cəbhə” sözünü təzə-təzə  eşidir,  onun  mənasını  o 
q
ədər də dərk etmirdilər. Müəllif canlı xalq danışıq dilin-
d
ən aldığı “front” sözünü “cəbhə” sözü ilə sinonim işlət-
mişdir. Nəticədə obrazların dilində  canlılıq yaranmış, fikir 
aydınlığı əmələ gəlmişdir: 
“...C
əbhə”  sözünü  eşidəndə  Ağca  qarı  eyni  sualı  iki 
d
əfə təkrar etdi: “Hə, haradayam deyir?” Qara kişi astadan 
s
əsləndi: 
- Frontda!... 
Qara bu k
əlmənin mənasını  yaxşı dərk edirdi. Onun 
m
əktuba zillənmiş  gözlərində  təlaş  qığılcımları  parladı. 
Qızların başı bir-birinə daha da yaxınlaşdı, gəlinin örpəyi 
yanaqlarına sürüşüb düşdü” (II, 24). 
Oğul həsrəti ilə yaşayan Ağca qarının nigarançılığına 
son qoymaq, söhb
ətin  nədən getdiyini  birdəfəlik aydın-
laşdırmaq üçün müəllif “cəbhə” sözünün  əvəzinə kişinin 
dilind
ə  onun  sinonimi  olan  “front”  sözünü  işlədir. Çünki 
“qarı bu kəlmənin mənasını yaxşı dərk edirdi”. 
Ad
ətən “sözlər çüxtəlif leksik üslublarda (dialek-
tizml
ər, kitab dilinə  aid sözlər,  danışıq    sözləri və  s.) 
işlədilir. Həmin  sözlər bəzən bütün üslublarda eyni dərə-
c
ədə  işlədilən neytral sözlərin sinonimi olur”
78
. Romanın 
dilind
ə  ədəbi dillə  canlı  xalq  danışıq  dilindən  alınıb 
işlədilən digər sinonim sözlərdə  məhz belə  bir üslubu 
t
ələbin nəticəsində yaranmışdır. 
S
ənətkarın  canlı  xalq  danışıq  dilindən və  dialekt-
l
ərdən  alıb  işlətdiyi sözlər  əksərən  ümumişlək  xarakterli  
                                                 
78
 Müasir Az
ərbaycan dili, I cild, Bakı, 1978, səh.197. 


Az
ərbaycan dili məsələləri 
 
237 
sözl
ərdir. Yəni, bu sözlər dialekt mənşəli sözlər olsa da
ədəbi dilə mənsub sözlərlə yanaşı işlənir və bir  qismi isə 
artıq  ədəbi dilə keçərək dilin lüğət tərkibində  sabitləşmək 
prosesini keçirir. Bu is
ə bir daha onu göstərir ki, Ə.Əbül-
h
əsn  əsərin  dilini  oxunaqlı  etmək üçün,    dildə  sadəlik, 
emosionallıq və ekspressivlik kimi məziyyətlərin verilməsi  
üçün h
əqiqətən  əsl  gərgin  zəhmət çəkmişdir. Bütün bu 
deyil
ənlərdən  çıxış  edərək  romanda sinonim cərgələr 
əmələ  gətirən  sözləri mənşəcə  və  mənsubluğuna  görə 
əsasən belə  təsnif etmək olar: ədəbi dildən, dialektlərdən 
v
ə əcnəbi dildən alınan sözlər... Burada ən əsas  cəhət və 
ümumiyy
ətlə,  müəllifin söz seçimi prinsipini xarakterizə 
ed
ən  ən mühüm amil odur ki,  romanda sözlərin sino-
nimliyi  üçün  bir  qayda  olaraq  onların  ümumişləkliyi, 
oxucu t
ərəfindən  anlaşıqlı  olması  və  nəhayət bədii fikrin 
ifad
əsinə  maksimum xidmət etməsi üslubi meyar kimi 
h
əmişə  qorunub  saxlanmışdır.  Əyanilik  üçün  romandan 
b
əzi nümunələr  göstərməyi  lazım  bilirik:  aşxana-yemək-
xana;  qırmızı-qızılı-al; gənc-sütül;  doğru-düz; demək-
söhb
ət etmək-kəlmə kəsmək-deyinmək-qımıldanmaq-danı-
maq-
nağıl  etmək-dərdləşmək-söyləmək;  oturmaq-əyləş-
m
ək; axtarmaq-araşdırmaq-soraqlamaq-aramaq; geniş-
gen-
enli;  başa  düşmək-anlamaq; uca-yüksək; qoca-ağsaq-
qal-
ahıl-yaşlı;balaca-körpə-xırda-kiik-südəmər-tifil;  gözəl-
göyç
ək-yaraşıqlı;  pul-var; igid-qəhrəman; dinləmək-qulaq 
verm
ək-qulaq asmaq; qəlb-ürək-bağır-könül;  dostluq-
aşnalıq;  günəş-gün-kürə; böyük-iri-yekə-zırpı;  palçıq-
lıqqa-nəm; uca-hündür; xəstə-azarlı-naxoş;  çörək-əppək; 
qayış-toqqa və s.  Göstərilən nümunələrdən aydın olur ki,  
eyni sinonimik c
ərgəyə  daxil olan sözlərdən bir qismi  
ədəbi dilin  lüğət tərkibində sabitləşmiş, ikinci qismi ədəbi 
dil il
ə dialektlərdən alınan sözlərdən düzəlmiş və nəhayət, 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə