MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə72/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

Az
ərbaycan dili məsələləri 
 
241 
d
ırarkən  sinonimlər cərgəsində  ayrıca  yer    tutan    alınma 
sözl
əri də xüsusi qrup halında qeyd etməmək olmaz”
79
.  
Burada bir m
əsələni xüsusi qeyd etmək  lazımdır  ki, 
Ə.Əbülhəsən alınma sözlərə son dərəcə məsuliyyətlə, necə 
dey
ərlər, əsl sənətkar qısqanclığı ilə yanaşmış və onlardan 
yalnız zəruri üslubi tələblə bağlı, üslubi məqamından asılı 
olaraq istifad
ə etmişdir. 
Müşahidələr göstərir ki, “Dostluq qalası”  romanının 
dilind
əki sinonimlərin yaranması, cərgə vahidi kimi, alın-
ma sözl
ər   baxımından   iki istiqamətdə  baş   vermişdir: 
1) Əsl Azərbaycan sözləri   ilə alınma sözlərin sinonimliyi; 
2) Alınma sözlər vasitəsilə əmələ gələn sinonimlər. 
I. 
Əsl Azərbaycan sözləri ilə alınma sözlərin sino-
nimliyi.  Bu m
əsələ  ilə  bağlı  olaraq  ümumi  filoloji  rəy 
bel
ədir  ki,  “Ədəbi  dilin  lüğət tərkibini zənginləşdirmə 
istiqam
ətində əcnəbi dildən sözlər alınıb ədəbi dilin lüğət  
t
ərkibinə  daxil edilir. Bəzən  də  əcnəbi sözlər, ancaq 
sinonim olaraq 
ədəbi dilin  lüğət tərkibinə alınır”
80

Əsərin dilində  əsl Azərbaycan sözləri ilə  sinonimlik 
t
əşkil edən başqa dillərdən alınmış sözlər mənşəyinə görə 
müxt
əlifdir. Burada həm  ərəb və  fars, həm də  rus və 
Avropa dill
ərindən alınmış sözlərə rast gəlirik. 
a)  Əsl  Azərbaycan sözləri ilə  ərəb dilində  alınma 
sözl
ərin sinonimliyi: ilk-əvvəl; ürək-qəlb; son-axır;  igid-
c
əsur; söz-kəlmə; təmiz-saf; qanacaq-mərifət;  ağ-bəyaz; 
qabaq-
əvvəl;  yığıncaq-məclis; gözlük-eynək; dəli-axmaq; 
əmək-zəhmət;  qısa-müxtəsər; say-miqdar;  boy-qədd; ev-
imar
ət; yuxu-vaqiə; yazıq-fəqir və s. kimi əsl Azərbaycan 
                                                 
79
 
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962, səh.125. 
80
 
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi. I hissə, Bakı, 1979, səh.11. 


Misir S
əfərov 
 
 
242 
sözl
əri ilə ərəb dilindən alınmış sözlər sinonim kimi işlə-
dilmişdir. 
b)  Əsl  Azərbaycan sözləri ilə  fars dilindən  alınma 
sözl
ərin sinonimliyi: od-atəş;  dəniz-dərya; budaq-şax
çiç
ək-gül; gözlük-çeşmək;  azarlı-naxoş;  yeni-təzə;, 
yem
ək-xörək; bucaq-künc; yaz-bahar; təkər-çarx; torba-
kis
ə; balaca-xırda; pis-bəd və s.  
c)  Əsl  Azərbaycan sözləri ilə  rus dilindən  alınmış 
sözl
ərin sinonimliyi: boya-kraska; qələm-karandaş; növbə-
oçered; anbar-sklad; t
əmir-remont; qəhrəman-geroy, sər-
xoş-piyan və s. 
II
. Alınma sözlər vasitəsilə əmələ gələn sinonimlər. 
R
omanın  dilində  alınma  sözlərdən  əmələ  gələn  sinonim 
c
ərgələr də  mühüm yer tutur. Müəllifə  xas olan realist 
t
əsvir üsulunun xarakterik əlaməti və  romanın    mətninin 
leksik-semantik m
əna zənginliyindən xəbər  verən bir dəlil 
kimi a
lınma  sözlərdən ibarət sinonimik cərgələr də  tərtib 
etm
ək  mümkündür.  Maraqlıdır  ki,  xalis  dil  materialı 
baxımından  alınma  sözlərdən düzələn sinonimlərin özləri 
d
ə mənşəcə iki istiqamətdə şaxələnir:  
1) Müxt
əlif dillərdən  alınma  sözlərin sinonimliyi. 
M
əsələn: qəm (ə) - dərd (f); səcdə (ə) – sitayiş (f); ruh (ə)-
can (f); t
əqsir (ə) - günah (f); zəmanə (ə) – ruzigar (f); şura 
(
ə) – sovet (p); təyyarə (ə) – samolyot (p) və s. 
2) Eyni dild
ən alınma sözlərin sinonimliyi. Məsələn; 
yas (
ə) - təziyə (ə); adam (ə) – insan (ə); şəxs (ə); hal (ə)-
əhval (ə); insaf (ə) - mürvət (ə); qəzəb (ə) – qeyz (ə); vəqq 
(
ə) - əyyam (ə); müharibə (ə) - hərb (ə) – dava (ə); dost (f)-
aşna (f), işvə (f) – naz (f); nalə (f) - fəryad (f) və s. 
“Dostluq  qalası”    romanında  sinonimlərin  işlənmə 
yeri v
ə  qaydası  da  müxtəlif  olub  maraqlı  xüsusiyyətlərə 


Az
ərbaycan dili məsələləri 
 
243 
malikdir.  Əsərdə  bəzən eyni cümlə  daxilində  sinonim 
c
ərgəyə aid bir neçəsi, bəzən isə tək bir söz işlənir: Onların 
şinelində dünyanın toz-torpağı olacaq (II, 13); Bu Mələk, 
Bağçasaray  dağlarından  o yanda olan əfsanəvi  aləmdən 
g
ətirdiyi  xırdaca  kağızla  Gurtu  həyata elə  bağlamışdı  ki,  
ist
əsəydi də indi bu bağı qırıb ata bilməyəcəkdi (II, 234); 
Birinci  cahan  müharib
əsində Rentgen arabası ilə cəbhəni 
dolaşıb,  öz  soldatlarına  kömək edən madam Kuridən, 
Böyük V
ətən müharibəsi qəhrəmanlarından, xüsusən Zoya 
Kosmedemyanskayadan v
ə başqalarından danışdı (I, 165).  
Dünya, al
əm, cahan sözləri sinonimdirlər və ayrı-ayrı 
cüml
ələrdə işlənmişdir. 
Eyni v
ə  ayrı-ayrı  cümlələrdə  müəyyən məfhumla, 
fikir yönü il
ə əlaqədar olaraq sinonimlər həm ayrı, həm də 
bir yerd
ə işlənir. Məsələn; Ax, o indi  necə məmnuniyyətlə 
qohum-
qardaş, dost-aşna arasına çıxır, ətraflı söhbət edər, 
q
əzəb-qeyz, iztirabla dolub-daşan  qəlbini necə  boşaldıb 
yüngüll
əşərdİ! (IV, 183). 
Bu  misallardakı  qohum-qardaş,  dost-aşna,  qəzəb-
qeyz sözl
əri sinonimdir və  bir yerdə, yəni  qoşa  işlədil-
mişdir. Bu isə ifadənin fikir yükünü həm sanballı, həm də 
emosional c
əhətdən təsirli  edib daha da qüvvətləndir-
mişdir. 
Romanda eyni cüml
ədə  müəyyən üslubi niyyətə 
müvafiq olaraq bir neç
ə sinonim sözün yanaşı işlənməsi ilə 
d
ə qarşılaşırıq; 
Bir azdan p
əncərələrin qara pərdələri  salınıb,  işıqlar 
yandırılacaq,  yenə  uzun bir gecə  başlayıb,  Hacıyevin 
q
əlbini  kədər, qüssə, fikir, xəyalla  dolduracaq idi (I, 
265);  Kinin, q
əzəbin və nifrət hissinin belə ifadəsi əsgər-
l
ərə xoş gəldiyi üçün axırıncı beyt dəfələrlə təkrar olundu 
(I, 282). 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə