MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə74/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

Az
ərbaycan dili məsələləri 
 
247 
keçdikc
ə  elə  bil Mədədin qəlbini  yandırır,  yəs  və  ələm 
duyğularını duyğularını qovub oda döndərirdi: onun qəlbi 
sonsuz  bir qeyzl
ə, düşmənə nifrətlə, kinlə, qəzəblə dolur-
du (III, 95). 

Dostluq  qalası”  romanının  dilində  ifadəni qüvvət-
l
əndirmək və həyəcan əmələ gətirmək, fikri daha aydın və 
d
əqiq vermək məqsədilə  qoşa  işlədilən sinonimlər üslubi 
m
əqamca müxtəlif və  rəngarəngdirlər. Onlardan   bəziləri 
üz
ərində, ötəri də olsa, dayanmağı lazım bilirik. 
a)  Qoşa  işlədilən sinonimlərdən həmcins üzv kimi 
istifad
ə olunmuşdur. 
Müharib
ə  başlandıqda  Gövhər  tənə  və  məzəmmət 
daşının altından özünü qurtara bildi və həmişəlik qınaqdan 
xilas  oldu  (I,  173);  O,  beş-altı  yaşlı  uşaqların,  hələ  ağlı 
çox  az    şey  kəsən  tifillərin  Leninə  olan sonsuz məhəb-
b
ətlərinin bu ifadəsindən çox mütəəssir olmuşdu (III, 15); 
Onun bütün fikri, x
əyalı Sevastopolda idi (II, 3). 
b)  Qoşa  işlədilən sinonimlər mətndə  qrammatik 
c
əhətdən bir üzv kimi çıxış edirlər: 
K
əyanla tez ikən  haqq-hesabı  çürütməyin mümkün 
olduğu onu min cür fikir-xəyala salır, tezliklə onun evini 
tanımaq istəyirdi (II, 64); Onların şinelində dünyanın toz-
torpağı olacaq (II, 13). 
Nümun
ələrdə  verilmiş  qoşa  sözlər  mühüm  üslubi  
əhəmiyyətə  malikdir. Belə  ki, bir sözün  tam ifadə  edə 
bilm
ədiyi məna qoşa sözlər vasitəsilə daha geniş və ətraflı 
çatdırılmışdır. Bu sözlər romanın dilində xəlqiliyi, emosio-
nal effekti qüvv
ətləndirməklə bərabər, fikri daha obrazlı və 
daha qüvv
ətli  şəkildə  ifadə  etməyə  də  geniş  meydan 
açmışdır. 


Misir S
əfərov 
 
 
248 
Bir çox dilçil
ərin göstərdikləri  kimi,  qoşa  sinonim 
hesab olunan bu cür sözl
ər dildə artır, mürəkkəb söz kimi 
formalaşır və bir söz kimi sabitləşir
83

T
əbiidir  ki,  əsərdəki bütün surətlər eyni zümrəyə 
m
ənsub deyillər. Surətlərin  dünyagörüşü,  savadı,  məişəti, 
h
əyata  baxışı  və  s.  onların  işlətdikləri sözlər vasitəsilə 
t
əsbit  olunur.  Ə.Əbülhəsən məhz bu cəhətləri nəzərə 
alaraq müxt
əlif zümrəyə  məxsus surətlərin hər  biri üçün 
f
ərdi leksikom tərtib edərkən, fərqləndirici nitq amili kimi 
sinoniml
ərə, onalrın fikir və məna çalarlarındakı əlvanlığa 
çox tez-tez ist
inad  etmişdir.  Yazıçı  sinonim  sözlərdən 
istifad
ə  etməklə  həm surətlərin  nitqini bir-birindən fərq-
l
əndirir, həm də  onların  xarakterlərini,  hansı  təbəqəyə 
m
ənsub olduqlarını oxucusuna tanıda bilir. 
“Dostluq  qalası”  romanının  dilində  evfemizm  yolu  
il
ə  əmələ  gələn sinonimlər də  mühüm yer tutur. Məlum 
olduğu kimi, evfemizm dil  materiallarından ictimai nəza-
k
ət qaydalarına  müvafiq  olaraq  istifadə  etməkdir. Evfe-
mizml
ərin əsas xüsusiyyətləri mənfi məna və ya emosional 
çalarlığa malik olan sözləri başqa sözlərlə əvəz etməkdən 
ibar
ətdir. Əxlaqilik və tərbiyəvilik amili isə, etik tələb kimi, 
b
ədii  əsərlərdə  evfemistik sözlərlə  işləmək  bacarığını, 
kobud qeyri-m
əqbul  söyüş  sözlərindən  yayınmaq  ustalı-
ğını mühüm bir vəzifə kimi irəli sürür. 
Prof.Ə.Dəmirçizadə  evfemizm yolu ilə  əmələ  gələn 
etnoniml
ərdən danışarkən yazır: “Sinonimlərin üslubi isti-
fad
əsi danışıqda ictimai nəzakəti pozmamaq və ya pozmaq 
                                                 
83
 Az
ərbaycan dilinin qrammatikası. I hissə (morfologiya), Azərbaycan SSR 
EA-
nın  nəşriyyatı,  Bakı,  1960;  M.Hüseynzadə. Müasir Azərbaycan dili. 
Bakı,  1973; S.Cəfərov. Müasir Azərbauycan  dili.  Bakı,1970;  Müasir 
Az
ərbaycan  dilini  morfologiyası.  Bakı,  1961,  V.İ.Lenin  adına  APİ-nin 
n
əşriyyatı. 


Az
ərbaycan dili məsələləri 
 
249 
meyill
əri ilə  əlaqədardır.  Evfemizm...  mahiyyət etibarilə 
üslubi  ehtiyacdan  doğan  və  bu  ehtiyacı  ödəmək üçün 
m
əqamına  görə  istifadə  olunan vahidlərdir”
84
.  Bu yolla 
əmələ gələn sinonimik cərgə vahidlərinə “Dostluq qalası” 
romanının dilində də sıx-sıx rast gəlirik: 
Özü d
ə  ağlaya-ağlaya  etiraf  eləmişdi  ki,  anası  ölən-
d
ən sonra o, birinci dəfə idi ki, belə ağlayırdı (IV, 202);  
Salamova titr
ək səslə astadan dedi:  
Keçinib... (III, 279). 
“Ölm
ək” sözünün sinonimi olan “keçinmək” sözü 
subyekt
ə (ölən adama) müsbət münasibəti ifadə edir. 
Əsərdə ən incə məna çalarlıqlarını ifadə etmək üçün 
sinoniml
ərdən geniş istifadə olunub. 
Göz
əl-göyçək  gəlinsən, dövrəndə  o qədər  hərlənən 
var ki! (IV, 95); Siz çox 
varlı, zəngin adam olmuşsunuz (I, 
319). 
M
əlum olduğu kimi, romanda hər biri fərdi cizgilərə 
malik xeyli sur
ət  iştirak  edir.  Biz  bu  adamların  savadı, 
dünyagörüşü, psixologiyası, xarakteri və s. ilə onların nitqi, 
t
əhkiyəsi, xüsusilə, leksikonu vasitəsilə  tanış  oluruq. 

əllif realist təsvir üsuluna uyğun olaraq, belə tələbdən 
çıxış  edir  ki,  əgər surət  savadlıdırsa,  o,  ədəbi dil leksi-
kasına  mənsub sözlərlə,  yox,  savadsızdırsa,  onda  canlı 
xalq danışıq dili leksikasına mənsub sözlərlə danışacaqdır. 
P
əncərələr və  şüşəbəndlər mərmi və  bomba zərbə-
sind
ən  qırılıb  töküldükcə,  bu  şüalar  da  azalmış,  nəhayət, 
buralar gün
əş şüasına həsrət qalmışdı (II, 58). 
Partiya komit
əsinin bu tərəfdə olan bütün otaqlarına, 
o cüml
ədən katibin kabinetinə  günortadan sonra gün 
düşməzdi (II, 85). 
                                                 
84
 
Ə.M.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962, səh.126. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə