MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə73/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

Misir S
əfərov 
 
 
244 
Misallardakı  kədər-qüssə-fikir-xəyal və  kin-qəzəb-
nifr
ət sözləri sinonimlərdir və  eyni cümlədə  sıralanaraq 
işlənmişdir. Nəticədə məna dəqiq və qüvvətli şəkildə ifadə 
edilmişdir. 
Sinoniml
ərin  bu  şəkildə  işlədilməsi ümumiyyətlə, 
s
ənətkarın  bütün  yaradıcılığına  xas  olan  üslubi  xüsusiy-
y
ətlərdəndir. Yazıçı sinonimlərin üslubi məqam və forma 
müxt
əlifliyindən istifadə  edərək  əsərlərinin dilini daha 
canlı, daha obrazlı etmişdir.  
Əsərdə  sözlərdən düzgün, yerli-yerində  istifadə 
etm
ək,  üslubi  ağırlıq  yaratmamaq,  təkrara yol verməmək 
üçün  sinoniml
ər mühüm rol oynayır. Sinonimləri düzgün 
işlətmək    yazıçıdan  yüksək dil mədəniyyəti və  istedad 
t
ələb edir. Bədii  əsərdə  sinonimlərin  çoxluğu  və  rənga-
r
əngliyi onun müəllifinin yüksək ədəbi mədəniyyətə malik 
olmasını  sübut  edən  əsas amillərdən biridir
81
. Bu, bir 
h
əqiqətdir ki, yalnız dili aydın, səlis, obrazlı olan bir əsər 
b
ədii cəhətdən qüvvətli sayıla bilər. 
Bu c
əhətdən  “Dostluq qalası” romanı sinonimlərdən 
yerli-yerind
ə, düzgün istifadənin  maraqlı  və  diqqətəlayiq  
nümun
ələri ilə  çox zəngindir. Sənətkar sözlərin məna 
r
ənginə, oxunaqlı, anlaşıqlı olmasına, monoton təsir bağış-
lamamasına  xüsusi  fikir  vermiş,  sinonimləri  məharətlə 
işlə-dərək hər sözə  məna tələbinə  görə  yanaşmış  bədii 
fikrini h
əmişə diqqət mərkəzində saxlamışdır. 
Ə.Əbülhəsən eyni sinonimik cərgəyə  daxil olan 
sözl
ərin  işlənmə  yerindən  asılı  olaraq  daha  münasib 
olanını  seçib  işlətmiş,  onların  mətn daxilindəki üslubi 
rolunu düzgün mü
əyyənləşdirmişdir. 
                                                 
81
 R.A.Budaqov. Dilçiliy
ə dair oçerklər. Bakı, 1956, səh.29. 


Az
ərbaycan dili məsələləri 
 
245 
“Dostluq  qalası”  romanının  dilində  sinonimlərin 
üslubi dinamikası bir neçə cəhətdən diqqəti, xüsusilə, cəlb 
edir. M
əsələn, sinonimlərə eyni söz və ifadənin təkrarına 
yol verm
əmək, yeknəsəqliyi  aradan  qaldırmaq  üçün bir 
üslubi vasit
ə kimi müraciət edilir. Əsərin dilində eyni  söz 
v
ə  ifadənin təkrarı  təbii ki, oxucunu yorur, əsərin bədii-
emosional t
əsirini məhdudlaşdırır. Belə ki,  bədii əsərlərdə 
sinoniml
ərin  başlıca  üslubi  xüsusiyyətlərindən biri eyni 
söz v
ə  ifadənin təkrar  edilməsinin  qarşısını  almaqdır. 
B
ədii  əsərdə  eyni söz və  ifadənin  təkrar edilməsi  əsəri 
üslubi c
əhətdən  ağırlaşdırır,  ifadənin  gözəlliyini pozur, 
şirinliyini  itirir.  Təkrar  fikrin qüvvətli, təsirli  olmasını 
z
əiflədir. 
Ə.Əbülhəsən bir sənətkar kimi fikri qüvvətli təsirli 
ifad
ə etmək üçün sinonimlərdən olduqca ustalıqla istifadə 
etmişdir.  “Dostluq  qalası”  romanının  mətninin təkcə 
verm
əmək üçün  sinonimləri  geniş  imkanlara  malik  bir 
üslubi vasit
ə kimi görürük:  
Onların  şinelində  dünyanın  toz-torpağı  olacaq  (II, 
13); Bu M
ələk,    Bağçasaray  dağlarından  o  yanda  olan 
əfsanəvi  aləmdən  gətirdiyi  xırdaca  kağızla  Kurtu  həyata 
el
ə  bağlamışdı  ki,  istəsəydi də  indi  bu  bağı  qırıb  ata 
bilm
əyəcəkdi (II, 234); 1914-cü ildə birinci cahan müha-
rib
əsi başlayanda Vilhelmin də arzusu bu idi ki, Prussiya  
soldatları    gərək “Xəzan  ayına  kimi  düşmənə  qələbə 
çalıb,evlərinə  qayıdalar”  (III,  204);  Bu  duyğudan  göz 
yaşarır, ürək sevinir, qəlb sonsuz ümidlərlə dolur. 
Nümun
ələrdə  verilmiş  dünya-aləm-cahan, ürək-qəlb 
sinoniml
ərindən məhz təkrara yol verməmək üçün istifadə 
olunmuşdur.  Əgər müəllif sinonimik cərgə  yaratmayıb 
“dünya” v
ə “ürək” sözlərini yenidən təkrar etsə idi, əsərdə 


Misir S
əfərov 
 
 
246 
yekn
əsəqlik yaranar, bədiilik, obrazlılıq, rəngarənglik kimi 
b
ədii əsər üçün vacib sayılan şərtlər pozulmuş olardı. 
Romanda t
əsvir olunan surət,  əşya,  hadisə, keyfiy-
y
əti oxucu və  ya dinləyicinin  gözü  qarşısında  daha 
görümlü, daha 
ətraflı  canlandırmaq  üçün  eyni  sinonim 
c
ərgəyə  daxil olan sözləri  yanaşı,  bir  neçəsini yan-yana
bir-
birinin  ardınca  işlədilməsi də  müəllifin bədii dil 
z
ənginliyini  parlaq  şəkildə  nümayiş  etdirir:  Kinin, 
q
əzəbin  və  nifrət  hissinin belə  ifadəsi  əsgərlərə  xoş 
g
əldiyi üçün axırıncı beyt dəfələrlə təkrar olundu (I, 282). 
Kin-q
əzəb-nifrət sözləri eyni sinonim cərgəyə  daxil 
olsa da, 
aralarındakı  incə  məna    çalarlıqları  ilə  fərqlənir. 
“Bu (eyni sinonim c
ərgəyə  daxil olan sözlərin bir 
neç
əsinin yanaşı işlədilməsi – S.M.) Əbülhəsəndə təsadüfi 
hal  olmayıb,  onun  üslubunun  əsas xüsusiyyətini təşkil 
edir”
82
.  

əllif bu sözlərdən biri ilə  də  kifayətlənə  bilərdi. 
Lakin  bu  zaman  yazıçının  düşmənə  olan münasibəti tam 
qabarıqlığı  ilə  təzahür etməzdi.    Ədib  düşmənə  olan 
ümumxalq q
əzəbini daha qüvvətli vermək üçün eyni 
sinonim c
ərgəyə  daxil olan sözlərin  yanaşı  işlədilməsini 
lazım bilmişdir. Əsərin dilində iki üç, hətta dörd sinonim 
yanaşı işlədilməsi faktları ilə qarşılaşırıq: 
Kişi  namusu  da,  vicdanı  da ana südü ilə  əmir! 
Qeyr
ətsizlik  də,  əskiklik  də  ana südündən  keçib  insanın 
qanına  qarışır!  (I,  236);  Çöhrələrin hərəsində  bir məna  – 
birind
ə  qeyz,  nifrət, kin,  o birin də  narazılıq,  digərində 
iztirab,  bir  başqasında  laqeydlik  ifadəsi  vardır  (III,  37); 
T
əsəvvüründə, şəhəri bürüyüb ağzına almış alov, dəqiqələr 
                                                 
82
 
Ağamusa  Axundov.  Dilin  estetikası.  “Yazıçı”  nəşriyyatı,  Bakı,  1985, 
s
əh.18. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə