MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə71/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

Misir S
əfərov 
 
 
238 
ədəbi dil ilə  canlı  xalq  danışıq  dilindən  alınıb    işlədilən 
sözl
ər vasitəsilə əmələ gəlmişdir. Müəllif  yerin-dən asılı 
olaraq,  asılı  olaraq,  üslubi  məqamın  tələbinə  görə  əcnəbi 
dil
ə məxsus, lakin  dilimizdə sabitləşmiş sözlərdən də yan 
keçm
əmişdir.  Yuxarıdakı  nümunələrdə  eyni sino-nimik 
c
ərgəyə daxil olan sözlərin arasında az və ya çox dərəcədə 
d
ə  olsa, məna fərqi  vardır.  Məsələn, müəllif  uşaq 
anlayışını ifadə etmək üçün balaca – xırda – körpə - kiçik 
–  süd
əmər  –  tifil sözlərindən istifadə  etmişdir.  Bu  sözlər 
bir vahid anlayışı – uşaq anlayışını bildirmələrinə baxma-
yaraq,  aralarında  incə  məna fərqləri də  vardır.  Misallara 
n
əzər  salaq:  O,  beş-altı  yaşlı  uşaqların,  hələ  ağlı  çox  az 
şey kəsən tifillərin Leninə olan sonsuz məhəbbətlərinin bu 
ifad
əsindən çox mütəəssir  oldu  (III,  15);    Qarı  dalına  bir 
körp
ə  sarımışdı  (III,  113);  Balam,  o  südəmər  uşaqlar 
görür
əm oraq itiləyirlər (III, 10). Nümunələrdən görün-
düyü kimi, eyni sinonim  c
ərgəyə daxil olan  sözlər üslub 
v
əzifəsinə  görə  bir-birindən fərqlənir. Bəzən isə  sinonim 
sözl
ər  arasında elə məna  fərqi yaranır ki, onları hətta bir-
biri il
ə əvəz etmək belə olmur: 
Əli  dedi  ki,  qardaşımın  qəbri  üstə  gedəcəyəm (IV, 
51); S
ən dədəyin goru,  bu arvadı bir də bura çəkib gətir-
m
ə! (II, 55); Salavatı dinlədikdən sonra birdən Ştirner sərt 
h
ərəkətlə  dönüb elə  yaxın  dayandı  ki,  Qulam  onun 
ağzından  gələn spirt qorxusunu da duydu (I, 215);  Hava-
da gül 
ətri  ilə  qarışmış  xoş  bir  sərinlik  vardır  (II,  282); 
Çöld
ən  elə yaxşı iy gəlir ki,  bilmirsən bu şaxta iyidirmi
yoxsa ki bahar yaxınlaşır (II, 105). 
Q
əbir-gor; qoxu-ətir-iy sözləri eyni sinonim cərgəyə 
daxil olsalar da, üslubi xüsusiyy
ətlərinə  görə fərqlənirlər. 
Elmi 
ədəbiyyatda belə  sinonimik cərgə  tipləri  sırasında  


Az
ərbaycan dili məsələləri 
 
239 
üslubi sinoniml
ərin bədii  söz  yaradıcılığında  müstəsna 
funksional 
əhəmiyyəti vardır. Belə ki, bədii əsərin mətnin-
d
ə    yeknəsəklikdən, söz  kasadlığından,  deyim  və 
intonasiya  solğunluğundan  uzaqlaşmaq  üçün  üslubi 
sinoniml
ər  açır.  Zəngin emosional qüvvəyə  malik  olan 
bel
ə  sinonimlərdən  Əbülhəsən də  yerli-yerində  istifadə 
etmiş, bu sözlər  vasitəsilə fikrin daha obrazlı, emosional 
v
ə  canlı  ifadəsinə  nail  ola  bilmişdir.  Üslubi  sinonimlərin 
bir s
əciyyəvi cəhəti də  burasındadır  ki,  eyni  mətn 
daxilind
ə  onları  bir-biri ilə  əvəz etmək bəzən  mümkün  
olmur.  Çünki h
əmin sözlər mətn daxilində  yalnız 
yuxarıdakı  nümunələrdə  göstərildiyi  kimi  işlədilməlidir. 
Bel
ə olmasda, əsərdə ifadəlilik azalır, bədii-lik, obrazlılıq 
sönük alınar. 
T
əkrar da olsa, bir daha qeyd edək ki, Ə.Əbülhəsən 
bir s
ənətkar kimi həmişə  xalqla  bağlı  olmuş,  xalq  dili 
qaynaqlarından həmişə  həssaslıqla bəhrələnmişdir. Böyük 
müşahidə  qabiliyyətinə  malik olan sənətkar  xalq  danışıq 
dilind
əki məna zənginliyini, yüksək  obrazlılığı  ustalıqla 
duyduğu  üçündür  ki,  “Dostluq  qalası”  romanının  lüğət 
t
ərkibi canlı xalq danışıq dilindən alınmış söz və ifadələrlə 
olduqca z
əngindir. Həm də olduqca səciyyəvidir ki, həmin 
söz v
ə  ifadələr eyni mətn daxilində  onların    ədəbi dildə 
olan  sinoniml
əri ilə  əvəz edilsəydi,  obrazlılıq  zəifləyir, 
əsərin dili quru və sönük təsir bağışlardı: 
Qara dayı, biz namusu əppəyə qatıb yeyən adamlar-
dan deyilik 
(II, 258);  Tez oturun toqqanın altını bərkidin, 
əl-ayağınızı sazlayın (I, 52); Hava artıq qaralmağa başla-
dığı üçün bütün bu ağaclıq və yaxın yamac islaq, bozaraq 
bir p
ərdəyə  bürünmüş  kimi,  tutqun  görünürdü  (II,  235); 
İndi  duman  seyrələ-seyrələ  çəkilir, oktyabr günəşi  hün-
dür
ə qalxırdı (IV, 253);  Yolladım, qayıdıb dedi ki, Güllü 


Misir S
əfərov 
 
 
240 
arvad b
ərk azarlayıb, neçə gündür İsa onu şəhərə aparıbdır 
(II, 269). 
Canlı  xalq  danışıq  dilindən  alınıb  işlədilən “əppək”, 
“toqqa”, “islaq”, “hündür”, “azar” sözl
əri ədəbi dildə işlə-
n
ən və  həmin sözlərlə  sinonim olan “çörək”,  “qayış”, 
“yaş”, “uca”, “xəstə” sözləri ilə əvəz edilsəydi, təbii ki, dil 
m
ətnindəki mövcud   ekspressivlik, emosional effekt və 
n
əhayət, üslubi məqam zənginliyi xeyli azalmış olardı. Bu 
hal is
ə, şübhəsiz, sənətkarın özünəməxsus yaradıcılıq dəst-
x
ətti olub onun   fərdi üslubunu müəyyənləşdirən məziy-
y
ətlərdəndir. 
 
Ə.Əbülhəsənin  nasir  ustalığı  burasındadır  ki,    o, 
tük
ənməz qaynaq kimi daim ana dilindəm  qidalanmış, 
h
əmişə  bu dilin məna və  ifadə  zənginliyindən faydalan-
mağa  can  atmışdır.  Sənətkarın  bütün  yaradıcılığını  diq-
q
ətli  müşahidə  onun  doğma  dilə  məxsus sözdə, ifadədən 
nec
ə  həvəslə,  yaradıcı  surətdə  faydalandığını  bütün  cid-
diyy
ətilə üzə çıxır. 
“Dostluq  qalası”  romanının  dilində  də  əsl Azərbay-
can sözl
ərindən sənətkarın yaratdığı əlvan lövhələr çoxluq 
t
əşkil  edir.  O,  təsvir etdiyi hadisəni, predmeti, surətin 
dilinin, daxili al
əmini  əsl Azərbaycan  sözləri ilə  canlan-
dırmağa  çalışmış,  əsərin dilinə  yad mənşəli sözlərin 
lüzumsuz olaraq g
əlməməsinə  maksimum səy göstər-
mişdir.  Lakin  “dilimizin  lüğət tərkibinin  artımında  və 
z
ənginləşməsində  başqa  dillərdən  alınma  sözlər  hesabına 
sinonim c
ərgələrin tərkibindəki sözlərin  miqdarı  artır, 
bununla da sinoniml
ər xeyli  zənginləşmiş olur. Buna görə 
d
ə sinonimlərin artım mənbələrindən bəhs edərkən və belə 
m
ənbələrə  görə  sinonimlərin  artım  mənbələrindən bəhs 
ed
ərkən  və  belə  mənbələrə  görə  sinonim sözləri  qruplaş-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə