Misir S
əfərov
232
çoxluğu və mənşəcə milli dildən təşəkkül tapması, görü-
nür, ist
ər canlı danışıqda, istərsə də bədii yaradıcılıqda
h
əmin sözləri çoxmənalılığına geniş imkanlar açır.
B
ədii əsərdə sözün çoxmənalılığı nəticə etibarilə
fikrin çoxr
əngliliyi, çoxsəsliliyi və çoxçalarlılığı deməkdir.
Burası bir həqiqətdir ki, “Yazıçı bədii sözün adi məntiqi
m
ənasından yuxarıya qalxmağı bacarmalıdır, çünki əsl
b
ədii söz hər zaman adi mənasından yüksəkdə durur”
77
.
Sözün çoxm
ənalılığı belə bir yüksəkliyi fəth etmək
yolunda
ən tutarlı pillələrdən biridir.
Sinoniml
ər. Bədii əsərlərin lüğət tərkibinin zəngin-
liyin
ə, üslubi əlvanlığa və çoxçalarlılığına nail olmaqda
sinoniml
ərin mühüm funksional əhəmiyyəti vardır. Sino-
niml
ər əsərin dilində ifadəlilik, bədiilik, emosional effekt
yaratmaqda mühüm rola malikdir. Sinonimika dili r
ənga-
r
əng edir, gözəlləşdirir, onun ifadə üsulunu müxtəlifləş-
dirir, z
ənginləşdirir.
S
ənətkar sinonimlər vasitəsilə fikri daha dəqiq, canlı
v
ə obrazlı ifadə edə bilir. Həyat həqiqətlərini olduğu kimi
verm
ək üçün sinonimika ən qüvvətli ifadə vasitəsidir.
Milli
ədəbi dili, xalq dilini və folklorumuzu gözəl
bil
ən Əbülhəsən “Dostluq qalası” romanında dilimizin
sinonimika imkanlarından sənətkarlıqla bəhrələnmişdir.
M
əsələnin bu cəhətini romanın söz-lüğət tərkibi üçün
mühüm bir m
əziyyət hesab etməklə bərabər, əsərin seman-
tikası, onun üslub gözəlliyi və məna tutumu üçün də əsas
şərtlərdən biri kimi qəbul etmək lazımdır.
Ə.Əbülhəsən surətləri danışdırarkən onların nitqini
f
ərdiləşdirmək üçün sinonimlərdən gen-bol istifadə etmiş-
dir. H
əyat həqiqətlərinə sadiq qalan sənətkar, surətlərin
77
M.Arif. Ədəbi-tənqidi məqalələr. Bakı, Azərnəşr, 1958, səh.228.
Az
ərbaycan dili məsələləri
233
nitqin
ə müxtəlif mənşəli sinonimlər daxil edir və beləliklə,
yazıçı hər surəti öz dilində danışdırmağa müvəffəq ola
bilir. Sur
ətin dilində işlənən sinonimlər onun hansı təbə-
q
əyə mənsub olduğunu müəyyənləşdirməkdə əlavə üslubi
bir vasit
əyə çevrilmiş olur. Məsələn:
El
ə bir çağırıb dedilər ki, Sənəm, qardaşın gəldi (III,
237).
Qoy Tapdıq lələ bir az davadan söhbət eləsin, Qələn-
d
ər qağamdan danışsın... (III, 239).
Misallarda verilmiş “qardaş”, “qağa” sözləri sinonim-
l
ərdir. Göründüyü kimi, müəllif Sənəmin dilində qardaş,
M
əstanın dilində isə qağa sözünü işlətmişdir ki, bu söz-
l
ərin üslubi imkanları yerinə görə müxtəlif üslubi məqam-
ları da buradan üzə çıxır. Məsələn, sənətkar içkiyə aludə
olan pozğun əxlaqlı, vətən xaini Cumanın dilində yerinə
gör
ə, “vurmaq”, müsbət surətin dilində isə eyni mənanı
ver
ən “içmək” sözünü işlədir:
Burada bir dostumu gözl
əyirəm. Düşəcək bir-iki
kruşka vuracağıq (III, 131); İsa buna fikir vermədi, bir-
iki qurtum çay içib dedi... (III, 197).
“Dostluq qalası” romanında rəngarəng sinonim
c
ərgələr var. Bunu aydın görmək üçün romanın dil
m
ətnində “ölmək” sözünün sinonimik sırasını bərpa edək:
“ölm
ək”, “gözləri qapanmaq”, “qırğına vermək”, “keçin-
m
ək”, “məhv olmaq”, “tələf olmaq”, “Ömrünü
bağışlamaq”, “işini bitirmək”, “həlak olmaq”, “gəbərmək”,
“qırılıb batmaq”, “yerə soxmaq”, “məhv edə bilmək” və s.
Bu sözl
ərin hər birinin işlənmə yerini və məqamını, təbii
ki, konkret üslubi m
əqsəd müəyyən edir. Əgər yazıçı
bütün bu anlayışları vermək üçün təkcə “ölmək” sözündən
istifad
ə etsəydi, onda əsərin dili quru, cansıxıcı və təsirsiz
olardı. Məlum məsələdir ki, əsərin ideya-bədii, habelə
Misir S
əfərov
234
hissi-emosional t
əsir gücü də xeyli zəiflərdi. Digər
t
ərəfdən bu sözlərin hər biri özündə “ölmək” anlayışının
müxt
əlif məna incəliklərini hifz edir. Dediklərimizi daha
aydın görmək üçün faktlara müraciət edək:
Bizim m
ərmilərin qəhrəman batareyanın mövqeyini
alt-
üst etdiyini, sağda, solda düşmən soldatlarının yıxılıb
parçalandıqlarını, dəhşət içində oraya-buraya qaçdıqlarını
gördü v
ə elə bunun intizarını çəkirmiş kimi də o dəqiqə
orsandiyalı cavanın gözləri həmişəlik qapandı (II, 477);
Yavaşca yenə plaş-çadırı üstünə çəkib təkrar Qənbərin
üzün
ə baxanda, artıq o keçinmişdi (IV, 230); Mədəd, siz
adamları nahaqdan qırğına verəcəksiniz (I, 27); Tapdıq
üçün indi burada qalıb yoldaşlarının qanını almaq və
döyüşdə də məhv olmaq yeganə arzu idi (I, 205); Bədəlov
onu
əvəz edir, mənə elə gəlir ki, Cuma tələf olub gedibdir
(I, 344); O, ömrünü çoxdan siz
ə bağışlayıb (III, 125);
İndi bircə qunbara ilə onların işini bitirmək olardı (IV,
246); Vuruşmada həlak olsaydı, başqa! (III, 262); Burada
bir faşist gəbərib qalmışdı (III, 50); - O, məsələ həll edə
bilm
əyəcək, qırılıb batacaq! (II, 117); “Sənin qızlarını
yer
ə soxum,ölsün sənin qızların!” – deyib dururdu (II, 26):
Lazım olanda onların komandirlərini, komissarlarını, yəni
onların başçılarını məhv edə bilsin (I, 139).
Bu sözl
ərin hamısı “ölmək” sözünün ətrafında bir-
l
əşərək vahid bir sinonim cərgə yaratmaqla bərabər bir-
birind
ən habelə incə mənalarla fərqləndiyi də göz qaba-
ğındadır. Digər tərəfdən, bu sözlər heç də tamamilə bir-
birinin eyni deyildir v
ə mətn daxilində onlar bir-birini
adekvat
əvəz edə bilsəydi, onda əsərdəki qəhrəmanların
özün
əməxsus fərdi-səciyyəvi cizgilərini, onların idraki-
emosional varlığını müəyyənləşdirmək çətin olardı. Yazıçı
Dostları ilə paylaş: |